Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

İspaniyada daşqınlar - Ölü sayı 100-ü keçdi

Tarix 31.10.24, 13:20

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyada güclü yağışların səbəb olduğu daşqınlar 95 nəfərin həyatına son qoyub.

Bu barədə “El País” məlumat yayıb. 

Bildirilir ki, 92 nəfərin həlak olduğu Valensiya ən çox zərər görən şəhərlərdəndir. Daha bir nəfər Malagada iki nəfər isə Kastilya-La Mançada ölüb. Hələ də itkin düşənlərin olduğu bildirilir. Onların sayı dəqiqləşdirilmədiyi üçün qurbanların sayı arta bilər. Hərbçilərin, yanğınsöndürənlərin və polisin iştirakı ilə axtarış-xilasetmə əməliyyatları davam edir.

Oktyabrın 30-da axşam saatlarında 115 min insan işıqsız, 120 minə yaxın insan isə rabitəsiz qalıb. Valensiyada hələ də bir çox yollar bağlanıb, su seli ilə yuyulan minlərlə avtomobil yollarda qalıb, sürətli və müntəzəm qatarların hərəkəti dayandırılıb.

İspaniya hökuməti zərər çəkmiş ərazilərin sakinlərinə lazımi köməklik göstərəcəyini vəd edib. Oktyabrın 31-də İspaniyanın baş naziri Pedro Sançes böhran mərkəzinin iclasında iştirak etmək üçün Valensiyaya gələcək.

Oktyabrın 29-da axşam saatlarında İspaniyanın şərq və cənub bölgələrində güclü yağışlar yağıb. Meteoroloqların hesablamalarına görə, cəmi səkkiz saat ərzində Valensiyaya 491 mm yağıntı düşüb ki, bu da təxminən illik normadır.



Xəbərin oxunma sayı : 682




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap