Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Sabiq diplomata ittiham aktı elan olunub - MƏHKƏMƏ

Tarix 12.02.25, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər Emil İbrahimovun onlarla yanaşı əyləşməsi barədə vəsatət veriblər.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra məhkəmə istintaqı açıq elan olunub.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonunda qeydə alınıb. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Onların arasında mübahisə zamanı Emin İbrahimov üzərində olan bıçaqla Kamal Şükürovun qarın nahiyəsindən bir dəfə vurub.

İttihama münasibət bildirən E.İbrahimov özünü təqsirli bilməyib və ittihamı qəbul etməyib.

Daha sonra zərərçəkmiş qismində Kamal Şükürov ifadə verib. O bildirib ki, hadisədən əvvəl E.İbrahimovu tanımayıb, onunla ədavəti olmayıb:

"Hadisə günü səki ilə hərəkət edərkən çiyin-çiyinə toxunduq. Mən ondan üzr istəyən zaman söyüşlə cavab verdi. Biz bir-birimizin yaxasından yapışdıq, sonra mənə yumruq atdı. Mən də ona yumruq atdım. Bu zaman qarın nahiyəmdə istilik hiss etdim, yerə çökdüm. Qarnımdan qan axdığını gördüm. Sonra təcili yardım və polisə zəng etdim. Məni xəstəxanaya apardılar. Əməliyyat olundum".

Daha sonra zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışmaq niyyəti yoxdur. O, E.İbrahimovun dövlətin təyin etdiyi qanunlarla cəzalandırılmasını istəyib.

Proses martın 12-də davam etdiriləcək.

Qeyd edək ki, sabiq diplomata istintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.



Xəbərin oxunma sayı : 373




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap