Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Bu hallarda avtomobiliniz aşa bilər - Diqqətli olun!

Tarix 12.02.25, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Baş DYP İdarəsi dünən axşam Neftçala rayonunda avtomobilin aşması nəticəsində baş vermiş qəza barədə açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada bu kimi qəzaların səbəblərinə aydınlıq gətirilib.

Bildirilib ki, fevralın 11-i saat 18:00 radələrində Neftçalanın Qaçaqkənd kəndində Nəhmədov Qamət Sahib oğlu idarə etdiyi “Mercedes” markalı 90-DH-388 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü Q.Nehmədov xəsarət alıb.

Hadisə barədə araşdırma aparılır.

Məlumata görə, təhlillər onu deməyə əsas verir ki,  minik nəqliyyat vasitələrinin yoldan çıxaraq aşmasının səbəbləri əsasən aşağıdakılardır:

- Sürət həddinin aşılması – Yüksək sürətlə hərəkət edərkən avtomobilin idarə olunması çətinləşir və döngələrdə yol tutuşu azalır;

- Sürüşkən və ya pis yol şəraiti – Qar, buz, yağış və ya qum avtomobilin təkərlərinin yol tutuşunu azaldaraq sürüşməsinə səbəb ola bilər;

- Ani və kəskin manevrlər – Qəfil dönmələr və ya ani əyləcləmə nəticəsində avtomobilin stabilliyi pozula bilər;

- Təkərlərin nasaz olması – Köhnəlmiş və ya standartlara uyğun olmayan təkərlər (məsələn, qışda yay təkərləri) yol tutuşunu zəiflədir və qəza riskini artırır;

- Asqı və sükan sistemindəki problemlər – Avtomobilin asqı və sükan sistemində nasazlıqlar idarəetməni çətinləşdirə bilər;

- Sərxoş və ya yorğun sürücü – Spirtli içki və ya narkotik maddələrin təsiri altında, həmçinin yorğunluq səbəbilə sürücünün refleksləri zəifləyir.

Bu hadisələrin qarşısını almaq üçün sürücülər diqqətli olmalı, avtomobillərini mütəmadi olaraq yoxlamalı və hava şəraitinə uyğun sürüş tərzi seçməlidirlər.






Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap