Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Bayramqabağı düyü yenidən bahalaşacaq“ - AÇIQLAMA

Tarix 11.12.24, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanın düyü ilə təminatı çox aşağı səviyyədədir”.
 
AzFakt.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Vahid Məhərrəmli 2024-cü ildə uzun düyünün qiymətinin kəskin bahalaşması ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib. 

O bildirib ki, Azərbaycan 87% düyüyə olan təlabatını idxalın hesabına ödəyir:

"87-90% idxaldan asılıyıq. Dünya bazarında düyünün qiymətində artımlar müşahidə olunsa da son vaxtlar qiymətlər aşağı düşür. Əslində noyabr ayında qiymətlər enməli idi. Ona görə ki, oktyabr ayında dünya bazarında düyünün qiyməti ucuzlaşmışdı. BMT-in Kənd təsərrüfatı və ərzaq təşkilatı dünya üzrə qiymətləri araşdırır. Onların hesabatına görə, oktyabr və noyabr aylarında bütün npv düyülərin qiymətində enmə var. Təəssüflər olsun Azərbaycanda düyü idxalı monopoliyada olduğu üçün bu sahə ilə məşğul olanlar çalışırlar ki, qiyməti maraqlarına uyğun tənzimləsinlər”. 

Vahid Məhərrəmli bayramqabağı düyünün qiymətində yenidən artım olacağını düşünür:

"Hamı düyü almağa məcbur olacaq. Ona görə də qiyməti artıracaqlar”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2024-cü ildə hansı ərzaq məhsullarının bahalaşması ilə bağlı siyahını açıqlayıb. Cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun düyünün qiymətlərində müşahidə olunub. 



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap