Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar

Tarix 12.02.25, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

AzFakt.com xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

“Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.

"Azərbaycan Energetika Nazirliyi ilə Somali Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame mübadilə ediblər.

“Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Somali Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Somalinin xarici işlər naziri Əhməd Moalim Fiqi mübadilə ediblər.

“Azərbaycan Hökuməti ilə Somali Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Somalinin müdafiə naziri Əbdülkadir Mohamed Nur mübadilə ediblər.







Xəbərin oxunma sayı : 256




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap