Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Zaqatalada qanunsuz ağac budaması - Akif Məmmədov saxta rəy verib

Tarix 03.03.25, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə Zaqatala rayonunda Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində təhlükəsizlik məqsədi ilə ağacların kütləvi şəkildə qanunsuz budanması və kəsilməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldı.

Aparılan araşdırmada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Muhuma Qudayev başqa şəxsin adından "14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevlə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Açıklama yok.

Baş vermiş pozuntu ilə bağlı "14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı "Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırıldı.

Açıklama yok.

Həmçinin cinayət işində toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmış və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə "14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin həbs, sahibkar Qudayev Muhuma Məmmədəli oğlunun isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilşdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Zaqatala rayonunda Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində təhlükəsizlik məqsədi ilə ağacların kütləvi şəkildə qanunsuz budanması və kəsilməsi ilə bağlı açılmış cinayət işinə daha bir məmur cəlb edilib.

Belə ki, ağacların budanması üçün keçən il 7 saylı RETSİ-nin rəisi vəzifəsində işləyən Akif Məmmədov sahibkar Muhuma Qudayevə ağacların budanması üçün qanunsuz olaraq rəy verib. 

Açıklama yok.

Məlumata görə ağacların budanmasına görə rəyi 7 saylı RETSİ yox, Dövlət Ekoloji Ekspertiza Agentliyi verməlidr.

Ancaq 7 saylı RETSİ rəisi işləmiş Akif Məmmədov Muhuma Qudayevə belə bir rəyi verdiyi deyilir

Bildirək ki, Akif Məmmədov hazırda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarə rəisi vəzifəsində işləyir.

Qeyd edək ki, 8 saylı RETSİ rəisi Akif Məmmədovun Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadəyə yaxın olduğu iddia edilir.
 
Açıklama yok.

Məsələ ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən 
bildirildi ki, araşdırma aparılır.



Xəbərin oxunma sayı : 445




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap