Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub

Tarix 03.03.25, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli internet tarifləri və münasib qiymət siyasəti sayəsində “Nar” Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) üzrə 6-cı dəfə ölkənin lider mobil operatoru seçilib.

AzFakt.com-un məlumatına görə, operator ümumi NPS göstəricisi üzrə lider olmaqla yanaşı, Gəncə, Xaçmaz, Sumqayıt, Abşeron və Lənkəran bölgələrində də ən yüksək nəticələri əldə edib. Respondentlərin fikrincə, ən yaxşı mobil internet və sərfəli qiymətləri məhz “Nar” təklif edir. Beynəlxalq araşdırma şirkəti tərəfindən keçirilən sorğuda müxtəlif yaş və peşə qruplarından insanlar iştirak edib və nəticələr “Nar”ın müştəri məmnuniyyətindəki dayanıqlı liderliyini təsdiqləyib.

“Nar” müştəri təcrübəsini gücləndirən əsas amillərdən biri də rahat və əlçatan xidmət təqdim edən mağazalar şəbəkəsidir. 2024-cü il ərzində altı yeni mağaza istifadəyə verilib. Bununla yanaşı, 2019-cu ildən başlanmış mağazaların modernləşdirilməsi başa çatıb və artıq bütün “Nar” mağazaları müasir konsept və rahat müştəri təcrübəsi ilə fərqlənir. Yenilənmiş mağazalar mobil rabitə xidmətləri üçün daha əlverişli mühit yaradır ki, bu da müştəri loyallığına müsbət təsir edir.

“Nar” müştəri məmnuniyyətini yalnız sərfəli xidmətlə deyil, sosial məsuliyyət strategiyası ilə də gücləndirir. Operator 2024-cü ildə təhsil, milli-mənəvi irs, vətənpərvərlik və inklüzivliyə yönəlmiş 40-dan çox sosial layihəyə iki milyon manata yaxın sərmayə yatırıb. Bu təşəbbüslər “Nar”ın cəmiyyət üçün sosial dəyər yaradan bir brend olduğunu göstərir. Şirkət 2025-ci ildə də bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap