Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

Məhkəmə Trampın fərmanını qüvvədən saldı - “Konstitusiyaya ziddir”

Tarix 06.02.25, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın imiqrantların ABŞ-də doğulan övladlarına vətəndaşlıq verilməməsi barədə fərmanı ölkə konstitusiyasına ziddir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin Merilend ştatının federal hakimi Debora Boardman belə bir nəticəyə gəlib və Donald Trampın sözügedən fərmanının qarşısını alan qərar çıxarıb.

Hakim qeyd edib ki, Trampın sərəncamı ABŞ Konstitusiyasının ölkədə doğulan bütün şəxslərə vətəndaşlıq zəmanəti verən 14-cü düzəlişilə ziddiyyət təşkil edir. O vurğulayıb ki, “vətəndaşlıq Konstitusiyanın 14-cü düzəlişinin birbaşa verdiyi ən dəyərli hüquqdur”: “Bu fərman 14-cü düzəlişin aydın dili ilə ziddiyyət təşkil edir, Ali Məhkəmənin 125 illik presedentinə və 250 illik anadangəlmə vətəndaşlığa ziddir. Ölkədə heç bir məhkəmə prezidentin bu şərhini təsdiq etməyib. Bu məhkəmə və qərar birinci olmayacaq".

Xəbərdə deyilir ki, iddia beş hamilə qadın və iki immiqrant hüquqları qrupu tərəfindən irəli sürülüb, onlar doğulmamış uşaqlarının valideynlərinin immiqrasiya statusuna görə qeyri-qanuni olaraq vətəndaşlıqdan məhrum edilə biləcəyini iddia ediblər. Əvvəllər Sietldəki başqa bir federal hakim də bu fərmanı müvəqqəti olaraq bloklamışdı, lakin onun qərarının müddəti məhdud idi. Hakim Boardmanın qərarı isə tam hüquqi dinləmə tamamlanana qədər fərmanın icrasına qarşı federal göstəriş verir.

Tramp administrasiyası iddia edir ki, vətəndaşlığı olmayanların uşaqları ABŞ yurisdiksiyasına tabe deyil və onların buna görə də vətəndaşlıq almaq hüququ yoxdur. Bununla belə, 1868-ci ildə ratifikasiya edilmiş 14-cü süzəliş keçmiş qullara və onların nəsillərinə vətəndaşlıq vermək məqsədi daşıyırdı və o vaxtdan bəri ABŞ torpağında doğulan hər kəsə vətəndaşlıq zəmanəti verir.



Xəbərin oxunma sayı : 583




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap