Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Sənədsiz evlərə nə vaxt “kupça“ veriləcək? - Komitə sədrindən açıqlama

Tarix 04.12.24, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycanda ən aktual problemlərdən biri də sənədsiz evlərin sənədləşməsi ilə bağlıdır. Uzun illərdir bu problemin konkret həlli tapılmır. Məlumatlara görə, bu gün ölkədə sənədsiz evlərin sayı 500 minə qədərdir. Bir qism evlər sənədləşsə də, bu problemi kökündən həll etmək mümkün olmayıb. Prosesi çətinləşdirən isə vətəndaşların çox təhlükəli yerlərdə qanunsuz ev tikmələri ilə bağlıdır.

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qanunsuz evlərə sənədlərin verilməsini çətinləşdirən hallar haqqında danışıb.

Komitə sədrinin sözlərinə görə, vətəndaşlar elə yerdə qanunsuz evlər tikiblər ki, bu gün həmin evlərin sənədləşdirilməsi olduqca mürəkkəb və zaman tələb edən bir prosesdir:

"Qanunsuz evlərin bir çoxu yüksək gərginlikli elektrik xətlərinin altında, boru kəmərlərinin üzərində, kənd təsərrüfatı təyinatlı torpaqlarda və digər bu kimi mürəkkəb ərazilərdə tikilib. Bunların hamısı qanuniləşdirilməlidir ki, evə sənəd verilsin. Burada söhbət həm də təhlükəsizlikdən gedir. Yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərin sənədləşdirilməsi gələcəkdə təhlükəsizliklə bağlı digər problemlərin yaranmasına səbəb ola bilər. Ona görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır”.

Xatırladaq ki, sənədsiz evlərin kommunal infrastruktura qoşulması ilə bağlı dövlət tərəfindən qəbul edilən yeni qaydalar bu qəbildən olan evlərin tikintisinin bu il ərzində 14 faiz azalmasına səbəb olub.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap