![]() |
|














Tələbələrin yataqxana probleminin həlli ilə bağlı MÜHÜM ADDIM
Tarix 30.11.24, 23:30 |
|

Tələbələri hər zaman düşündürən məqamlardan biri də yataqxana məsələsidir. Bu problem tələbələrin həyatındakı çətinliklərlə yanaşı, kirayə mənzil bazarına da təsir göstərir. Yataqxanasızlıq şəraitində mənzillərə tələbat çox olduğu üçün qiymətlər də cib yandırır. Tələbələr hər il yay aylarından ev axtarışına çıxır, uyğun mənzil tapmaq isə şans məsələsidir.
Bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov yataqxana problemi ilə bağlı ümidverici açıqlama verib. O bildirib ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb. Fond rəhbəri düşünür ki, işin həcmi çox böyükdür və dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də, bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Ümumi bir sənəd hazırlanacaq, investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra biləcəklər. Bəs bu layihə yataqxana problemini həll edəcəkmi?

Kontingentin maksimum üç faizini ödəyir
Təhsil eksperti Elmin Nuri deyir ki, hazırda universitet yataqxanaları yataqxanaya ehtiyacı olan tələbələrin yalnız üç faizinin tələbatını ödəyə bilir: “Bu layihəyə çoxdan başlanılmalı idi. Çünki ali təhsil seqmenti ilə bağlı ən ciddi problemlərdən biri yataqxanalardır. Bu gün ölkədə yataqxana imkanları olan çox az universitet var. Onlar arasında da sorğu keçirərkən məlum olmuşdu ki, bu yataqxanalar tələbə kontingentinin maksimum üç faizinin ehtiyacını ödəyə bilir. Bu, dəhşətli rəqəmdir. Bir yataqxanada nə qədər tələbə yerləşə bilər? Maksimum 1000, bəs bundan sonra? Bu gün hansı universitetimizdə yalnız 1000 tələbənin yataqxanaya ehtiyacı var? İkinci məsələyə gəldikdə, Azərbaycana gələn əcnəbi tələbələrin qarşısını alan əsas faktorlardan biri də yataqxana, kampus şəraitidir. Əcnəbi araşdırır, universitetlərdən birini seçərək baxır ki, tarixi, reytinq cədvəli yaxşıdır, amma yataqxana imkanları yoxdur. Kəmiyyətə görə bölgədəki yataqxanalar paytaxtdakı universitet yataqxanalarından daha yaxşıdır. Onlar müəyyən qədər bunun öhdəsindən gəlməyə çalışır. Çünki bölgə universitetləri yataqxanaya məcburiyyət kimi baxır, paytaxtda da yanaşma belə olmalıdır”.

Layihə intensiv şəkildə həyata keçirilməlidir
Həmsöhbətimiz vurğulayır ki, bu problemin həllində özəl sektorun dəstəyi çox vacibdir: “Amma bu, intensiv şəkildə həyata keçirilməlidir. Məsələn, bir yataqxana tikildi, onun təbliğatı aparıldıqdan sonra layihə passiv duruma keçməməlidir. Bizim kiçik tələbə tutumu olan özəl universitetlərimiz də daxil olmaqla, bütün universitetlərin yataqxanalara ehtiyacı var. Yataqxana əsl tələbə mühitini formalaşdıran, ona başqa bir ovqat qatan məkandır. Xaricdə evində qalmaq imkanı olan tələbələr belə, yataqxanaları seçirlər. Çünki yataqxana dediyimiz hər hansı mehmanxana deyil. Universitetin tələblərinə cavab verən əlavə şəraiti olur. Ona görə də bu layihə olduqca vacibdir”.
Güzəştlər olmalıdır
Ödəniş məsələsinə gəldikdə isə, E.Nuri deyir ki, əksər ölkələrdə yataqxanalarla bağlı ödənişlər tələbələrin göstərdiyi nəticələrə əsasən hesablanır: “Ödənişlə bağlı birmənalı fikir mümkün deyil. Xaricdə belə bir təcrübə var ki, əgər tələbə yüksək təqaüd alırsa, o, yataqxana daxil, müxtəlif xərclərdən azad olunur. Bizdə də bu üsuldan istifadə oluna bilər. Özəl sektor bahalı yataqxana tikib baha qiymətə versə, təbii ki, bunun tələbəyə yararı olmayacaq. Çünki imkanı olan tələbə kirayə ev tutub qalır. Burada güzəştlər olmalıdır”.
Çoxmərtəbəli yataqxanalar inşa edilməlidir
Yataqxana çatışmazlığının yaratdığı əsas problemlərdən biri də kirayə mənzillərdir. Mənzillərə tələbat çox olduğu üçün qiymətlər bahadır. Bəs bu sənədin qəbulu kirayə mənzil bazarında qiymətlərə təsir edə bilərmi?
Əmlak eksperti Elnur Azadov deyir ki, ölkədə olan yataqxanaların əksəriyyəti 1970-ci ilə qədər inşa olunanlardır və istismar müddəti bitib. Onların bərpa edilməsi, yoxsa sökülüb yenidən tikilməsi ideyasını ciddi şəkildə dəyərləndirmək lazımdır: “Azmərtəbəli yataqxanaları tamamilə söküb, yerində çoxmərtəbəli yataqxanalar inşa etmək lazımdır. Ona görə ki, bu yataqxanalar hamısı sovet dövründə inşa olunub. O vaxt universitetlərdə yaxud təhsil ocaqlarında olan tələblərin sayı indiki qədər deyildi. Buna görə də yataqxanaların sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artırılmalıdır”

Qiymətlər daha da artacaq?
Əmlak eksperti vurğulayır ki, xarici investorların, özəl şirkətlərin cəlb olunması yataqxanada qiymətlərin artması ilə nəticələnə bilər: “Xarici təcrübədə belə bir forma var: investisiya şirkətləri yataqxanalar tikir və onları kirayə verərək qoyduqları sərmayəni çıxarırlar. Bizim ölkədə yataqxanalara kiçik xidməthaqqı ödənilir. Bərpa olunandan sonra isə daha artıq ödəniş etmək məcburiyyətində qalacaqlar. Hazırda yataqxanalardan istifadə edən aztəminatlı ailələrin uşaqlarıdır. Qiymətlər baha olsa, bu, yataqxanalardan hazırda istifadə edən kateqoriyaya mənfi təsir edəcək. Ona görə də, bərpa olunub, yaxud yenidən tikiləndən sonra qiymət məsələsi nəzərə alınmalıdır”.
Yataqxanaların yenidən bərpasının kirayə mənzil bazarına təsirinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, mövcud yataqxanalara investisiya yatırılıb bərpa olunsa, daşınmaz əmlak bazarına heç bir təsiri olmayacaq: “Bu, kirayə mənzil bazarına 5-10 faiz təsir edə bilər”.
Qeyd edək ki, “bp” şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması" sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.(“Kaspi” qəzeti)
Xəbərin oxunma sayı : 1579
Sosial
Xəbərlər
-
Növbəti onillikdə Azərbaycanda inflyasiya necə olacaq? - “Fitch”in proqnozu
-
Bakının bu qəsəbəsində 2 aydır evləri su basır - VİDEO
-
Küçədə xuliqanlıq etdi - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
-
“ABŞ üçün tam biabırçılıqdı idi...” – Senatorlar da Zelenskinin müdafiəsinə qalxdı
-
Daha bir mehmanxananın fəaliyyəti dayandırıldı - VİDEO
-
Bakıda məşhur restoranların fantastik iftar qiymətləri - SİYAHI
-
Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR
-
“Dərnəgül” yoluna alternativ çəkiləcək yeni yol nə vaxt hazır olacaq? - VİDEO
-
Sabah qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
10 ildir psixi xəstə kimi qeydiyyatdadır: Özünün xəbəri yoxdur
-
Ermənistan-Türkiyə sərhədində yeni gəlişmə - Rusiya qoşunları bölgəni tərk edir
-
Martda neçə gün qeyri-iş günü olacaq?
-
İlham ƏIiyev “Barselona”nın prezidentini qəbul etdi - FOTO
-
Torpağın qiymətləndirilməsi bələdiyyələrdən alınır - Üstünlükləri nədir
-
Yas çadırı qurub geri qayıdırlarmış - Ölənlərin sayı 6-ya çatdı
-
“Zelenski Ağ Evdəki fiaskoya görə üzr istəməlidir“ - ABŞ dövlət katibi
-
Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir? - VİDEO
-
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta var - Faktiki hava
-
“Bizim üçün çətin olacaq...” - Zelenski
-
Polis qarlı havada vətəndaşlara belə kömək edir - Foto + Video
-
Ramazan ərəfəsində iftar və imsak menyularının qiymətləri - VİDEO
-
Azərbaycanda Ramazan ayı başlayıb - FOTO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Messiyə penalti vurmağı Neymar öyrədib - Özü açıqladı
-
“Zelenski Amerika xalqının gözündə özünü məhv etdi“ - Mask
-
Bakıda yeni 10-cu mikrorayon harada salınacaq? - VİDEO
-
Azərbaycanın qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi - SİYAHI
-
Zelenski Trampla mübahisədən sonra Ağ Evi tərk edib - VİDEO
-
“Dünəndən Türkiyə terrorla mübarizəsində yeni mərhələyə başlayıb“ - Ərdoğan
-
“Putinə qarşı nifrəti göz qabağındadır” - Tramp şərt qoydu
-
Vəfa və Aysu Bakıda qanunsuz olduğu bildirlən obyektin açılışında - VİDEO
-
Ağ Evdə Tramla Zelinski arasında qalmaqal - Canlı yayımda mübahisə etdilər (VİDEO
-
“Naxçıvanın MR-in ümumi planı üzərində iş başa çatmaq üzrədir“ - Anar Quliyev
-
DSX 1 günə 13 tender elan etdi - Milyonlar ayrıldı
-
Ər-arvad metil spirtindən zəhərlənib öldü - Bakıda
-
“Sən demə kartofumuz yox imiş!” - Lukaşenko əsəbiləşdi
-
Tramp Ağ Evdə Zelenski ilə görüşdü - Saziş imzalayacaqlar
-
Xətai rayonunda daha bir sənədsiz obyekt tikilir - İcra hakimiyyəti susur
-
Bakıda maşından 124 min oğurlayan şəxs kameralara belə düşüb - VİDEO
-
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Sənədlər
-
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtları
-
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
-
Həşərat və böcəkləri Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq - Ölkələrin siyahısı
-
“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
-
Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alındı - Faktiki hava
-
“Trampın Rusiyanın tərəfini tutmasını eşitmək narahatedicidir“ - Kaya Kallas
-
Bu qurumun 1,4 milyon borcu var - Rəhbərinə “stop“ qoyulur
-
Mart ayında hava necə olacaq? - Milli Hidrometeorologiya Xidməti məlumatı
-
Sosial mənzil layihəsi ilə bağlı daha bir dələduzluq - Məhkəmə qərar verdi
-
Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edən qadına hökm oxunub - Zalda həbs edildi
-
“Ermənistan XİN-in bəyanatını rədd edirik“ - Azərbaycan XİN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Bu gün 7 planetin paradı olacaq - Bir də 15 il sonra görəcəyik
-
Tahir Məmmədov Arxitektura Komitəsinin sədrindən çox bilir? - “A-Frame“ qadağası...
-
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür - Hikmət Mirzəyev kimdir? + VİDEO
-
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
-
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
-
Əli Əsədov İranda niyə rus dilində danışıb? - Rəsmi açıqlama
-
Bu 7 şəhərdə 200 lift quraşdırılacaq - SİYAHI
-
42 milyonun yarısı digər hesaba köçürüldü - “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
-
Sakinlərin evlərini zorla sökən “Orbita“ MTK-nın arxasında Ramin Əhmədov dayanır? - İDDİA
-
Bu il ixracdan ən çox gəlir götürən Azərbaycan şirkətləri - SİYAHI
-
Prezident subsidiya ilə bağlı fərman imzaladı - Möhlət 2 il artırıldı
-
7 milyon pul, başı yarılmış FTX zabiti - Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
-
Əriyən qar suları Şuşa şəhərciyində yolları keçilməz edir - VİDEO
-
Röya idman zalında belə məşq etdi - VİDEO
-
“Tibbi sığorta haqqında“ Qanuna dəyişiklik: GÜZƏŞT müddəti uzadıldı
-
Sabah Bakıda 8, rayonlarda 24 dərəcə şaxta olacaq - Xəbərdarlıq
-
“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib - FOTOLAR
-
Ceyhun Bayramov Aİ rəsmisi ilə telefonda danışdı - Nələr müzakirə olunub?
-
Məhkəmə-Hüquq Şurasına geniş səlahiyyət verildi - Qanunda dəyişiklik
-
23 mindən artıq çoxuşaqlı ailə müavinət ala bilmir - Deputat qanunun dəyişdirilməsini təklif etdi
-
Tender prosesi ilə bağlı qaydalar dəyişdi - Nələr olacaq?
-
Dövlət Agentliyində yeni təyinat - Sədr özünə yeni müşavir götürüb
-
“Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır” - Starmer
-
Qvineya-Bisau Prezidentinin ölkəmizə səfəri başa çatdı - Fotolar
-
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
-
Milli Məclisin iclası başlayıb: 16 məsələ müzakirə olunacaq
-
Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHI
-
Şəhidin adından istifadə edib pul yığırdı - Tutuldu
-
60-dək hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib - İnam Kərimov
-
Ukraynadakı müharibə ya çox tez bitəcək, ya da heç vaxt bitməyəcək - Tramp
-
Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək? - AÇIQLAMA
-
Dünyanın ən yaxşı qapıçıları açıqlandı - Siyahı
-
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Hansı spirtin qəbulu ağır ölümə səbəb ola bilər? - ARAŞDIRMA
-
Universitetlərdə yeni yaradılacaq ixtisaslar hansılardır? - VİDEO
-
“Düşünürəm ki, Rusiya çox yaxşı işləyir” - Tramp
-
Bakının bu ərazilərində binalar söküləcək - VİDEO
-
“AAAF Park“-dakı qanunsuz tikili - Rüşvət və digər iddalar...
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Salah mövsümün sonunda bu kluba keçə bilər - Danışıqlar başladı
-
Azərbaycanda kim nə qədər maaş alır? - Peşələr üzrə tam siyahı
-
Bədənin ehtiyacı olan 10 güclü vitamin: Hansı qidalarda bunlar var?
-
“WhatsApp“ işlədənlərin NƏZƏRİNƏ: yeni təhlükə var
-
“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA
-
Sumqayıt məktəbində qalmaqal - Müavinlər çıxarıldılar, direktor vəzifəsində qaldı
-
“Bu şərtlə silahlarımızı yerə qoyacağıq” - Salih Müslimdən cavab
-
İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına - Rəsmi Bakıdan cavab
-
Ötən il aqroparklar nə qədər qazanıb? - Rəqəmlər açıqlandı
-
Bakıda narkopriton əməliyyatı - Saxlanılanlar var (VİDEO/FOTO)
-
Nazir müavini ilə bağlılığı olan şirkət 200 minlik iftar süfrələri açacaq - Türkiyə və Gürcüstanda
-
Arayik məhkəmədən vaxt istədi - Digərləri ifadə verib
-
Lizinqdə olan avtomobilləri niyə onlayn sığortalamaq olmur? - Rəsmi cavab
-
Gəncədən Şuşaya avtobus reysi istifadəyə verilir - Qiymətlər
-
Bakıda bu ərazidə mal əti adı ilə camış və at əti satırlarmış - FOTO
-
Transgender əsgərlər 30 gün ərzində ordudan qovulacaq - Pentaqon
-
Dövlətə xəyanətdə təqsirləndirilən Akif Bağırov nədə ittiham olunur? - MƏHKƏMƏ BAXIŞI
-
“Biz hicabı qadınların başına vurmaq üçün dəyənək etdik“ - Həsən Ruhani
-
“Milyonluq kredit Fazil Məmmədovun göstəriş ilə ayrılmışdı“ - “Şlyapa Zahid”in məhkəməsi
-
ABŞ Ukraynanın sərvətlərini əlindən alır - Lukaşenko
-
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
-
Əfv komissiyasının növbəti iclası keçirilib - 200-dən çox müraciətə baxılıb
-
Nərimanov rayonunda restoran piyada səkisini belə “işğal“ edib - FOTO
-
Fitrə necə çıxarılmalıdır? - QMİ-dən izah
-
Öcalan PKK-ya gözlənilən çağırışı etdi - “Silahı buraxın”
-
Bələdiyyələr torpağa qiymət qoya bilməyəcəklər - Qanunda dəyişiklik
-
500 min manatlıq qalmaqal - Polis şirkət rəhbərini qandalladı
-
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
TOP 10
ARXİV