Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Hizbullah“ın peycerləri hansı ölkənin istehsalıdır? - VİDEO

Tarix 19.09.24, 9:13

Font ölçüsü : - / +
bitmap-img6


Livanda "Hizbullah" tərəfindən istifadə edilən rabitə cihazı, peycerlərin partladılması nəticəsində ölənlərlə yanaşı, 4 mindən çox insanın yaralanması qeydə alınıb.

Xəsarətalanlar arasında yüksəkrütbəli hərbçilər də var. Bildirilib ki, Livanda partlayan rabitə cihazları "Hizbullah"ın son aylarda əldə etdiyi modellərdəndir.

Hadisədən sonra ilk yada düşən partlayan peycerlərin istehsalı və satışını həyata keçirdiyi deyilən "Gold Apollo" şirkəti olub. SEPAH isə məlumat yayıb ki, "Hizbullah" yaraqlılarının əlində partlayan peycerlərin hamısı Amerika Birləşmiş Ştatlarının "Motorola" şirkətinin istehsalıdır. Amma istehsalçının hansı şirkət olmasından asılı olmayaraq, ümumiyyətlə, peycerlərin öz-özünə yanması, partlaması ehtimalı azdır. Lakin onların içərisində olan litium batareyaları partlaya bilir. Bununla belə, bu batareyaların da hamısının eyni vaxtda partlaması mümkünsüzdür və baş verən hadisə təsadüf sayılmır. Elə buna görə də "Hizbullah" mənbələri bu cihazlara etibar etməni ən ciddi təhlükəsizlik problemi sayıblar.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Tarixə baxdıqda İsrailin elektron cihazları partlada bilməsi ilə bağlı uğurlu işləri var. Məsələn, 1990-cı illərin ortalarında İsrail HƏMAS üçün bombaların əsas konstruktoru Yəhya Ayyaşı öldürmüşdü. O, Mühəndis ləqəbi ilə tanınırdı. Yəhya mobil telefonunun partladılması nəticəsində öldürülüb. Cihaza partlayıcı qoyulmuş və Qəzza üzərində uçan təyyarədən uzaqdan idarəetmə vasitəsilə işə salınmışdı. Daha sonra "Hizbullah" İsrail kəşfiyyatının GPS imkanlarından istifadə edərək insanları izləməsinin qarşısını almaq üçün cib telefonlarından peycerlərə keçmişdi. Bu hadisələri bilə-bilə "Hizbullah"ın peycerlərə də etibar etməsi bir qədər təəccüblüdür. Çünki qarşıdakı İsraildir, yüksək texnologiyalara malik ölkədir.

"Hizbullah"ın istifadə etdiyi peycerlərin partladılması onu göstərib ki, İsrailin çata bilməyəcəyi yer yoxdur.

Bu, həqiqətən də, ölkənin imkanlarının nə dərəcədə dərin olmasını nümayiş etdirdi. Bir neçə gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant belə bir fikir səsləndirmişdi: "İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçimi yoxdur". Bu fikir, bəlkə də, peycerlərin partladılmasının anonsu idi.

Ətraflı Baku TV-nin süjetində:






Xəbərin oxunma sayı : 1348




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap