Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

DGK bir ildə avtomobillərinin təmirinə 1.6 milyon manat xərcləyib: Eyni şirkətlə anlaşıb

Tarix 25.02.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin (DGK) ötən il toplam 36 tender keçirib.
 
Tribunainfo.az bildirir ki, bu tenderlər üzrə ümumilikdə, ayrı-ayrı şirkətlərlə 10 milyon 834 min 998 manatlıq satınalma müqaviləsi imzalanıb.

Açıq mənbələr üzərindən apardığımız araşdırma zamanı belə məlum olub ki, DGK keçirdiyi tenderlərdə əsasən qurumun tabeliyində olan Tibbi Xidmət İdarəsinin istəklərini yerinə yetirib. Çünki bu xidmətin tələblərinin ödənilməsinə dair tenderlərin sayı ümumi müsabiqələrin təxminən 70 faizinə yaxın olub.

DGK-nın tibb sektoruna sərf etdiyi vəsaitin də təxmini məbləği 7 milyon manatdan çoxdur. Bu yöndə keçirilmi ən yüksək rəqəmli tender isə “SOLAMEDICAL” MMC arasında baş tutub. Dərman preparatlarının satın alınması məqsədi ilə şirkətlə 2 milyon 523 min 114 min manatlıq müqavilə bağlanılıb.

Bu sırada ikinci sırada “tender akulası”ndan biri sayılan “ZEYTUN PHARMACEUTİCALS” MMC-dir. Bu şirkətdən dərman pereparatlarının alınmasına DGK 1 milyon 433 min 404 manat sərf edib.

Bu sırada DGK-nın satınalma müqaviləsi imzaladığı şirkətlərin sayı az deyil. Onların arasında “RASHMED” MMC, “VİTTA ELMİ-TEXNİKİ” MMC, “DIALUR” MMC və digərləri də var.

Tribunainfo.az-ın araşdırması zamanı o da məlum olub ki, DGK keçirdiyi tenderlər üzrə xərclədiyi vəsaitin önəmli hissəsini başqa iki sahəyə də sərf edib. Onlardan biri DGK-nın əməkdaşları üçün geyim forması almasıdır. Bununla bağlı, 2024-cü ildə komitə iki tender keçirib. “İMZA TEKSTİL” MMC ilə bağlanılmış satınalma müqaviləsinin dəyəri 58 min manat olub. “HERMANO” MMC ilə isə bu müqavilənin dəyəri 243 min manat təşkil edib. İşin qəribə tərəfi DGK bir ildə niyə 300 min manat geyimə xərcləməsidir.

Bir başqa məsələ isə DGK-nın avtomobillərə texniki qulluq və təmir xidmətlərinin satın alınmasına böyük vəsait sərf etməsidir. Qəribədir ki, bir ildə iki dəfə keçirilən tenderin qalibi eyni şirkət olub. Belə ki, “İDEAL MOTORS” MMC ilə bağlanılmış birinci müqavilənin dəyəri 847 min 846 manat olub. İkinci müqavilənin dəyəri isə 749 min 966 manat təşkil edib.

Bu rəqəmlərin toplamı ümumi tenderlərdə xərclənən vəsaitin təxminən 16 faizinə yaxındır.

DGK-nın diqqət çəkən tenderlərindən biri isə təsərrüfat mallarına da az olmayan qədər pul xərcləməsidir. Məsələn, “SMCS” MMC ilə bu məqsədlə 387 min 608 manatlıq, “LEKAL” MMC ilə isə 61 min 782 manat sərf olunub.

Bildirək ki, DGK-nın anlaşdığı şirkətlərin heç də hamısı tender sektoruna yabançı deyil. Əksinə, onların arasında əksər dövlət qurumlarının tenderlərinin qalibi olan bir xeyli şirkətlər var.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap