Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Dövlətin pulsuz verdiyi dərmanlar xəstələrə paylanmır? - Video

Tarix 11.02.25, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


“50 uşağın həyatı risk altındadır. Ona görə ki, kimsə TƏBİB-də işini düzgün yerinə yetirmir. 4 aydır ki, dərman almamaq nə deməkdir?!”

AzFakt.com “Baku TV”yə istinadən xəbər verir ki, bunu vətəndaş Günay Əsədzadə kistoz fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara hər ay dövlət tərəfindən pulsuz təqdim olunan dərmanların aylardır, verilməməsi ilə bağlı şikayətində söyləyib.

Valideynin iddiasına görə, aidiyyəti qurum bu dərmanlar üçün ayrılan birillik vəsaitin cəmi 9 aya bəs etdiyini deyir: “Biz dərmanlarımızı TƏBİB-dən ala bilmirik. Mən ərizə yazıram ki, dərmanları niyə vermirsiniz, onlar da xəstəxanadan izahat istəyir ki, niyə paylamırsınız? Sən göndərməmisən, o da paylamayıb. Xəstəxanadan deyirlər ki, dərman gəlməyib, gələndə verəcəyik”.

Nərimanov Rayon Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri Səbinə Əfəndiyeva isə bildirib ki, TƏBİB dərmanları göndərən kimi dərhal xəstələrə paylanılır: “Onlar bizə deyib ki, gözləyin, dərmanlar gələcək. Nə vaxt gələcəksə, o vaxt da veriləcək. Bəzi dərmanlar verilir, bəziləri hələ də verilməyib”.

TƏBİB-in Departament rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təminatı üçün lazım olan mallar uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində İnnovasiya və Təchizat Mərkəzi tərəfindən satın alınıb və müvafiq tibb müəssisələri tərəfindən təminatı həyata keçirilib: “23 dekabr 2021-ci il tarixli 406 saylı Nazirlər Kabinetinin Qərarına 24 may 2024-cü il 280 nömrəli Qərarla edilmiş dəyişikliklərə əsasən, 20 adda yeni dərman preparatı daxil edilib. Əlavə edilən dərmanların, o cümlədən kistoz fibroz xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması həyata keçirilib. Podradçı şirkət ilə müqavilə bağlandıqdan sonra adıçəkilən dərman vasitələrinin təminatının yerinə yetirilməsi nəzərdə tutulub”.  

Daha ətraflı videomaterialda:






Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap