Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Həvəs üçün samovar və bal yeşiyi oğurladı - Bu cəzanı aldı

Tarix 09.02.25, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


Culfa rayonunun Qazançı kəndində maraqlı oğurluq hadisəsi baş verib. Saxlanılan şəxsin bir samovar və bir neçə bal yeşiyi oğurladığı müəyyən edilib. O, bu əməli həvəslə əlaqələndirib…

Musavat.com xəbər verir ki, 65 yaşlı Sərvər əməlini tamah məqsədi ilə törətmədiyini, bala və samovara həvəsinin olduğunu söyləyib.

Deyib ki, kənddəki ev onun ata evi olub. Tez-tez ora baş çəkərək kiçik təsərrüfatla da məşğul olub. O, hadisədən bir neçə gün əvvəl atı ilə yas yerindən gələn zaman yol kənarında arı yeşikləri görüb. Evə gələndə arı saxlamaq üçün bütün avadanlıqlarının olduğunu, bircə arı çatışmadığını düşünüb. Buna görə də ilk olaraq bir arı yeşiyini evinə gətirib. Amma arıları ölüb. Sonra daha bir yeşik oğurlayaraq həyətinə gətirib. Bu dəfə də təsərrüfatı düşündüyü kimi olmayıb. Dediyinə görə, "it arıları" digər arıları məhv edib.

Təqsirləndirilən şəxs samovarı isə qonşusu Akifin həyətindən götürüb. Deyib ki, samovar marağı olduğu üçün qonşunun həyətinə keçərək oradan götürüb. O, samovarı çayda gizlədib. Təqsirləndirilən şəxs Əlincə çayında çimmək üçün özünə süni göl yaradıbmış. Samovarı da həmin göldə gizlədib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Sərvər zərərçəkmiş şəxslərlə barışıb, zərəri ödəyib.

Sərvər məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 784




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap