Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Həbsə alınan “qumar kralı“ çoxsaylı əmlakları üzə çıxdı - FOTOLAR

Tarix 06.02.25, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


 Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən "Medalyon" və "Nuxa" restoranlarının sahibi Yusif Baqiyev saxlanılıb.

Əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları həyata keçirib.  Mətbuatda yazılanlara görə Yusif Baqiyev (Şəkili) ölkədə "qumar kralı" kimi tanınır. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Musavat.com-a daxil olan məlumata görə Yusif Baqiyev tutulandan sonra ona məxsus,  Xəzər rayonunda tikilməkdə olan qeyri-yaşayış sahələrində də tikinti işləri dayandırılıb.

Ümumiyyətlə isə Yusif Baqiyevin həm də çoxsaylı kommersiya obyektlərinə sahib olduğu deyilir.

Onun tikinti işlərinə “Vüqar 777” kimi tanınan şəxs rəhbərlik edib. Bildirilir ki, Mərdəkan qəsəbəsinin girişindəki “Santral” mağazasının yanındakı “Araz” marketin yerləşdiyi 2 mərtəbəli qeyri-yaşayış sahəsi ona məxsusdur. Bundan başqa Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsindəki “Kontakt” mağazasının yerləşdiyi qeyri-yaşayış sahəsinin, Buzovna qəsəbəsində 4 hektar ərazini əhatə edən torpaq sahəsində inşa olunan mini şəhərciyin, “Gala Shopping Village”də 6 mağazanın, Mərdəkan qəsəbəsində, Makaron fabriki ilə üzbəüz yerləşən keçmiş Şüvəlan Qənnadı fabrikinin balansında olan 2 hektar torpaq ərazisi də Yusif Baqiyevə məxsusdur. Çoxsaylı əmlakların bir çoxunun ilkin qeydiyyat sənədləri ilə sonra verilmiş sənədlərin uyğun gəlmədiyi də gələn məlumatlar sırasındadır. İddia olunur ki, həmin sənədlərdə uyğunsuzluqlar olsa da, Yusif Baqiyev əmlaklara dair sənəd ala bilib. Bunun üçün 1 milyon manata yaxın vəsaitin xərcləndiyi də qeyd edilir. Yusif Baqiyevə elan olunan ittihamlar təsdiqini taparsa, ona 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.






Xəbərin oxunma sayı : 1168




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap