Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Yüksək vəzifəyə təyin edilən Rüfət Mahmud kimdir? - Biznesdən məmur kreslosuna...

Tarix 13.02.25, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rüfət Nahid oğlu Mahmud bu gün "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
 
AzFakt.com xəbər verir ki, Rüfət Mahmudun karyera yüksəlişi biznesdən başlayıb. 
 
Belə ki, R.Mahmud illər əvvəl  "Maarifçi Tələbə Kredit” Fondunun İcraçı direktoru vəzifəsində çalışıb. 
 
R.Mahmud eyni zamanda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri vəzifəsini tutub. O, sonradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri, Komitə sədrinin müşaviri postlarında olub. 
 
R. Mahmudun ən son vəzifəsi SOCAR şirkətinin törəmə müəssisə - "SOCAR RUS" MMC-nin rəhbəri olub.
 
Yerli mediada yazılanlara görə R.Mahmuda yaxın olan xeyli sayda şirkətlər milyonlarla smetası olan dövlət satınalmalarında qalib elan edilib
 
Bu şirkətlərdən biri də R.Mahmuda məxsus evdə hüquqi qeydiyyatı olan "Universitas-İnternational" MMC-dir. 
 
Həmin zaman bu MMC-nin qanuni təmsilçisi hazırda Respublika Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının hazırkı sədri Araz Paşayev olub. 
 
Araz Paşayev eyni zamanda Tələbə Təhsil Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 
 
O, ötən ilin sonunda Həmkarlar İttifaqının Tələbə Təhsil Krediti Fondunda apardığı audit zamanı aşkara çıxarılan qanunsuzluqlardan sonra vəzifəsindən azad edilib. 






Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap