Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Sumqayıtda məscid sökülür? - Rəsmi açıqlama

Tarix 07.02.25, 19:51

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərinin Ceyranbatan yaşayış massivində yerləşən "Ceyhun xanım və Hacı Əhməd” məscidinin sökülməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, söküntü işləri məscidin qarşısında qeyri-qanuni quraşdırılmış metal konstruksiyada aparılıb:

"Dini Komitənin müvafiq dövlət qurumlarından aldığı məlumata görə, qeyd edilən ünvanda başlayan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməyib, aidiyyəti qurumlardan müvafiq razılıqlar və rəylər alınmayıb".

Vurğulanıb ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, sifarişçi tikintiyə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət etməlidir. Eyni zamanda tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir.

"Dini etiqad azadlığı haqqında” qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy vermək səlahiyyətinə malikdir. Tikinti işlərinə başlanılarkən Şəhərsalma və Tikinti Məcəlləsinə maddəsinə uyğun olaraq, yerli icra hakimiyyətinə müraciət edilmədiyindən Dövlət Komitəsinə də bu barədə sorğu daxil olmayıb.



Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap