Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Paytaxtda illərdir kanalizasiya sularının altında qalan küçə - VİDEO

Tarix 26.02.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu sakinlər küçə boyu axan kanalizasiya sularından şikayətçidir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, paytaxtın Xocəsən qəsəbəsi, Xələfli küçəsi 1 ildir ki, bu haldadır. Daşan kanalizasiya quyusu, Elçin Əzizbəyli küçəsi boyunca axaraq antisanitar vəziyyət yaradır.

Sakinlər deyir ki, problemin həll olunması üçün rayon üzrə bütün qurumlara müraciət ediblər. Lakin nəticəsiz qalıb.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsində tutulma baş verib. Məlumat Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadasına verilən kimi əməkdaşlar əraziyə cəlb edilərək xəttin fəaliyyətini bərpa ediblər.

O da bildirildi ki, həmin ünvanda kanalizasiya tutulmasına səbəb sakinlərin xətlərə müxtəlif məişət tullantılarını atmalarıdır. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar.






Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap