|
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Tarix 23.11.24, 10:22 |
|
“Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir”. Bunu noyabrın 20-də jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib.
“Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini isə azərbaycanlı qardaşlarımız həll edəcək. Sonra bu dəhliz Naxçıvandan Türkiyəyə keçəcək. Türkiyədə biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - deyə nazir qeyd edib.
Əslində bu, türkiyəli nazirin Ankara və Bakı adından İrəvana son çağırışı və ya xəbərdarlığıdır. Təəssüf ki, Ermənistan Zəngəzur dəhlizi məsələsini süni bəhanələrlə ləngidir. Bu istiqamətdə real addımlar atmır. Baş nazir Nikol Paşinyan son olaraq, Kazanda Prezident İlham Əliyevlə görüşdə məsələ ilə bağlı Azərbaycana sadələşdirilmiş keçid təklif edib.
Ermənistan bütün diqqətini Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaq üçün infrastrukturun yaradılmasına yönəldib. İrəvan beynəlxalq maliyyə qurumlarından layihəyə qoşulmağa imkan verəcək eyni adlı magistral avtomobil yolunun tikintisi üçün irihəcmli kreditlər alır. Ötən həftə Avropa İnvestisiya Bankının (EIB Global) bölməsi Sisian-Kacaran yolunun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb. İran sərhədindən Gürcüstan sərhədinə qədər uzanacaq magistralın 2030-cu ilin sonunadək tam hazır olması nəzərdə tutulur - əgər bütün tikinti işləri vaxtında reallaşarsa. İndiyədək yolun yalnız 50 faizə qədərinin tikintisi üzrə müqavilələr bağlanıb, maliyyələşmə təmin edilib. Buna görə də yerli ekspertlər belə onun tamamlanmasının 10 ilə mümkün olacağını proqnozlaşdırırlar. Buna baxmayaraq, İrəvan rəhbərliyi Hindistandan İran üzərindən göndərilən yüklərin mühüm hissəsini öz ərazisinə cəlb etməkdə son dərəcə maraqlıdır. Lakin bu maraqla reallığın üst-üstə düşməsi kifayət qədər çətin və problemlidir.
Nəzərə alsaq ki, ABŞ-da hakimiyyətə İrana qarşı ən sərt siyasəti dəstəkləyən Donald Tramp gəlir, onda Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizi üçün İran ərazisindəki infrastruktura nəzərdə tutulan yatırımlarının ən azı 4 il dondurulmuş vəziyyətə düşəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ən azı ortada Trampın əvvəlki prezidentlik dövrünün təcrübəsi var...
Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal7"yə müsahibəsində bildirib.
“Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ dəhlizdir. Bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”, - deyə Türkiyə nümayəndəsi bildirib.
Azərbaycan Zəngəzur dəhlizinin bir qolunun İran ərazisindən keçməsi istiqamətində ilk addımlarını 2022-ci ildə atıb. Həmin il martın 11-də Bakıda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalayıb.
Sənəddə İran ərazisindən Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur. Dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.
2023-cü ilin oktyabrında Bakıda Baş nazirin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Eyni zamanda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi aparılıb.
Danışıqların yekunlarında iki ölkə arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu; Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu imzalanıb.
Azərbaycan tərəfi artıq İran sərhədinə qədər dəmiryol xəttinin tikintisini 60 faizdən çox başa çatdırıb. Bu ilin oktyabrında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, artıq Horadizdən Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir: “İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd - Salam Məlik (Ordubad rayonu) istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryolu xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.
R.Rüstəmov onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulması üçün layihə sənədləri hazırlanır. Naxçıvanın dəmir yol sisteminin Türkiyə dəmiryolları ilə birləşdirilməsi işlərinə isə 2020-ci ildən start verilib. Həmin il fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık- Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayının 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.
Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.
İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycanla birlikdə icra olunan layihələrin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirdiyini nümayiş etdirməkdədir. O, ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətini nəzərdən keçirən yol nazirliyinin iqtisadi rəsmiləri ilə görüş keçirib.
Ölkənin beynəlxalq avtomobil və dəmir yolu dəhlizlərinin vəziyyəti ilə bağlı yollar nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub Dəmir yolu xəttinin başa çatdırılmasının zəruriliyini vurğulayıb: “Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”.
İran prezidentinin qeyd etdiyi hər iki layihə Azərbaycanla birlikdə icra olunur. Rəsmi Tehran Azərbaycanla reallaşdırılan layihələrdən əldə edəcəyi dvidentləri doğru qiymətləndirməyi bacarır. Buna görə də birgə layihələrin icrasını sürətləndirməyi ən doğru yol hesab edir.
Ermənistanın kompromisə getməməsi onun mühüm beynəlxalq və regional layihələrdən kənarda qalmağa davam etməsinə gətirib çıxaracaq. Zəngəzur dəhlizinin işə salınması İrəvanın Azərbaycanın iştirakçısı olduğu Asiyadan Avropaya və əksinə yükdaşımaların ən optimal variantı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmasını təmin edə bilər. İştirakçı ölkələr arasında bu marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatdırılmasını nəzərdə tutan fəaliyyət planı qəbul edilib. Bu hədəfə yaxın 2 ildə, yəni 2025-2026-cı illərdə nail olunması planlaşdırılır. Artıq bu ilin ilk 10 ayında Xəzər dənizi ilə 6,4 milyon tondan çox yük daşınıb. İlin sonunadək daşımaların 7-7,5 milyon tona çatacağı gözlənilir.
Azərbaycanın dəmiryol sistemi sürətlə təkmilləşdirilir. Hazırda bu sistemin tranzit yükdaşıma imkanları ildə 25 milyon tona çatır. İran üzərindən Naxçıvana çəkiləcək yeni xəttə bu imkanı daha da artıracaq. Rəsmi məlumata əsasən Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında 15,5 milyon ton yük daşınıb. Bunun mühüm bir hissəsi tranzit yüklərdir.
Bakı İrəvana göstərir ki, onun ərazisindən olmasa belə, Naxçıvanla zəruri əlaqəni yaradacaq, ölkənin iqtisadi maraqlarından irəli gələn layihələri həyata keçirəcək. Ermənistan bu layihələrdən bəhrələnmək istəyəcəksə, Azərbaycanın təkliflərini qəbul edəcək. İstəməyib kənarda qalacaqsa, bu, Bakının planlarına heç bir təsir etməyəcək...(musavat.com)
Xəbərin oxunma sayı : 1300
Analiz
Xəbərlər
-
“Yeni pandemiya qapını döyür“ - ABŞ-dan xəbərdarlıq
-
Messinin Bakıda imzaladığı topu 5 minə satırlar - FOTO
-
Bakıda işçi şirkətin soyuducularını satıb pulu götürdü - Həbs olundu
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
MİT başqanı Suriyaya getdi - Tarixi məsciddə namaz qıldı
-
Bakıda gənc toyundan bir neçə gün sonra intihar etdi - TƏFƏRRÜAT
-
“KRB Projects“ MMC cərimələndi - Valyuta vəsaitini ölkəyə qaytarmayıb
-
“ABŞ Suriyada dinc və əhatəli siyasi keçidi dəstəkləyir“ - Pentaqon rəhbəri
-
İranda əxlaq qanunlarını pozan qadınlar öldürüləcək - Yeni qərar
-
Blinken sabah təcili Ankaraya gəlir - Hakan Fidan bu 7 kritik mesajı verəcək
-
Milyonluq mənimsəmə işi: sabiq rəis hakim qarşısına çıxarılıb
-
Azərbaycanda ən çox əməkhaqqını onlar alır - Statistika
-
7 ildə cəmi 3 plastik cərrah məzun olub - Azərbaycanda
-
Suriyanın konstitusiyası qüvvədən düşdü - parlament isə...
-
“Time” Trampı “İlin adamı” elan etdi - Medvedev tərif yağdırdı
-
Laçında ayılar belə görüntüləndi - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi dövlət qurumları əməkdaşlarının sığortası üçün 3 milyon xərcləyiblər - SİYAHI
-
Generallar hərbi əməkdaşlıq məsələlərini müzakirə etdilər - FOTO
-
Temperatur 5-10 dərəcə enəcək: Qar yağacaq, yollar buz bağalayacaq
-
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı - Özünə biznes qurdu
-
Ən çox şikayət edilən sığorta şirkətləri açıqlandı - SİYAHI
-
Keçi pendiri niyə bahadır? - AÇIQLAMA
-
Əhali pulunun 50 faizini ərzağa xərcləyib - Statistika
-
“Met-Ak“ milyonlarla manat borcu olan məşhur şirkətin rəhbərinin həbsini tələb edir - Məhkəmə
-
Prokurorluq əməkdaşları da Fəxri xiyabanı ziyarət etdi - Fotolar
-
Azərbaycanda orta aylıq əmək haqqı 20 qəpik artıb - Rəsmi
-
“Jetour Azərbaycan” məhkəmə qarşısında - Ölkədən külli miqdarda pul çıxarıblar
-
Bələdiyyə seçkiləri: 3 minə yaxın şəxs namizədliyini irəli sürüb
-
“Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı” - Hikmət Hacıyev
-
Rəsulzadə küçəsində şirkət qeydiyyata alındı - Xankəndidə ilk
-
“AzerGold“un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR
-
Özü nazir müavini getdi, köməkçisini baş həkim, 22 yaşlı qohumunu isə... - Müdir direktora qarşı
-
Yağış yağacaq, güclü külək əsəcək - Sabahın havası
-
Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı - TENDER
-
Zəngəzur dəhlizi və sülh müqaviləsi... - Nazir detalları açıqladı
-
DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO
-
Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə
-
Beyləqanda Ulu Öndərin xatirəsi anıldı - Fotolar
-
DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi - Video
-
“TikTok“ Qərb üçün başağrısına çevrilir - ABŞ və Avropa hərəkətə keçir...
-
“Azərbaycan və Ermənistan arasında müharibə faktoru qalmayıb” - Hikmət Hacıyev
-
Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə - 9 il həbs!
-
Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
Son günlər metroda nə baş verir? - VİDEO
-
Bakıda 2 qadın dəm qazından öldü - Foto
-
Azərbaycanda nefti: Qiyməti 77 dollara yaxınlaşdı
-
Türkiyə ABŞ-ı xəbərdar edəcək - PKK-ya görə
-
Bank borcunu “sildirmək“ neçəyədir? - VİDEO
-
Mask tarixi rekorda imza atdı - Sərvəti 400 milyardı keçdi
-
Leyla Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTO
-
Suriyanı idarə edən BƏƏS fəaliyyətini dayandırdı - 60 il sonra
-
Çempionlar Liqası: “Siti” və “Dortmund” uduzdu
-
Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
-
Heydər Əliyevin vəfatından 21 il ötür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında əsaslı artım var“ - Nazir
-
Qara dəniz üzərində Ukrayna PUA-ları vurulub - Soçi aeroportunda uçuşlar dayandırılıb
-
“Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyirik” - XİN
-
Saxta diplom və sertifikatlarla işləyən həkimlərin qurbanlarının sayı artır - VİDEO
-
“Elfsborq“la oyunda çox güc sərf etməli olacağıq“ - Qurban Qurbanov
-
İrəvandan qalxan təyyarə Bakıya enib - Göyərtədə kimlər olub?
-
Bəşər Əsədin atasının məzarı yandırıldı - Video
-
“Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar“ - Quterreş
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Qızılın qiyməti bahalaşacaq - PROQNOZ
-
Müştərilər ən çox bu banklardan şikayət edirlər - Tam siyahı
-
Suriya keçid hökumətinin başçısı çağırış etdi - “Geri qayıdın!”
-
Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
MTK qazinin obyektini gecə ilə niyə söküb? - Açıqlama
-
Əli Əsədov Rusiyaya getdi - FOTO
-
“Bayramqabağı düyü yenidən bahalaşacaq“ - AÇIQLAMA
-
Müharibə ərazi güzəştləri hesabına bitməməlidir - Ukraynanın Prezident Ofisi
-
NATO hərbi xərclər həddini ÜDM-in 3%-nə qaldıra bilər - “Bloomberg”
-
Azərbaycanda bu şəxslər silah ala biləcək - DİN-dən açıqlama
-
Bakıya sulu qar yağacağı gözlənilir -Xəbərdarlıq
-
Lionel Messinin Bakıya səfəri başa çatdı - FOTO
-
Həbsdə olan icra başçısının sabiq müavini azadlığa buraxıldı - MƏHKƏMƏ
-
Ceyhun Bayramov Hakan Fidanla danışdı - Suriya məsələsi müzakirə edilib
-
Bakıda qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT
-
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq:12-13 dekabr tarixlərində...
-
Azərbaycandan ən çox Türkiyə və ABŞ-yə pullar göndərilir - Siyahı
-
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər -TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Plazalar kralı”nın oğlu Qafar Dəmirçi həbs edildi - Təbiətə külli miqdarda ziyan vurduğuna görə
-
“İŞİD-in Suriyada yenidən baş qaldıracağı real təhlükə var“ - Rusiya XİN
-
“Babalaroğlu Transport” MMC 20 min manat cərimələndi - Əmək hüquqlarını pozduğuna görə
-
Sumqayıt şəhərində böyük söküntü olacaq - Tarix və kompensasiya
-
Əsədin Suriyadan necə çıxdığı məlum oldu - Təfərrüat
-
Baş Prokurorluq plastik cərrahlarla bağlı dəhşətli fakrlar aşkarladı - Rəsmi açıqlama
-
“Türkiyənin Cənubi Qafqazda imkanları daha da artacaq” - ŞƏRH
-
Messi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
-
Elektrikli ədyallar xaricdən neçəyə alınır? - Qiymət
-
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - Kəskin azalma var
-
Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşdi - QƏRAR
-
Bakının bu küçələrinin kəsişməsində yeni layihənin icrasına başlanılır - VİDEO
-
Sürücülər ən çox bu sığorta şirkətlərindən narazıdırlar - Siyahı
-
“Təmiz Qaz” QSC-nin 700 işçisi ixtisara salınır - Ailələri aclıqla üzləşəcəklər
-
Bəzi ərazilərə yağış və qar yağacaq - Sabahın havası
-
“Suriya İslam dövlətinə çevrilməyəcək“ - Müxalifət lideri
-
Hansı məhsullar bahalaşıb, hansılar ucuzlaşıb? - SİYAHI
-
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı
-
Gələn ildən pensiyalar neçə manat artacaq? - VİDEO
-
ABŞ səfiri xanımı ilə Gəncədə - Fotolar
-
“Suriya yeni müharibəyə qoşulmayacaq“ - Culani
-
Agentlik son 15 gündə 3 şirkətdən 33 avtomobil alıb - 1,5 milyon manatlıq
-
Bidzina İvanişvilinin sərvəti 1,13 milyard dollar artıb - “Bloomberg”
-
İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidentini qəbul etdi - FOTO
-
Sulutəpədə qanunsuz tikili söküldü - VİDEO
-
Bakıda ata-bala bıçaqlanıb - 24 yaşlı gənc tərəfindən
-
Əli Həsənovun qohumlarından müsadirə olunan obyekti heç kim almır - Fotolar
-
Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Cənubi Koreyanın keçmiş müdafiə naziri intihara cəhd edib - Həbsxanada
-
Messi və Luis Suares Bakıya gəldi - FOTOLAR + VİDEO
-
Bakıda ağıllı radar quraşdırılıb? - Sürücüləri çaşbaş qoyan məsələ
-
Cərimələrdən yığılan pullar hara xərclənir? - VİDEO
-
“İmam elan olunmuşam, mənə hər şey olar” - Məhkəmə
-
Şəhid qardaşı şəhid bacısı ilə evləndi - Fotolar
-
Əsas məqsəd gələn il müharibəyə son qoymaqdır - Zelenski
TOP 10
ARXİV