Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

“Neft Daşları”nda sızma olub - “Azneft”dən açıqlama

Tarix 07.02.25, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib.

AzFakt.com” xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən “Report”a məlumat verilib.

“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, - “Azneft”in cavabında vurğulanıb.

Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir. “Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.



Xəbərin oxunma sayı : 976




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap