Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

18 200 manatlıq “yüngül cəza“ - “Məhkəmə dələduzluğu“

Tarix 25.02.25, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Məhkəmədə yüngül cəza təyin etdirmək adı ilə dələduzluq etməkdə təqsirləndirilə şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4.-cü maddələri ilə mühakimə edilən R.Z. barəsində 5000 manat cərimə cəzası təyin edilib. 

İş materiallarından aydın olur ki, bu işinin fiqurantlarından biri də qadın olub. R.Z. dələduzluq əməlinin həmin qadınla birgə edib. 

Onlar zərərçəkmiş G.N. barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə araşdırılan cinayət işi üzrə sonuncunun əməlini yüksək vəzifədə işləyən şəxslər vasitəsilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə tövsif etməklə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etdirəcəklərinə dair yalan vəd veriblər. 

Bunun müqabilində zərərçəkmişdən 18200 manat pul alınıb. Pulun 5000 manatını R.Z. ilə qabaqcadan əlbir olan Y.S. götürüb. 

G.N. sonradan işin düzəlmədiyini görüb R.Z. barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayətdən sonra o, şübhəli şəxs qismində saxlanılıb. R.Z.-ya Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ittiham elan edilib. Barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. 

Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Z. və Y.S. dəymiş zərəri tam ödəyib. Bu baxımdan, məhkəmə Y.S. barəsində icraata xitam verib. R.Z.-ya isə cərimə formasında yüngül cəza təyin edib. 



Xəbərin oxunma sayı : 457




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap