![]() |
|
![](http://azfakt.com/photos/3227.png)
![](http://azfakt.com/photos/2343414.jpg)
![](http://azfakt.com/photos/486148.jpg)
![](http://azfakt.com/photos/23519.jpg)
![](http://azfakt.com/photos/Rus evi.jpg)
![](http://azfakt.com/photos/Natiq.jpg)
![](http://azfakt.com/photos/ebf652c7-f12d-4929-9c7d-2175388cbbd4.jpg)
![](http://azfakt.com/photos/araik6.jpg)
![](http://azfakt.com/photos/87075.jpg)
![](http://azfakt.com/photos/f528697e-26bd-4160-8820-c47d6c669b77.jpg)
![](http://azfakt.com/photos/77147.jpg)
![](http://azfakt.com/photos/423644113.jpg)
![](http://azfakt.com/photos/11561.jpg)
![](http://azfakt.com/photos/821694.jpg)
Qanuna dəyişiklik edilir: Azərbaycan telekanallarında...
Tarix 12.02.25, 18:11 |
|
![bitmap-img6](http://azfakt.com/photos/88a6e557c7d773b454576473733a09b2.jpg)
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, istifadə edilən anlayışlara "Azərbaycan işarət dili" də əlavə olunur. Qanuna əlavə edilən yeni - 12-1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Qanunla dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları "prime time" zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.
"Azərbaycan işarət dilindən istifadə olunması həm də əlillərin hüquqlarının müdafiəsi baxımından vacibdir"
Nəzərdə tutulan təklifləri Oxu.Az-a şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib ki, təqdim olunan layihələrə əsasən iki istiqamətdə dəyişikliklərin olması nəzərdə tutulub:
"Bunlardan biri məhz Azərbaycanda işarət dilinin tətbiqi ilə bağlıdır. Bu, yeni bir mexanizmin tətbiqi anlamına gəlir və beynəlxalq konvensiyalara uyğun olaraq Azərbaycanda işarət dilinin tətbiqi həyata keçiriləcək. İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da televiziya verilişlərində işarət dilindən istifadə olunması, əlilliyi olan şəxslərin işarət dilindən istifadə etmələri üçün imkanların yaradılması deməkdir. Azərbaycan işarət dilindən istifadə olunması həm də əlillərin hüquqlarının müdafiəsi baxımından vacibdir. İkinci məqam isə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" ifadəsinin dəyişdirilməsi ilə bağlıdır. Bu, ifadə "əlilliyi olan uşaqlar" termini ilə əvəz olunacaq. Nəzərə alsaq ki, əlillik 18 yaşınadək müəyyənləşdirilir. Bu da praktiki olaraq uşaqlıq dövründə əlilliyi müəyyən edilənlər əlilliyi müəyyən olunmuş uşaqlar kimi xarakterizə edilərək qanunvericilikdə əksini tapacaq. Bu da beynəlxalq standartlara uyğun olaraq terminologiyadan istifadə olunması və Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara uyğunlaşdırılması məqsədi daşıyır".
Deputat deyib ki, işarət dilinin tədris olunması, təlimlər vasitəsilə əlilliyi olan şəxslərə çatdırılması vacibdir:
"Buna görə də kompleks yanaşma tətbiq olunacaq. Qanunvericilik formalaşandan sonra mexanizmin hazırlanması və tətbiqi həyata keçiriləcək. Sözsüz ki, bu tədbirlərə işarət dilinin tədrisi, eşitmə qabiliyyəti olmayan vətəndaşlarımızın təlimlərə cəlb edilməsi, eyni zamanda bu istiqamətdə həm təhsil, həm də psixoloji tədbirlərin keçirilməsi nəzərdə tutulur".
Göründüyü kimi, qanuna təklif olunan dəyişiklik həm də Azərbaycanda surdotərcüməçilərin efirdə daha geniş şəkildə iştirak etməsinə şərait yaradır. Bəs bu sahədə hazırkı vəziyyət necədir? Ölkəmizdə "Azərbaycan işarət dili"nin tərcüməsini həyata keçirəcək müvafiq təhsilə və ixtisasa malik olan şəxslərin sayı kifayət qədərdirmi?
"Surdotərcüməçiləri efirə hazırlamaq üçün xüsusi kurslar yoxdur, amma buna ehtiyac var"
Mövzu ilə bağlı həmsöhbətimiz "Real" TV-nin surdotərcüməçisi Yeganə Tağıyeva bildirib ki, bu sahədə mütəxəssis olmaq üçün işarət dilini bilmək kifayət etmir:
"Gərək xitab etdiyin auditoriyanı həm də hiss edəsən. Buna görə də mən həmişə deyirəm ki, bu sahədə ən yaxşı mütəxəssislər bir çox hallarda əlilliyi olan valideynlərin övladları olurlar. Çünki onlar yalnız işarət dilini, terminləri bilmir, həm də auditoriyanı hiss edirlər".
Həmsöhbətimiz deyib ki, Azərbaycanda bu sahədə hazırda mütəxəssislərin sayı azdır:
"Ölkəmizdə surdotərcüməçilik ixtisası yoxdur, bununla bağlı kurslar var və orada işarət dilini öyrədirlər".
Y.Tağıyeva vurğulayıb ki, efirin öz dili var və bunun üçün də əlavə məşq, dərslər lazımdır:
"Təəssüf ki, surdotərcüməçiləri efirə hazırlamaq üçün xüsusi kurslar yoxdur, amma buna ehtiyac var. Sinxron tərcümə çətindir. Efirdə isə terminləri bilməklə yanaşı, oturuş, əlləri düzgün qoymaq və s. qaydalara da bələd olmalısan. Mən illər əvvəl AzTV-nin efirində surdotərcüməçini izləyərək və güzgü qarşısında məşq etməklə efirə hazırlaşmışam. İlk vaxtlarda, təbii ki, çətin idi. Çünki bu iş tək zehni deyil, həm də fizikidir və insandan güc, artistizm bacarığı tələb edir. Bəzi hallarda elə sözlər olur ki, onların birbaşa tərcüməsi olmur. Bu zaman sinonimlərdən istifadə etməklə fikri çatdırmalı oluruq. Ona görə peşəkar sinxron tərcüməçi həm də çevik məntiqə və mütaliəyə sahib olmalıdır".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, surdotərcüməçiliklə bağlı konkret ixtisas olmasa da, korreksiyaedici təlim ixtisasında surdopedaqogika tədris olunur.
"İnformasiyanın işarət dili ilə çatdırılması həm də humanist, ədalətli addımdır"
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib ki, əhalinin müəyyən sosial kateqoriyaları var ki, onlar üçün informasiya almaq müəyyən qədər çətin olur:
"Buna görə televiziyalar bu boşluğu doldurmalıdır. Qanundakı düzəliş də buna xidmət edir".
Professor qeyd edib ki, surdotərcüməçiliklə bağlı Azərbaycan televiziya kanallarının təcrübəsi olduğu üçün ciddi çətinlik yaşanmayacaq:
"Vaxtilə AzTV-də axşam saat 17:00, 19:00 xəbərləri həm də işarət dili ilə təqdim edilib. Bu, spesifik kadr hazırlığı tələb edir. Lakin hesab edirəm ki, bu sahədə o qədər də ciddi çətinlik olmayacaq, çünki müəyyən məhdudiyyəti olan insanlarla çalışan təşkilatlarla da bu istiqamətdə addımlar atılır. Onları cilalamaqla, işarət dilini bilənlərlə çalışaraq efir üçün kadrlar hazırlamaq mümkündür. Televiziyalar uyğun təşkilatlarla bu istiqamətdə birgə addımlar ata bilərlər".
O xatırladıb ki, qanundakı dəyişiklik birinci növbədə, büdcədən maliyyələşən televiziya kanalları qarşısında informasiya almaq imkanı məhdud olan insanlara məlumat vermək öhdəliyi qoyur:
"İndi dağınıq informasiya məkanındayıq. Parçalanmış auditoriya və xəbər mənbələrinin həddindən artıq çoxluğu, sistemsizliyi televiziyalarda konkret informasiyaların həm də işarət dili ilə verilməsini vacib edir. Bu baxımdan qəbul olunan dəyişiklik çox önəmlidir. Bunu həm də humanist, ədalətli addım kimi yüksək qiymətləndirirəm. Bunun reallaşdırılması vacibdir".
"Bütün yayımçılar bu tendensiyaya qoşulsalar, biz bunu alqışlayacağıq"
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna Azərbaycan işarət dili anlayışının əlavə edilməsi haqqında təklif olunan dəyişiklik mütərəqqi addım hesab edilir:
"Vətəndaşlarımızın informasiyaya əlçatanlığının təmin edilməsi baxımından bu olduqca vacib məsələdir. Audiovizual Şura və aidiyyəti dövlət qurumları arasında sözügedən qanun layihəsi üzərində uzun müddət idi ki, məsləhətləşmələr aparılırdı. Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır".
T.Quliyev deyib ki, qanun layihəsi qəbul olunduqdan sonra qanunun tələbləri dövlət büdcəsindən maliyyələşən, eyni zamanda ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarına şamil olunacaq:
"Onlar "prime-time" zamanı yayımladıqları informasiya xarakterli proqramlarının işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər. Əlbəttə, biz Audiovizual Şura olaraq özəl yayımçılara da bu yöndə iş görməyi tövsiyə edirik, ancaq təbii ki, özəl yayımçılardan biz bunu yerinə yetirməyi tələb edə bilmərik. Çünki onların istər maliyyə, istərsə də resurs baxımından müəyyən çətinlikləri var. Ona görə də özəl kanallara bu istiqamətdə yalnız tövsiyə edə bilərik. Eyni zamanda əlavə etməliyəm ki, bizim bəzi özəl kanallarımız bu təcrübədən artıq neçə vaxtdır istifadə edirlər. ARB24-də və "Real TV"də bəzi məhsullar işarət dilindən istifadə edilərək verilir. Ancaq dövlət və ictimai yayımçılarla yanaşı bütün yayımçılar bu tendensiyaya qoşulsalar, bunu alqışlayacağıq".
T.Quliyev qeyd edib ki, Azərbaycanın 2008-ci ildə qoşulduğu BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğun olaraq, əlilliyi olan şəxslərin informasiyaya əlçatanlığı onların hüquqlarının təmin olunması baxımından vacib addımdır:
"Nəzərə almalıyıq ki, dünyanın inkişaf etmiş ölkələrində belə bir təcrübə çoxdan var. İctimai yayımçılar, dövlət yayımçıları bundan istifadə edir. BBC, TRT və Avropanın bir sıra yayımçıları xəbərlər proqramı buraxılışlarını işarət dili ilə verirlər".
Xəbərin oxunma sayı : 277
Sosial
Xəbərlər
-
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu - FOTOLAR
-
Ləğv edilən qurumun işçiləri 3 aydır maaş ala bilmir - Açıqlama
-
Aİ ilə bağlı qanun AİB və Rusiya ilə münasibətlərdə riski artırmır - Paşinyan
-
Bu şəxslər Rusiyada saxlanılaraq Azərbaycana gətirildi - SİYAHI
-
SDU-ya rektor əvəzi təyin olundu - Əminağa Sadıqov kimdir? + DOSYE
-
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
-
Türk iş adamının Azərbaycandan çıxışına “stop“ qoyuldu - 270 minlik borc
-
Bu həkimlər məhkəməyə çağırılır - Siyahı
-
Prezident Dövlət Agentliyinə sədr təyin etdi - SƏRƏNCAM
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrildi - FƏRMAN
-
Qanuna dəyişiklik edilir: Azərbaycan telekanallarında...
-
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Polisə dəstək olanlar mülki inspektor hesab ediləcək - Xüsusi geyim formaları olacaq
-
Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Yapı Kredi Bank” yenə müştərilərin ən çox şikayət etdiyi bank olub - SİYAHI
-
Alimpaşa Məmmədov Ali Məhkəmədə əmlak davası açdı - TƏFƏRRÜAT
-
“Balacans agro food” MMC bu şəraitdə meyvə şirəsi istehsal edirmişlər - VİDEO
-
Keçmiş diplomat hakim qarşısında - “Mən də ona yumruq atdım, bu zaman qarın nahiyyəmdən...“
-
Magistraturaya qəbul imtahanı keçiriləcək - Detallar
-
Somali prezidenti Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
FİDAN-TN MMC-ni Sanitariya və Teniki Təmizlik İdarəsinə nə bağlayır? - Palatadan açıqlama
-
Bu hallarda avtomobiliniz aşa bilər - Diqqətli olun!
-
Azad edilmiş rayonlarda ötən il tikintiyə 6 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
-
Onların təhsilhaqqını dövlət ödəyəcək - Tələbələrlə bağlı yenilik
-
Abdin Fərzəliyevlə bağlı şok iddia yayıldı - Mehdiyevlə, Həsənovla əlaqə, Həştərxana qədər uzanan böyük biznes...
-
“Bolt“ sürücüsü “atvyorka“ ilə müştərinin atasını vurdu - TƏFƏRRÜAT
-
“Yanında tonqal qalayıbmış...” - Turistin qalıqlarını tapan şəxs
-
Sabiq diplomata ittiham aktı elan olunub - MƏHKƏMƏ
-
Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - Foto
-
Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - 2 milyon manatlıq layihə
-
Xudayar Yusifzadənin anasını təhqir edən bloger həbs olundu - 10 sutkalık
-
İntensiv yağış və qar yağacaq, temperatur 4 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ
-
Çörəkdən siqaret kötüyü çıxan sexdə yoxlama aparıldı - Fotolar
-
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə kredit vermir? - Açıqlama
-
Bakının mərkəzində 4 maşını əzən “Kia” aşdı - Video
-
Azərbaycanda yanvarda illik inflyasiya 5,4 % təşkil edib - Dövlət Statistika Komitəsi
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar
-
Prezidentlər təkbətək görüşdü - Video - Foto
-
USAID-in baş inspektoru işdən çıxarıldı - Tənqidi hesabatın nəticəsi
-
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
-
Ərdoğana İrem Dericinin mahnısı ilə təşəkkür etdi - VİDEO
-
Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək - DİM məlumat yaydı
-
1 milyonluq qan pulu işi - körpələr müalicəsizlikdən dünyasını dəyişib!
-
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi...
-
Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verib - TAM MƏTN
-
Komissiya ilk iclasa toplaşır - Əfv gözlənilir
-
Azərbaycanda əlilliyğ görə müavinətlərin artacağı məlum oldu - VİDEO
-
Maya dəyəri 4 manat 40 qəpik olan mal əti bazarda niyə 3-4 dəfə baha satılır? - VİDEO
-
Daha 1513 nəfər taksi sürücüsü olmaq istəyir - İmtahan olacaq
-
“Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur” - Prezidentin köməkçisi
-
Kiberdələduzların növbəti fırıldağı - Xəbərdarlıq
-
Dövlət qurumunun külli miqdarda borcu var - Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
-
PA rəhbəri məmurları Xankəndi şəhərinə topladı: iclasda nələr müzakirə edilib? + FOTOLAR
-
Sosial şəbəkələrdə qumar təşkil edən dəstə ifşa olundu - 10 milyon manat...
-
Aİ-nin sərhəd avantürası - “Missiya“ bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib - VİDEO
-
Yaqub Eyyubov Somali prezidentini qarşıladı - FOTOLAR
-
Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
Dövlətin pulsuz verdiyi dərmanlar xəstələrə paylanmır? - Video
-
Hüquq müdafiəçiləri DİN-də qəbulda oldu - Şahnaz Bəylərqızının həbsi ilə bağlı
-
Almeyda “Qarabağ”la ağlayaraq vidalaşdı - Fotolar
-
Vəzif`əli şəxslərə cinayət işi açıldı - Prokurorluq açıqlama yaydı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Best Beef” əmtəə nişanlı kolbasa və sosislərin tərkibində donuz əti var - FOTOLAR
-
“İrəvanla Bakı danışıqları müstəqil aparmağa qadirdir“ - Kreml
-
Şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
Prezident Sərəncam imzaladı - Tədbirlər planını təsdiqlədi
-
“Dünyada müharibəni başladan biz yox, Amerikadır” - Pezeşkian
-
Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? - Yegerin oğlu qanunsuz dəstə yaradıb
-
İçki iyinə görə avtobusdan düşməsi tələb edildi, şüşəni sındırdı - Məhkəmə qərarı
-
“Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırır - Açıqlama yaydı
-
Gəmidə aşpaz kimi işə düzəltmək adı ilə 7 min manat aldı - HÖKM
-
Peskovdan Trampa: “Rusiyanın artıq 4 regionu var”
-
Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - VİDEO
-
“10 milyarda almağa hazırıq” - Maskın təklifinə cavab
-
Taleh Qaraşov onu öldürtməkdə təqsirləndirilən şəxsdən şikayətçi olmadı - MƏHKƏMƏ
-
Dünyanın ən yaşlı və ən gənc dövlət başçıları - Siyahı
-
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTOLAR
-
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi başa çatıb - VİDEO
-
Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər? - VİDEO
-
Saleh Məmmədova yeni müavin təyin edildi - Əli Hacıyev kimdir?
-
“Tamstore“də vaxtı keçmiş məhsullar satılır - FOTOLAR
-
Bakıda restoranın kassasını talayan şəxslər saxlanılıb - VİDEO
-
SEPAH Nəcəfdə gizli görüş keçirib - Bu prezidentə qarşı sui-qəsd müzakirə olunub
-
Samuxda “Dayan” əmrinə tabe olmadılar, atəş açıldı - 1 əfqan, 3 pakistanlı saxlanılıb
-
Azərbaycanda un bahalaşdı - SON QİYMƏTLƏR
-
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - SƏBƏB
-
Türkiyədə mütləq kəşf etməli olduğunuz mağaralar - FOTOLAR
-
İlham Əliyev İran prezidentinə məktub göndərdi - MƏTN
-
Dostu sevdiyi qızla görüşəcəkdi - başlarına iş gəldi
-
33 milyon dollar Azərbaycana qaytarılıb - RƏSMİ
-
“Fulcom“ MMC fəhlələrin pulunu vermir - VİDEO
-
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir? - VİDEO
-
Azərbaycanda tutumu 3.4 milyon kubmetr olan gölün suyu boşaldılıb - Səbəb nədir?
-
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - Naftalanlılar
-
Qadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu
-
DTX Bağırovu Azərbaycana gətirdi - İordaniyada tutulub + FOTO
-
Azərbaycan ət böhranı astanasında: Heyvanların sayı sürətlə azalır
-
Məktəblərdə uşaqlara konfet adı ilə narkotik tərkibli dərman paylanılır? - VİDEO
-
Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür? - VİDEO
-
“Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır“ - Lavrov
-
20 milyard manatdan artıq qiymətləndirilən əmlaka ziyan dəyib - Vardanyanın məhkəməsi+Fotolar
-
Xarici diplomlar hansı halda tanınmayacaq? - Qərar açıqlanıb
-
“Ya qəlpəni çıxarın, ya da əlillik verin“ - Məhkəmə qərar verdi
-
Zeynal Usubov məhkəmədə ifadə verdi - “Nizami 1,3 milyon dollar pulumu ələ keçirib“
-
“Qəzza planımda fələstinlilərin geri qayıtmaq hüququ yoxdur“ - Tram
-
Bakıda işdən evə gedən qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
-
Məcnun Məmmədov şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış oldu - Fotolar
-
Əri həbsdən çıxan qadın qonşu kişi ilə gəzdi, oğulları buna şahid oldu – TƏFƏRRÜAT
-
Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur - FOTOLAR
-
“Orbita“ uşaq bağçasında azyaşlıya şiddətlə bağlı araşdırma başladı - VİDEO
-
Aybəniz İsmayılovanın atası ilə bağlı sensasion fakt: Qatar rəisi işləyərkən görün nələr edib...
-
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
-
Tramp İrana qarşı oyun qurur - Pezeşkian
-
Ceyhun Bayramov yeni səfiri qəbul edib - Müzakirə + FOTO
-
Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub - VİDEO
-
Azərbaycan HHQ hücum təyyarələri ilə təlim-məşq uçuşları keçirib - VİDEO
-
““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - Sakinlər narazıdır + Fotolar
-
Bakıda Roma papasının adına katolik kilsə inşa olunacaq - 665 min manat ayrılıb
TOP 10
ARXİV