Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Kloze Mahirdən danışdı - “Özünü göstərməlidir”

Tarix 26.02.25, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandasının azərbaycanlı futbolçusu Mahir Emrelidən danışıb. 

“Bild” nəşri xəbər verir ki, o, millimizin üzvünün meydana çıxmamasının səbəblərini açıqlayıb:

“Mən onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirlə danışmışam. Ona dedim ki, başqaları kimi daha çox oynamaq istəyirsənsə, bunu göstərməlisən. Mən sənin istəyini hiss etməliyəm”. 
Ətraflı

“Nürnberq”in idman direktoru Joti Çatzialexio Mahirin Cənubi Koreyanın “Seul” klubuna keçəcəyi ilə bağlı yazılan xəbərlərə aydınlıq gətirib: “Hələ ki, sakitlikdir. Mahir bizim komandanın üzvüdür və məşqlərə qoşulur. Meydana çıxıb-çıxmaması isə özündən asılıdır”. 

Xəbərdə qeyd edilib ki, “Nürnberq” Mahir üçün 500 min avro transfer qiyməti qoyub. Cənubi Koreya klubu isə hələlik “Nürnberq”ə bununla bağlı cavab verməyib.

Qeyd edək ki, Mahir Emreli artıq 2 turdur ki, “Nürnberq”in oyunları zamanı iştirak ərizəsində yer almır. 



Xəbərin oxunma sayı : 262




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap