Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

“Onun getməsinə üzülürəm” - Qurban Qurbanov

Tarix 07.02.25, 8:51

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”in qonağı olub.

AzFakt.com xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. 

Qurbanov futbolçularını təbrik etdiyini bildirib:

“Futbolçularımı təbrik edirəm. Yaxşı bir komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. Yaxşı mübarizə aparırdılar. Futbolçularım da istəkli idilər. Qələbəyə görə onlara təşəkkür edirəm.

Kadi Borgesin transferi məcburiyyətdən deyil. Əlimizdə belə bir şans oldu. Əvvəlcədən onun komandasından təklif var idi. Belə bir variant yarandı. Ümumiyyətlə, Kadi lazımlı oyunçudur. Julio Romaonun getməsinə üzülürəm. İstər-istəməz öyrəşmişdik, kollektiv olaraq uyğunlaşmışdıq. Onun getməsinə üzülürəm, Kadinin gəlişinə sevinirəm. Kadinin transferi bəlkə də, düşünmədiyimiz bir keçid oldu. Amma yay üçün başqa transfer planlarımız da var.

Kadinin gəlməsi ilə hansısa oyunçunun ehtiyata düşəcəyini düşünmürəm. Müxtəlif mövqelərdə oynamağı bacaran futbolçudur. Hələ ki, yoxlayacağıq necə qalıb və ondan sonra qərar verəcəyik.

Buradan gedən futbolçuların 90 faizinin getməsini istəməmişəm. Amma yaranan şərait, klubun maraqları və yaxşı təklif olanda istər-istəməz məcbur oluruq. Getmək istəyən heç bir futbolçunun qarşısını kəsmək istəmirəm”.



Xəbərin oxunma sayı : 1219




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap