![]() |
|














35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Tarix 26.11.24, 9:13 |
|

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.
İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.
Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.
Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib.
F.Rəhimov qanunsuz işlərinin çoxunu "İnşaat-F” MMC vasitəsilə həyata keçirib.
Məsələn, həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən "İnşaat-F” MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.
Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün F.Rəhimovun "Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.
Eyni niyyətlə "Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb.
Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün "Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.
Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.
Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.
Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Xəbərin oxunma sayı : 1282
Gündəm
Xəbərlər
-
Xocalı faciəsi qurbanlarının da qisası alındı və şəhidlərimizin qanı yerdə qalmadı
-
Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi - FOTO
-
Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 33 il ötür
-
Mourinyu cinayət məsuliyyətinə cəlb oluna bilər - “Qalatasaray“ hədələdi
-
“Həftə sonu Britaniyada Ukrayna ilə bağlı sammit keçiriləcək“ - Starmer
-
Kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir - Bölgələr üzrə siyahı
-
Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - FOTOLAR
-
Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - Statistika
-
Qarabağdan Bakıya su xətti çəkiləcək – Xidmət rəsmisi detalları açıqladı
-
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO
-
Son bir ildə manatın məzənnəsi xarici valyutalar qarşısında necə dəyişib? – SİYAHI
-
Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi - Fotolar
-
Xocalı qurbanlarını ehtiramla yad edir - Türk Dövlətləri Təşkilatı
-
“Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı həbs edildi - 15 nəfərin ölümünə görə
-
İranla Rusiya arasında düyünə düşən problem - Rəşt-Astara dəmir yolu xəttinin tikintisi niyə baş tutmur?
-
Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ödəniləcək - MƏBLƏĞ
-
Masazırda mal əti adı ilə camış əti satılırmış - RƏSMİ
-
Son 10 ildə ilk dəfə su ehtiyatlarımız artırılıb - Müşavir açıqladı
-
Bəylər Əyyubova müavin təyin edilib - Əsgərova vəzifə verilib
-
Həmin videoya görə polisə çağırıldılar - RƏSMİ
-
Azərbaycanlılar hansı ölkələrə gedib? - İrana səfərlər kəskin azalıb
-
Cəbrayıl şəhərciyində əməliyyat - İki nəfər həbs edildi
-
Rusiyanın “Daşınmaz əmlak kralları” yenə azərbaycanlılar oldu - 2 milyard dollar qazanıblar
-
Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?
-
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Maştağada ağaclar qırılır - Rəsmi açıqlama (VİDEO)
-
“Ağsu” mehmanxanasının fəaliyyəti dayandırıldı - FOTO
-
Nazirlərlə bu tarixlərdə görüşə bilərsiniz - CƏDVƏL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Ərə getsəm, çölə çıxmayacağam“ - Türkan Vəlizadə
-
Xətaidə ağacları əhatəyə alıb obyekt tikirlər - VİDEO, FOTOLAR
-
Azərbaycanda suyun qiyməti qalxa bilər - Açıqlama
-
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
-
18 200 manatlıq “yüngül cəza“ - “Məhkəmə dələduzluğu“
-
Ən çox hansı şəhərlərə qar yağır? - Siyahı
-
Prezident “Real”ı biabır etdi: Bu, oliqarxların futboludur
-
Saray yolunda bahalı avtomobillər toqquşdu - VİDEO
-
Dağlıq ərazilərdə 13° şaxta var - FAKTİKİ HAVA
-
Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi - Məhkəmə şikayəti təmin etmədi
-
Prezident daha bir sərəncam imzalayıb - Detallar
-
238 minə aldığı gözəllik cihazları başına bəla oldu - Dələduzluq
-
Türkiyədə 53 nəfərin öldüyü terror aktını təşkil etmişdi - Saxlanıldı
-
Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilir - Fərman
-
Sabah Bakıda sulu qar, rayonlarda qar yağacaq - Xəbərdarlıq
-
Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır - Sərəncam
-
Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
-
Bakıda evdən ər-arvadın meyiti tapıldı - Müəmmalı hadisə
-
“Qarabağ“ın qapıçısı Serbiya klubunda? - Rəsmi açıqlama
-
Ədalət Verdiyev hakim qarşısına çıxarılır - Bu tarixdə
-
DGK bir ildə avtomobillərinin təmirinə 1.6 milyon manat xərcləyib: Eyni şirkətlə anlaşıb
-
FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var (Foto)
-
Prezident İlham Əliyev Küveytin Əmirinə məktub göndərib - MƏTN
-
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
-
Çoban fermerin 25 minlik camış və keçilərini sataraq mənimsədi - HÖKM
-
Rusiya əhalisinin 52 faizi müharibəni dəstəkləyir – Sorğu
-
“Oğlum açıq-saçıq geyinməyimə icazə verir“ - Xatun
-
Yolların buz bağlaması bazarların işinə necə təsir edib? - VİDEO
-
Bakının əsas prospektində yol çökdü - Hərəkət məhdudlaşdırıldı
-
15 nəfərin spirtdən öldüyü hadisə yerindən - Görüntülər
-
Dünya bu fotodan danışır - Xarici liderlər Kiyevdə (FOTO)
-
Leyla Əliyeva beynəlxalq forumda bu məsələlərdən danışdı - Fotolar
-
“Putin də diktatordur?” sualına Trampdan - Cavab
-
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
-
“Rəsmi nikahım yoxdu, övladımızın olmasına özü razılıq verib“ - VİDEO
-
Qvardiola “Mançester Siti“dən ayrıla bilər - Cəlbedici təklif aldı
-
“Ukraynadakı müharibəni bir neçə həftəyə bitirə bilərik” - Tramp
-
Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik - İlham Əliyev
-
Avropanı ancaq Türkiyənin üzvlüyü xilas edə bilər - Ərdoğan
-
Leyla və Arzu Əliyevalar Ər-Riyadda Forumda - Fotolar
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 92 nəfər saxlanıldı
-
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
-
İcra Hakimiyyəti 5 ildə 1.8 milyonluq duz alıb: Yollara səpmək üçün...
-
Putin Si Cinpinlə uzun-uzadı nələrdən danışdı: Kreml AÇIQLADI
-
XİN-dən Mirzoyanın iddialarına - Cavab
-
“Azəriqaz”ın baş direktorunun müavini adam öldürdü - Cinayət işi açıldı
-
Heydər Əliyev prospektində beton arakəsmə çökdü - Sıxlıq yarandı
-
Bütün kənd onun üçün qarı təmizləyib yol açdı - VİDEO
-
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi – ŞOK TƏFƏRRÜAT
-
Azərbaycan kərə yağını Rusiyaya 11 manata satıb - Rəsmi
-
Sərxoş halda maşın sürdü, polis saxladı - 400 manat cərimə
-
Bakıda 16 nəfərin ölümünə səbəb olan spirt bu imiş - “Starlyuks”
-
“Qobu Park”da yanğın - Sakinlər təxliyə olundu+Video
-
Prezident İlham Əliyevin adından Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib - FOTOLAR
-
Türkiyə Ukraynanın NATO üzvlüyünə etiraz etmir - Hakan Fidan
-
Nazirlik keçmiş nazirin şirkətindən 220 min manatlıq maşın alır - Müqavilə
-
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib - FOTOLAR
-
Tibbi təhsili olmayan kosmetoloq - Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?
-
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - Tam siyahı
-
“Fransa sülhdə maraqlıdırsa, belə açıqlamalara son qoymalıdır” - Rəsmi Bakı
-
Polis əməliyyat keçirdi, 20 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Axşama doğru yollar buz bağlayacaq - DYP-dən xəbərdarlıq
-
Komitə sədrinin işdən çıxardığı məmuru Mərkəz sədri vəzifəyə təyin etdi - FOTO
-
Trampdan Almaniyadakı seçkilərin yekunu haqqında: ABŞ üçün böyük gündür
-
Bakıda ata “Lexus“u yeniyetmə oğluna sürməyə verdi - Qəza törətdi
-
Ərdoğan Lavrovu qəbul etdi - Mətbuata qapalı görüş başlayıb
-
Azərbaycanda ən çox və ən az evliliyin olduğu rayonlar - Statistika
-
İcra Hakimiyyəti 150 ədəd zibil qutusunun pulunu ödəməkdən yaynır - Məhkəmə başlayıb
-
“Oğurluq etmə“ sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
-
Hərbi xidmətdə 10 barmağını itirən şəxsin müavinəti niyə kəsilib? - VİDEO
-
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? – Tam siyahı
-
Vüsal Aslanov yeni departament yaratdı - Rəis təyin etdi
-
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
-
İxracdan əldə olunan 51 milyon dollar Azərbaycana qaytarılıb - RƏSMİ
-
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi
-
Pakistanın Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Azərbaycan yumurtanı hansı ölkələrə və neçəyə satır? - Siyahı
-
Ukraynanın NATO-ya üzvlüyü məsələsində realist olmalıyıq - Hakan Fidan
-
Sabunçuda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb - RƏSMİ
-
Deputatlar toplanır: 16 məsələ müzakirə olunacaq - SİYAHI
-
Publik hüquqi şəxs 196 min manatlıq xidməti maşın almaq istəyir, amma... - Dövlət Xidməti “bahalı tender“i ləğv elədi
-
İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
Bir meyit donorun orqanları 3 şəxsə köçürüldü - Azərbaycanda ilk
-
“TikTok“da evlənəcəyinə söz verdi - Evindən qızılları oğurlayıb, qumara qoydu
-
Prezidentin Şahbaz Şəriflə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Balıq məhsullarının qiyməti bahalaşdı - VİDEO
-
Dünyada kərə yağı sürətlə bahalanır - Son qiymətlər
-
Prezident Pakistanın Baş naziri ilə təkbətək görüşdü - Video - Foto
-
Generallar toplandı, Zakir Həsənov yeni tapşırıqlar verdi - MN-də kollegiya iclası
-
İlham Əliyev Şahbaz Şərifi qarşıladı - Video - Fotolar
TOP 10
ARXİV