Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir - Bölgələr üzrə siyahı

Tarix 25.02.25, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayında Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 13,36% olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 0,78 faiz bəndi artıb.
Qeyd edək ki, ötən ilin yanvar ayında kreditlər üzrə orta faiz dərəcəsi 12,58% olub.
Ötən ay milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 14,38%, xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi isə 5,30% təşkil edib.
Əmanət faizləri isə son bir ildə 0,78 faiz bəndi artıb. Belə ki, ötən ilin yanvar ayında əmanətlər üzrə orta faiz dərəcəsi 3,78% olduğu halda, bu ilin yanvar ayında əmanətlər üzrə orta faiz dərəcəsi 4,50% olub.
Onu da bildirək ki, Azərbaycanda bütün iqtisadi rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi əmanətlər üzrə orta faiz dərəcəsini dəfələrlə üstələyir.
Kredit və əmanət faizləri arasındakı ən böyük fərq Şərqi Zəngəzur iqtisadi rayonunda olub. Bu iqtisadi rayonda kredit və əmanət faizləri arasında 6,1 dəfə fərq olub. Ən az fərq isə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb və bu rayonda kredit və əmanət faizləri arasında 2,2 dəfə olub.
Regionlar üzrə milli valyutada verilən kredit və milli valyutada cəlb edilən əmanət faizləri arasındakı fərq belə olub:






Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap