Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Bölgələrdəki villalar eks-nazirlərə baş bəlası olub - Sata bilmirlər

Tarix 14.02.25, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Bölgələrdə torpaqların müxtəlif yollarla zəbt edilməsi, xüsusilə məmurlar və imkanlılar tərəfindən yol verilən bu cür hərəkətlər cəmiyyətdə həmişə ciddi narahatlıq yaradıb. Kənd təsərrüfatı məqsədli dövlət torpaqlarının yanlış idarə olunması ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlib.

AzFakt.com modern.az-a istinadən bildirir ki, Azərbaycanın bəzi rayonlarında minlərlə hektar torpaq sahələrinin hasarlandığına dair indi də məlumatlar var. Orada heç bir fəaliyyət göstərilmir. Zəbt edilmiş torpaqların əsasən iri məmurlara, eks-məmurlara, oliqarxlara məxsus olduğu bildirilir.

Bu rayonlar sırasında Abşeron, Beyləqan, Bərdə, Göygöl, Goranboy, Xaçmaz, Quba, Qusar, Şamaxı, Xızı, İsmayıllı kimi rayonlarının adları çəkilir.

Əkinə yararlı sahələrin, örüş yerlərinin hasarlaması və illərdir toxunulmaz ərazilər kimi zəngin insanların mülkiyyətində saxlanılması hətta əvvəllər bir neçə dəfə rəsmi toplantılarda müzakirə mövzusu olub.

İllərdir hasarlanıb becərilməyən kənd təsərrüfatı təyinatlı iri torpaq sahələrinin şəxsi mülkiyyətdə saxlanılması isə bölgələrdə heyvandarlığın, əkinçiliyin, meyvəçiliyin də məhdudlaşmasına səbəb olub, aqrar sahənin inkişafına mənfi təsir göstərib.

Belə torpaqları zəbt edilməsi bir neçə səbəbə görə baş verib. Bu hadisə adətən korrupsiya, qanunsuz əməllər və gücün sui-istifadəsi ilə əlaqələndirilir.

Vaxtilə yüksək vəzifələrdə məmurluq edənlər torpaqların qiymətinin artmasından faydalanmaq və ya öz şəxsi maraqlarını təmin etmək üçün əraziləri zəbt ediblər. Bu, torpaq satışından əldə edilən gəlirin özlərinə yönəldilməsi məqsədi güdüb.

Bundan başqa, kimlərsə iqtisadi güc əldə etmək üçün böyük torpaq sahələrini ələ keçirməklə, özlərinin cəmiyyətdəki təsirini artırmağa çalışıblar.

Torpaq sahələrini tutanlar təbii ki, vəzifələrindən sui-istifadə ediblər.

Səfalı rayonlarda zəbt olunmuş bu cür torpaq sahələrində dəbdəbə ilə tikilmiş malikanələrin olduğu barədə də məlumatlar var. Bu məlumatlarda bahalı villaların bir qisminin eks-nazirlərin mülkiyyətində olduğu deyilir. Bildirilir ki, son vaxtlar həmin şəxslər milyonlarla manat dəyərində olan bu villaları “satıb canlarını qurtamaq” istəyirlər. İddialara görə, məsələn, dəyəri 20-30 milyon manat olan belə torpaqlar, üzərində tikilmiş bahalı malikanə ilə yarı qiymətinə satışa çıxarılsa da, heç kim onlara yaxın durmağa cürət etmir...



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap