Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Azərbaycan ət böhranı astanasında: Heyvanların sayı sürətlə azalır

Tarix 11.02.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə Azərbaycanda narahatedici bir tendensiya müşahidə olunur—iri və xırdabuynuzlu heyvanların sayı sürətlə azalır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bunun əsas səbəbi əhalinin, xüsusilə quzu ətinə olan həddindən artıq yüksək tələbatıdır.

"Heyvanlar çəkisini tam almadan ətlik üçün kəsilir. İnsanlar daha çox quzu ətinə üstünlük verdiyi üçün heyvanların sayı artmır. İllər ərzində əhalinin artması və ətə olan tələbatın yüksəlməsi nəticəsində heyvanların sayı sabit qalmışdır. Bu mövzuda maarifləndirmə tədbirləri keçirilməsinə baxmayaraq, təəssüf ki, müsbət nəticələr müşahidə olunmur," – nazirlikdən bildirilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1 yanvar 2025-ci il tarixinə Azərbaycanda 6 850,2 min baş qoyun və keçi, 2 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 223,1 min baş inək və camış mövcud olub. Donuzların sayı isə cəmi 3 103 baş təşkil edib. Ötən illə müqayisədə xırdabuynuzlu və iribuynuzlu heyvanların, eləcə də donuzların sayı azalıb.

Heyvanların sayının azalması fonunda Azərbaycanda ət qiymətləri artmaqda davam edir. Hazırda mal əti 1 kiloqram üçün 15-16 manat, quzu əti isə 20-24 manat arasında dəyişir.



Xəbərin oxunma sayı : 553




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap