Son günlər metroda nə baş verir? - VİDEO Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO
Axtar
 
  • / Sosial / — 12 Dekabr 2024

    Son günlər metroda nə baş verir? - VİDEO

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

Rüşvət olduğu deyilən məktəbin direktoru cəzalandırıldı - Rəsmi

Tarix 10.12.24, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə şagirdlərə məcburi şəkildə sınaq biletinin satılması və rüşvət alınması ilə bağlı iddialar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə valideynlərdən birinə məxsus səs yazısı paylaşılıb. Övladının 5-ci sinifdə təhsil aldığını qeyd edən valideyn sözügedən məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu yığıldığını deyib.

Qadın Təhsil İdarəsinin adından övladının çantasına məcburi şəkildə yeddi manatlıq tədris mərkəzinin sınaq biletinin qoyulduğunu bildirib: “Mən həmin bileti də götürüb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun vətəndaş qəbuluna getmişəm. Ona həmin sınaq biletinin məcburi şəkildə məktəblərə verdiyini bildirmişəm. Bizi məcbur edirlər ki, bu sınaq biletlərini alın, yarımillik qiymətləndirmə bunun əsasında yazılacaq. O isə bu biletlərdən xəbəri olmadığını bildirdi”.

Valideyn həmin bileti Gəncə Şəhər Prokurorluğuna, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də təqdim etdiyini əlavə edib.

Məsələ ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb. Qurumdan bildirilib ki, idarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir: “Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir. Bildiririk ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

İdarədən, həmçinin bildirilib ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir.



Xəbərin oxunma sayı : 745




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap