![]() |
|
![](http://azfakt.com/photos/3227.png)
![](http://azfakt.com/photos/2343414.jpg)
![](http://azfakt.com/photos/486148.jpg)
![](http://azfakt.com/photos/23519.jpg)
![](http://azfakt.com/photos/Rus evi.jpg)
![](http://azfakt.com/photos/Natiq.jpg)
![](http://azfakt.com/photos/ebf652c7-f12d-4929-9c7d-2175388cbbd4.jpg)
![](http://azfakt.com/photos/araik6.jpg)
![](http://azfakt.com/photos/87075.jpg)
![](http://azfakt.com/photos/f528697e-26bd-4160-8820-c47d6c669b77.jpg)
![](http://azfakt.com/photos/77147.jpg)
![](http://azfakt.com/photos/423644113.jpg)
![](http://azfakt.com/photos/11561.jpg)
![](http://azfakt.com/photos/821694.jpg)
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı
Tarix 04.02.25, 21:02 |
|
![bitmap-img6](http://azfakt.com/photos/89604.png)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı ilə bağlı məlumat açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib.
Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.
BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb edib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat FDR vasitəsilə təsdiq olunub.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.
Xəbərin oxunma sayı : 1396
Gündəm
Xəbərlər
-
Bu şəxslər Rusiyada saxlanılaraq Azərbaycana gətirildi - SİYAHI
-
SDU-ya rektor əvəzi təyin olundu - Əminağa Sadıqov kimdir? + DOSYE
-
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
-
Türk iş adamının Azərbaycandan çıxışına “stop“ qoyuldu - 270 minlik borc
-
Bu həkimlər məhkəməyə çağırılır - Siyahı
-
Prezident Dövlət Agentliyinə sədr təyin etdi - SƏRƏNCAM
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrildi - FƏRMAN
-
Qanuna dəyişiklik edilir: Azərbaycan telekanallarında...
-
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Polisə dəstək olanlar mülki inspektor hesab ediləcək - Xüsusi geyim formaları olacaq
-
Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Yapı Kredi Bank” yenə müştərilərin ən çox şikayət etdiyi bank olub - SİYAHI
-
Alimpaşa Məmmədov Ali Məhkəmədə əmlak davası açdı - TƏFƏRRÜAT
-
“Balacans agro food” MMC bu şəraitdə meyvə şirəsi istehsal edirmişlər - VİDEO
-
Keçmiş diplomat hakim qarşısında - “Mən də ona yumruq atdım, bu zaman qarın nahiyyəmdən...“
-
Magistraturaya qəbul imtahanı keçiriləcək - Detallar
-
Somali prezidenti Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
FİDAN-TN MMC-ni Sanitariya və Teniki Təmizlik İdarəsinə nə bağlayır? - Palatadan açıqlama
-
Bu hallarda avtomobiliniz aşa bilər - Diqqətli olun!
-
Azad edilmiş rayonlarda ötən il tikintiyə 6 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
-
Onların təhsilhaqqını dövlət ödəyəcək - Tələbələrlə bağlı yenilik
-
Abdin Fərzəliyevlə bağlı şok iddia yayıldı - Mehdiyevlə, Həsənovla əlaqə, Həştərxana qədər uzanan böyük biznes...
-
“Bolt“ sürücüsü “atvyorka“ ilə müştərinin atasını vurdu - TƏFƏRRÜAT
-
“Yanında tonqal qalayıbmış...” - Turistin qalıqlarını tapan şəxs
-
Sabiq diplomata ittiham aktı elan olunub - MƏHKƏMƏ
-
Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - Foto
-
Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - 2 milyon manatlıq layihə
-
Xudayar Yusifzadənin anasını təhqir edən bloger həbs olundu - 10 sutkalık
-
İntensiv yağış və qar yağacaq, temperatur 4 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ
-
Çörəkdən siqaret kötüyü çıxan sexdə yoxlama aparıldı - Fotolar
-
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə kredit vermir? - Açıqlama
-
Bakının mərkəzində 4 maşını əzən “Kia” aşdı - Video
-
Azərbaycanda yanvarda illik inflyasiya 5,4 % təşkil edib - Dövlət Statistika Komitəsi
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar
-
Prezidentlər təkbətək görüşdü - Video - Foto
-
USAID-in baş inspektoru işdən çıxarıldı - Tənqidi hesabatın nəticəsi
-
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
-
Ərdoğana İrem Dericinin mahnısı ilə təşəkkür etdi - VİDEO
-
Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək - DİM məlumat yaydı
-
1 milyonluq qan pulu işi - körpələr müalicəsizlikdən dünyasını dəyişib!
-
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi...
-
Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verib - TAM MƏTN
-
Komissiya ilk iclasa toplaşır - Əfv gözlənilir
-
Azərbaycanda əlilliyğ görə müavinətlərin artacağı məlum oldu - VİDEO
-
Maya dəyəri 4 manat 40 qəpik olan mal əti bazarda niyə 3-4 dəfə baha satılır? - VİDEO
-
Daha 1513 nəfər taksi sürücüsü olmaq istəyir - İmtahan olacaq
-
“Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur” - Prezidentin köməkçisi
-
Kiberdələduzların növbəti fırıldağı - Xəbərdarlıq
-
Dövlət qurumunun külli miqdarda borcu var - Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
-
PA rəhbəri məmurları Xankəndi şəhərinə topladı: iclasda nələr müzakirə edilib? + FOTOLAR
-
Sosial şəbəkələrdə qumar təşkil edən dəstə ifşa olundu - 10 milyon manat...
-
Aİ-nin sərhəd avantürası - “Missiya“ bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib - VİDEO
-
Yaqub Eyyubov Somali prezidentini qarşıladı - FOTOLAR
-
Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
Dövlətin pulsuz verdiyi dərmanlar xəstələrə paylanmır? - Video
-
Hüquq müdafiəçiləri DİN-də qəbulda oldu - Şahnaz Bəylərqızının həbsi ilə bağlı
-
Almeyda “Qarabağ”la ağlayaraq vidalaşdı - Fotolar
-
Vəzif`əli şəxslərə cinayət işi açıldı - Prokurorluq açıqlama yaydı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Best Beef” əmtəə nişanlı kolbasa və sosislərin tərkibində donuz əti var - FOTOLAR
-
“İrəvanla Bakı danışıqları müstəqil aparmağa qadirdir“ - Kreml
-
Şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
Prezident Sərəncam imzaladı - Tədbirlər planını təsdiqlədi
-
“Dünyada müharibəni başladan biz yox, Amerikadır” - Pezeşkian
-
Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? - Yegerin oğlu qanunsuz dəstə yaradıb
-
İçki iyinə görə avtobusdan düşməsi tələb edildi, şüşəni sındırdı - Məhkəmə qərarı
-
“Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırır - Açıqlama yaydı
-
Gəmidə aşpaz kimi işə düzəltmək adı ilə 7 min manat aldı - HÖKM
-
Peskovdan Trampa: “Rusiyanın artıq 4 regionu var”
-
Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - VİDEO
-
“10 milyarda almağa hazırıq” - Maskın təklifinə cavab
-
Taleh Qaraşov onu öldürtməkdə təqsirləndirilən şəxsdən şikayətçi olmadı - MƏHKƏMƏ
-
Dünyanın ən yaşlı və ən gənc dövlət başçıları - Siyahı
-
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTOLAR
-
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi başa çatıb - VİDEO
-
Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər? - VİDEO
-
Saleh Məmmədova yeni müavin təyin edildi - Əli Hacıyev kimdir?
-
“Tamstore“də vaxtı keçmiş məhsullar satılır - FOTOLAR
-
Bakıda restoranın kassasını talayan şəxslər saxlanılıb - VİDEO
-
SEPAH Nəcəfdə gizli görüş keçirib - Bu prezidentə qarşı sui-qəsd müzakirə olunub
-
Samuxda “Dayan” əmrinə tabe olmadılar, atəş açıldı - 1 əfqan, 3 pakistanlı saxlanılıb
-
Azərbaycanda un bahalaşdı - SON QİYMƏTLƏR
-
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - SƏBƏB
-
Türkiyədə mütləq kəşf etməli olduğunuz mağaralar - FOTOLAR
-
İlham Əliyev İran prezidentinə məktub göndərdi - MƏTN
-
Dostu sevdiyi qızla görüşəcəkdi - başlarına iş gəldi
-
33 milyon dollar Azərbaycana qaytarılıb - RƏSMİ
-
“Fulcom“ MMC fəhlələrin pulunu vermir - VİDEO
-
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir? - VİDEO
-
Azərbaycanda tutumu 3.4 milyon kubmetr olan gölün suyu boşaldılıb - Səbəb nədir?
-
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - Naftalanlılar
-
Qadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu
-
DTX Bağırovu Azərbaycana gətirdi - İordaniyada tutulub + FOTO
-
Azərbaycan ət böhranı astanasında: Heyvanların sayı sürətlə azalır
-
Məktəblərdə uşaqlara konfet adı ilə narkotik tərkibli dərman paylanılır? - VİDEO
-
Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür? - VİDEO
-
“Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır“ - Lavrov
-
20 milyard manatdan artıq qiymətləndirilən əmlaka ziyan dəyib - Vardanyanın məhkəməsi+Fotolar
-
Xarici diplomlar hansı halda tanınmayacaq? - Qərar açıqlanıb
-
“Ya qəlpəni çıxarın, ya da əlillik verin“ - Məhkəmə qərar verdi
-
Zeynal Usubov məhkəmədə ifadə verdi - “Nizami 1,3 milyon dollar pulumu ələ keçirib“
-
“Qəzza planımda fələstinlilərin geri qayıtmaq hüququ yoxdur“ - Tram
-
Bakıda işdən evə gedən qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
-
Məcnun Məmmədov şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış oldu - Fotolar
-
Əri həbsdən çıxan qadın qonşu kişi ilə gəzdi, oğulları buna şahid oldu – TƏFƏRRÜAT
-
Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur - FOTOLAR
-
“Orbita“ uşaq bağçasında azyaşlıya şiddətlə bağlı araşdırma başladı - VİDEO
-
Aybəniz İsmayılovanın atası ilə bağlı sensasion fakt: Qatar rəisi işləyərkən görün nələr edib...
-
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
-
Tramp İrana qarşı oyun qurur - Pezeşkian
-
Ceyhun Bayramov yeni səfiri qəbul edib - Müzakirə + FOTO
-
Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub - VİDEO
-
Azərbaycan HHQ hücum təyyarələri ilə təlim-məşq uçuşları keçirib - VİDEO
-
““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - Sakinlər narazıdır + Fotolar
-
Bakıda Roma papasının adına katolik kilsə inşa olunacaq - 665 min manat ayrılıb
-
Təhsil Tələbə Krediti Fondunda - Yeni təyinatlar
-
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TOP 10
ARXİV