Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Likiya sivilizasiyasının qorunan mirası Ksantos və Letoon - FOTO

Tarix 13.02.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə çoxsaylı abidələr mövcuddur. Bu abidələr qorunan abidələrdir. Türkiyәnin Aralıq dәnizi sahillәrindәki antik şәhәr Ksantos vә ondan 4 kilometr mәsafәdә yerlәşәn dini mәrkәz olan Letoon da belə qorunan dini abidələrdən biridir. Hər il yüzminlərlə turistin ziyarət etdiyi bu dini abidələrə baxış bucağı da fərqlidir. Bu tarixi şəhər Ksantos, Fәthiyәyә 40 kilometr mәsafәdә Esen çayının әtrafında yerlәşir. 1988-ci ildә YUNESKO-nun mәdәni irsi siyahısına daxil edilәn bu şәhәr uzun müddәt Likiya dövlәtinin paytaxtı olub.

Ksantos şәhәri E. Ә. 3000-ci ildә qurulub. Şәhәrin әhalisi Lik dilindә danışırdı. E.Ә 545-ci ildә Fars suverenliyinәdәk müstәqil olan Likiya çox sayda tarixi әsәrә sahib olub. Bundan yüz il sonra şәhәr farslar tәrәfindәn mühasirәyә alınıb. O dövrlәrdә şәhәrin tamamilә yandığı deyilir. Ancaq daha sonra ksantoslular geri qayıdaraq şәhәri yenidәn qurub vә burda yaşamağa davam edib. Yanğından sonra yenidәn inşa edilәn şәhәr E.Ә. 2000-ci ildә Likya Birliyinin paytaxtı olub.

Buna oxşar hadisә isә tәxminәn 400 il sonra Roma dövründә yaşanıb. Şәhәr Romanın nәzarәtinә keçdikdәn sonra Roma şәhәrinә bənzəməyə başlayıb. Roma dövründә inşa edilәn antik teatr 5 min nәfәrin eyni anda tamaşanı izlәmәsini tәmin edirdi.

Xristian dini qәbul olunduqdan sonra şәhәrdә bir neçә kilsә də inşa edilir. Antik şәhәrdә yan yana inşa edilmiş üç mәbәd dә ziyarәtçilәrin diqqәtini cәlb edir. Antik teatr vә agoralar hazırda turistlәr tәrәfindәn әn çox ziyarәt edilәn mәkanlardandır. Şәhәrin qәbiristanlığı da eyni memarlıq üslubu ilә inşa edilib.

Şәhәrin dini mәrkәzi olan Letoon Akropolu Ksantosdan 4 kilometr mәsafәdә yerlәşir. Likiya sivilizasiyasının dini mәrkәzi hesab olunan bu tarixi yerdә çoxlu sayda mәbәdlә qarşılaşa bilәrsiniz. Bu dini mәkanda üç böyük mәbәd mövcuddur. Әn şimalda yerlәşәn mәbәd Letooya hәsr edilib. Artemida vә Apollon mәbәdlәri bölgәnin hәm dini, hәm dә siyasi mәrkәz olduğunun göstәricisidir. Daha sonra burda böyük kilsә dә inşa olunub. Letoondakı mövcudluğunu davam etdirәn Aqora vә Antik teatr da turistlәrin diqqәt mәrkәzindәdir.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap