Son günlər metroda nə baş verir? - VİDEO Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO
Axtar
 
  • / Sosial / — 12 Dekabr 2024

    Son günlər metroda nə baş verir? - VİDEO

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

Banklar kredit borcunun bağlanmasına dair arayış üçün niyə pul tələb edirlər? - VİDEO

Tarix 13.12.24, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaşlara verilən kredit tam ödənildikdən sonra borcun bağlanmasına dair arayış üçün əksər banklar ödəniş tələb edir. Qiymətlər isə 20, 30, 50, manat arasında dəyişir.

Xezerxeber.az-ın məlumatına görə, bu hal paytaxt sakini İlham Məmmədovun da başına gəlib.

Ondan tələb olunan arayışı almaq üçün banka müraciət etdikdə, bunun ödənişli olduğu bildirilib.

İlham Məmmədov deyir ki, arayış müqabilində ondan tələb edilən ödənişin heç bir əsası yoxdur.

Bank işləri üzrə hüquqşünas Samir Qasımovun sözlərinə görə, kredit müddəti davam etdiyi dövrdə vətəndaş kreditin qalığı barədə il ərzində iki dəfə kağız formasında bankdan ödənişsiz arayış ala bilər.

Elektron şəkildə isə istənilən sayda almaq mümkündür. Lakin krediti ödədikdən sonra bu arayış üçün ödəniş tələb etmək bankın daxili qaydaları əsasında nizamlanır.

Hüquqşünas onu da əlavə edib ki, kreditlərlə bağlı bütün məlumatlar mərkəzləşdirilmiş kredit reyestri xidmətində toplanır. Bankdan arayış ala bilməyən vətəndaşlar “Asan xidmət” vasitəsilə reyesterə müraciət edərək borcun bağlanmasına dair arayış əldə edə bilərlər.






Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap