Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Yerli banan neçəyə satılacaq? - VİDEO

Tarix 13.02.25, 8:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ilk dəfə olaraq yerli bananlar satışa çıxarılır.

AzFakt.com Xəzər TV-yə istinadən bildirir ki, bananlar istixana kompleksində kimyəvi qatqısız və əlavə preparatlardan istifadə edilmədən yetişdirilib. Hazırda yerli bananın yetişdirildiyi 10 hektar ərazidə 500 tondan artıq məhsul var.

Yerli bananlar ölkənin iqlim şəraitinə uyğunlaşdırılıb.

Yerli bananın istehsalında yüksək keyfiyyətə və məhsuldarlığa nail olunması üçün Türkiyədən aqronomlar da dəvət edilib. Hazır olan bananlar yığıldıqdan sonra meyvənin yetişdiyi ağac kəsilir. Daha sonra yanında olan ağac 6 ay sonra bar verir və bu proses davamlı olaraq 5 il bu formada davam edir. Kəsilən ağacların yarpaqları isə atılmır, onlar torpağa qarışaraq gübrəyə çevrilir.

Sahibkar Elnur Abdullayev bildirir ki, istehsalda əsas məqsəd Azərbaycanın banan idxalından asılılığını minimuma endirməkdir.

Yerli bananlar bir neçə gündən sonra marketlərdə satışa çıxarılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.




Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap