Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

“Kimsə məni indi əvəzləmək istəsə, edə bilməz” - Zelenski

Tarix 20.02.25, 12:47

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ sanki dezinformasiya məkanında yaşayır. ABŞ Prezidenti Donald Trampın 4%-lik reytinqlə bağlı sözləri dezinformasiyadır”.

Yeniavaz.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin danışıqlarını şərh edərkən bildirib.
“Bu dezinformasiyanın Rusiyadan gəldiyini başa düşürük və bu rəqəmlərin Amerika və Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, Prezident Tramp bu dezinformasiya məkanında yaşayır”, - Zelenski vurğulayıb.
“Biz Trampın ətrafındakı dezinformasiya dairəsinə təsir etməliyik. Mən bilirəm ki, onun ətrafında olan insanlar Macarıstanın nümayəndələridir, slovakların lobbiçiləridir - söhbət siyasətçilərdən gedir”, - Ukrayna lideri deyib.
Zelenski həmçinin ukraynalıların 58%-nin ona lider kimi etibar etdiyini və bunu göstərən sorğu məlumatlarının olduğunu bildirib. Zelenski həmçinin bu rəqəmin Rusiyadan gəldiyini qeyd edib. O, həmçinin qeyd edib ki, Ukrayna Rusiyadan çoxlu dezinformasiya halları ilə üzləşir.
Eyni zamanda, Ukrayna lideri bildirib ki, o, öz reytinqlərini şərh etmir, çünki bu, siyasi rəqabətin və seçkilərin yaxınlaşmasının sübutu olardı.
“Mən heç vaxt reytinqləri şərh etmirəm. Reytinqlərə münasibət bildirmək o deməkdir ki, siyasi yarışlar gedir, seçkilər gedir. Bizdə belə bir şey yoxdur. Əgər kimsə məni indi əvəzləmək istəyirsə, deməli, hazırda bunu edə bilməz”, - o əlavə edib.
Zelenski onun reytinqinin ölkədə yüksək olaraq qaldığını və seçkilərdə onu əvəz etmək istəyən digər namizədlərin bunu etməkdə çətinlik çəkəcəklərini əlavə edib.
Elə həmin gün, fevralın 19-da Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) ümumukrayna sorğusunun nəticələrini dərc edib. Bu nəticələrə görə ölkə prezidenti Volodimir Zelenskiyə etimad reytinqi 2025-ci ilin fevral ayı üçün 57% təşkil edir. Zelenskiyə etimadsızlıq göstərənlər isə 37%-dir.



Xəbərin oxunma sayı : 616




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap