|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Tarix 04.09.24, 14:17 |
|
Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.
AzFakt.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.
Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?
Qasımov Rəşad Bəhram oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;
Seyidova Vəfa Yusif qızı - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;
Məşədiyeva Dilarə Yusif qızı - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;
Qurbanzadə Elmar Nazim oğlu - Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;
Vəzirova Səbinə Rafiq qızı - Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;
Mürsəlov Mürsəl Fərhad oğlu - “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;
Bədəlov Rəşid Kamil oğlu - Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru.
Qurbanov Rauf Yusif oğlu - Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;
Şirinzadə Seymur Aydın oğlu - Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;
Mütəllimov Cavahir Nadir oğlu - TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru;
Babaxanlı Gülbəniz İbrahim qızı - Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;
Babayev Yuriy Çingizoviç oğlu - Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;
Panayev Əhməd Rəhim oğlu - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;
Firidov Elməddin Elşad oğlu - Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;
Verdiyev Elman Elim oğlu - Naftalan Şəhər bələdiyyəsinin sədri;
Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.
Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.
Başqa bir misal: Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Cavidlə bağlı kitabların nəşrə hazırlanması və bir sıra işlərin görülməsi üçün eyni niyyətlə şirkətə bazar dəyərindən 12 min manat artıq pul köçürüb.
Həmçinin,Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb.
Bundan başqa, TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru təmir işlərinin görülməsi üçün bazar dəyərindən 6 min artıq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri və digərləri də xidmət göstərilməsi adı ilə razılaşdıqları şirkətlərə artıq pullar köçürüblər.
Korrupsiya cinayətlərində qarşıya qoyulmuş əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.
Şirkət rəhbəri özü də əlbirliklə mənimsədiyi vəsaitləri dövlət büdcəsinə ödəyib. O, mənimsəmədən başqa digər cinayətlərin də törədilməsində təqsirləndirildiyi üçün işinə məhkəmədə hüquqi qiymət veriləcək.
Xəbərin oxunma sayı : 1741
Gündəm
Xəbərlər
-
AzTV və Real TV bu deputatları tənqid etdi - VİDEO
-
Pensiya yaşı azaldılacaq? - Komitə sədri cavab verdi
-
Suqovuşan - Kəlbəcər yolundan yeni - Fotolar
-
Baş nazir iş və istirahət günlərinin yerlərini dəyişdi –
-
Azərbaycanda narkotik vasitələrin əsas tədarükçülərindən bəziləri ƏLƏ KEÇDİLƏR
-
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır - 1,2 milyon pul ayrılıb
-
Hərbçilər Kəlbəcərdən qayıdırmış -
-
İlham Əliyev Albaniya prezidentinə məktub göndərdi - MƏTN
-
Abşeronda qanunsuz tikintilər artıb - ATV süjet yaydı (VİDEO)
-
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
-
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi - MƏHKƏMƏ
-
Bələdiyyə seçkilərinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ!
-
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar - SİYAHI
-
Bəzi rayonlarda dumanda görünüş 200 metrədək məhdudlaşıb - Faktiki hava
-
Quş ətinin qiyməti kəskin artdı - VİDEO
-
Maştağada evləri su basdı - VİDEO
-
UEFA Avropa Liqasında bu gün baş tutacaq oyunlar - Siyahı
-
Binənin Atçılıq massivindəki dəmir körpü götürüldü - VİDEO
-
Putin Avropaya sata bilmədiyi qazı Özbəkistana ötürür - ÖZÜ AÇIQLADI
-
Xatirə İslamdan cəsarətli - Fotolar
-
“Ən böyük gücümüz...“ - Qurban Qurbanov
-
Tokayev və Putin razılığa gəlib - Strateji əməkdaşlıq dərinləşdirilir
-
Xəzər dənizi fəlakət astanasında: “Prosesləri proqnozlaşdırmaq son dərəcə çətindir“
-
“Roşka” ləqəbli tiktoker həbs edildi - 45 sutka
-
Tovuzda dəhşətli qəzada ölən hərbçilərin adları açıqlandı - SİYAHI
-
10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər
-
Pakistanda tayfalar arasında qarşıdurma: Ölənlərin sayı 100-ü keçdi
-
Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?
-
“Ümid edirik ki, Ermənistan KTMT-də tammiqyaslı əməkdaşlığa qayıdacaq” – Zaxarova
-
Merkel Ərdoğandan yazdı - “O mənə əziz dostum dedi və...”
-
Tovuzda hərbçilər ağır qəzaya düşdü - 6 nəfər ölüb
-
“Balıqçılıq sahəsi inhisarçıların əlindədir“ - Xəzəri “yeyən“lər kimlərdir?
-
Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi: 370 deputatdan dəstək
-
“Yüksək pensiya üçün bu amil nəzərə alınmalıdır“ - Deputat
-
“Temu“dan şikayət edənlərin sayı artır: Nələrə diqqət etməliyik?
-
“Qarabağ” güclü kollektivdir” - “Lion”un baş məşqçisi
-
1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir - Emin Əmrullayev
-
Jalə Əliyevə gündəmə gəlməyə çalışır - Səbəb nədir?
-
Putini Qazaxıstanda belə qarşıladılar - Video
-
“Nar” mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTO
-
Bu şəxslər cərimələnəcək - Yanvarın 1-dən
-
İcazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi - Almaniyadan
-
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır - “Dua çiçəyi” və “Pul ağacı” da var
-
Kamran Əliyev Qətərə işgüzar səfər edib - Fotolar
-
Orada gizli seyf olubmuş - “Fazil Məmmədov və Mahir Rəfiyev nəzarət edirdi...”
-
Polşa prezidenti Azərbaycanla sərhəddə - Rəsmi Bakı etiraz bəyanatı yaydı
-
MSK sədri qadınlara səsləndi: Namizəd olun!
-
Fəzail Ağamalı və deputat qızı məhkəməyə verildi - Böyük məbləğdə kredit götürüblər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Müdafiə Nazirliyinin “Dayı“ ləqəbli vəzifəlisi hakim qarşısında - Nədə ittiham olunduğu açıqlandı
-
“İnşaatçı-FA” MMC və rəhəri cərimələndi - Əmək hüquqlarını pozduğuna görə
-
Yağmurlu hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
-
Bələdiyyə seçkiləri ilə bağlı qərar verildi - Tarix açıqlandı
-
Avropa öz azadlığı uğrunda mübarizə aparmalıdır - Ursula Fon der Lyayen
-
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edildi - SƏRƏNCAM
-
Bu rayonun 24 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
“25 il ona hədiyyə edilir və pensiya alır“ - Nazir
-
AQTA sahibkarlara müraciət etdi: Məcburidir...
-
“Vialon” MMC əməkdaşları baltalı hücum edib 50 ağacı məhv etdilər - FOTOLAR
-
“Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?“ - Nazir
-
Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlər ləğv olunur
-
“ABŞ Ermənistanı tamamilə özünə tabe etdirməyə çalışır“ - Rusiya kəşfiyyatı
-
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - Siyahı
-
Yağış yağacaq, külək əsəcək -Sabahın havası
-
“Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir“ - Sahil Babayev
-
“Gözləyirlər ki, dövlət insanlara traktor versin, gedin 10 nəfər yığışın alın” – Deputat
-
Türkiyənin gizli cənnəti: Gürün Gökpınar Gölü
-
“Vətəndaşlar TƏBİB ilə ilə sosial qurumlar arasında yol ölçür“ - Deputat
-
MİT əməliyyat keçirdi - PKK-nın sözdə lideri zərərsizləşdirildi
-
70 kiloqram qızılla tutulan attaşe generalın qardaşı oğludur - Yeni məlumatlar
-
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı - 914 milyon xalis mənfəət
-
“Sizə qulaq asdıqca...” - Sahibə Qafarovadan deputatlara irad
-
İvanişvili Gürcüstanın prezidenti kimi onu görmək istəyir - Namizədin adı açıqlandı (FOTO)
-
“Best Granite Group“ cərimələnir - Ölkədən pul çıxarıb
-
Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib? - Açıqlama
-
Rusiya Şimali Koreyada raket zavodu tikir - CNN
-
Yazar Zümrüd Yağmur axtarışa verildi - Səbəb
-
Beyləqanda “Sandıq” milli geyimlər studiyasının açılışı olub - Fotolar
-
Daha bir qanunsuz tikili söküldü - Video
-
Bu ərazilərə qar yağıb - Video
-
Ağartı məhsulları da bahalaşdı - VİDEO
-
“Liverpul” “Real”a qarşı - Çempionlar Liqası
-
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
-
Nazirliklərə kiberhücum edənlər məhkəmə qarşısında: xain plan və bütün sirlər ortaya çıxdı
-
Azərbaycanda bu şəxslər vəzifələrini itirdilər - ADLAR
-
Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrini dəyişib - O, nədən qorxur?
-
Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? - VİDEO
-
“Mançester Siti” qələbəyə həsrət qaldı - ÇL-də gecənin nəticələri
-
Ağdama ilk köç nə vaxta planlaşdırılır? - VİDEO
-
COP29 iqlim problemləri qarşısında qlobal əməkdaşlığın presidentsiz nümunəsi kimi tarixdə düşdü
-
Azərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi
-
“İstirahət edə bilmərəm“ - Ancelina Coli
-
Sabiq komanda yoldaşı Messinin baş məşqçisi oldu - 2 illki müqavilə bağladı
-
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı - CƏDVƏL
-
Ticarət obyektləri bağlandı - 200-dən çox insan İŞSİZ QALDI
-
Sabah Bakının bu ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
Qanunsuz yolla dərman vasitələrini Azərbaycana keçirmək istədilər - FOTO
-
Rufonun əmri ilə azərbaycanlı avtoritet vəhşicəsinə döyüldü - Vəziyyəti ağırdı
-
COP29 - Azərbaycan siyasətinin növbəti uğuru
-
Sabahın havası bu insanlar üçün əlverişli olmayacaq - XƏBƏRDARLIQ
-
“Grand Motors“ məhkəmə qarşısında - Külli miqdarda cərimə oluna bilər
-
Bu cihazlarda “Whatsapp“ işləməyəcək - SİYAHI
-
COP29 iqlim problemləri qarşısında qlobal əməkdaşlığın presidentsiz nümunəsi kimi tarixdə düşdü
-
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
-
Qar yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
-
Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər
-
Deputat kəndçilərə xəstə heyvan verildiyini dedi - Nazir etiraz etdi
-
Azərbaycan - İran birgə təlimlərinin pərdəarxası – “Bakının iki hədəfi var...”
-
“Azərbaycan ən yaxın vaxtlarda bərpaolunan enerji ixracatında da aparıcı mövqelərə sahib olmağa çox iddialıdır” - Adəm İsmayıl Bakuvi
-
“Temu” vətəndaşları belə aldadır - Ekspert dövlət agentliyinə irad bildirdi
-
“4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır” - Deputatdan açıqlama
-
Metrodan istifadə edənlərin nəzərinə! - Qrafik dəyişir
-
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - FOTO
-
“Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması...“ - Məzahir Pənahov
-
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir
-
“Ayıbdır, bu nə müavinətdir verilir?“ - Deputatdan veteran təqaüdlərinə etiraz
-
Bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edildi - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb - FOTOLAR
TOP 10
ARXİV