Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Azərbaycan - İran birgə təlimlərinin pərdəarxası – “Bakının iki hədəfi var...”

Tarix 26.11.24, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var”.

AzFakt.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, birinci məqsədimiz bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır: “Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. İran ərazisindən gizli yollarla Azərbaycan ərazisinə on kiloqramlarla narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində hərbçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər Azərbaycan sərhədçilərinin İran sərhədçiləri ilə əməkdaşlığı artırılmasına xidmət etməlidir”.

Açıklama yok.

Politoloq qeyd edir ki, Azərbaycanın İranla birgə hərbi təlimlərinin siyasi əhəmiyyəti də var. Ekspert vurğulayıb ki, İrandakı siyasi, dini və hərbi dairələr Azərbaycanı İsraillə hərbi əməkdaşlığı genişləndirməkdə ittiham edirlər: “Halbuki, Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib. Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə il ərzində keçirdiyi hərbi təlimlərdən də narahat olanlar var. Azərbaycan İranla birgə hərbi təlimlər keçirməklə Azərbaycandan qonşu ölkəyə təhdid olmayacağını Tehrana anlatmağa çalışır. Tehranda anlamalıdırlar ki, Azərbaycan Türkiyə, İsrail və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyəcək”.

Elxan Şahinoğlu misal kimi Azərbaycan Silahlı Qüvvələri İran Silahlı Qüvvələri ilə birgə təlimlər keçirərkən, NATO nümayəndə heyətinin Bakıda olmasını göstərir: “Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq ordumuzun daha da modernləşdirilməsi baxımdan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır”.



Xəbərin oxunma sayı : 865




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap