Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Vergi dərəcələri dəyişəcək - Nəzarət artırılacaq

Tarix 14.02.25, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


Qarşıdakı 3 il ərzində Azərbaycanda vergi dərəcələrinin dəyişməsi, eləcə də vergi nəzarətinin daha da artması gözlənilir. 

Bu Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyasında nəzərdə tutulub.

Sənəddə Vergi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün 4 istiqamət nəzərdə tutulub. Bunlar «Güclü insan kapitalı», «Könüllü əməletmənin təbliği», «Vergidən yayınma ilə inamlı mübarizə» və «Davamlı və dayanıqlı inkişaf»dır.

Strategiyadə vergi ödəyicilərinə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vergi ödəyicilərinin hesabatlılıq üzrə iş yükünün sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə inzibatçılığın təkmilləşdirilməsi, o cümlədən rəqəmsallaşması nəzərdə tutulur.

Bildirilir ki, Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə elektron xidmətlərlə yanaşı, vergi nəzarəti proseslərinin də avtomatlaşdırılması üzərində işləyir.

Strategiyaya uyğun olaraq atılacaq əsas addımlardan biri vergi dərəcələrinin optimallaşdırılması olacaq. Xidmət bununla vergi yükünü ədalətli etmək və digər ödənişlərlə müqayisədə balanslaşdırmaq istəyir.

Paralel olaraq vergidən yayınma ilə mübarizə güclənəcək, bunun üçün DVX «vergi ödəyicisini tanı» yanaşmasını tətbiq edəcək. Bu o deməkdir ki, qeydiyyatdan keçdiyi andan başlayaraq vergi ödəyicisinin bütün fəaliyyəti haqqında məlumat toplanacaq, onların aid olduğu risk kateqoriyaları dəqiq müəyən ediləcək.

Xidmət gözləyir ki, bu tədbirlər pozuntuların qarşısını əvvəlcədən almağa imkan verəcək.

Paralel olaraq Vergi Xidməti digər dövlət orqanlarından da məlumat almaqla riskli vergi ödəyicilərinə, onların bütün əməliyyatlarına nəzarət edəcək. Bura əmək haqları, idxal ixrac əməliyyatları, çirkli pulların yuyulması və sair aiddir.

«Bu əməkdaşlıq və məlumat mübadiləsi riskli vergi ödəyicilərinin qeyri-qanuni maliyyə fəaliyyətlərini izləməyə və aşkar etməyə, idxal və ixrac əməliyyatlarında qaçaqmalçılığın qarşısını almağa, məşğulluq, əməkhaqqı barədə hesabatları izləməyə, vergidən yayınma və çirkli pulların yuyulması kimi vergi ilə bağlı cinayətləri aşkar etməyə, potensial vergidən yayınma sxemlərinin müəyyən etməyə istiqamətlənib»-deyə sənəddə bildirilir.

Vergi Xidməti bu istiqamətdə 5 əsas addım planlaşdırır:

- Şəffaf uçot sisteminin təmin edilməsi;

- Təkmil risk təhlil alətləri və risk əsaslı yanaşma ilə vergidən yayınmanın qarşısının alınması;

- Hüquqpozmalar ilə preventiv qaydada mübarizə;

- Vergi cinayətlərinin effektiv istintaqı;

- Vergi borclarının effektiv yığılması.

Mənbə: fed.az



Xəbərin oxunma sayı : 442




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap