Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Bu müəssisələrin lisenziyaları ləğv olundu - FHN-dən qərar

Tarix 15.02.25, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub.

AzFakt.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Nəzarət ölçü cihazları və avtomatika” və “Gözcü güvənlik” məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri aşkar olunub.

Keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, maddi-texniki baza ilə təmin olunmayıb.

Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Qanununun 27.3-cü maddəsinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən sözügedən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.





Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap