![]() |
|
![](http://azfakt.com/photos/3227.png)
![](http://azfakt.com/photos/2343414.jpg)
![](http://azfakt.com/photos/486148.jpg)
![](http://azfakt.com/photos/23519.jpg)
![](http://azfakt.com/photos/Rus evi.jpg)
![](http://azfakt.com/photos/Natiq.jpg)
![](http://azfakt.com/photos/ebf652c7-f12d-4929-9c7d-2175388cbbd4.jpg)
![](http://azfakt.com/photos/araik6.jpg)
![](http://azfakt.com/photos/87075.jpg)
![](http://azfakt.com/photos/f528697e-26bd-4160-8820-c47d6c669b77.jpg)
![](http://azfakt.com/photos/77147.jpg)
![](http://azfakt.com/photos/423644113.jpg)
![](http://azfakt.com/photos/11561.jpg)
![](http://azfakt.com/photos/821694.jpg)
“Rossotrudniçestvo“nun əsl mahiyyəti - “Rus evlər“i casus şəbəkəsi rolunda
Tarix 28.01.25, 15:34 |
|
![bitmap-img6](http://azfakt.com/photos/Rus evi.jpg)
Son günlər Rusiya tərəfindən Azərbaycanın media orqanları əsassız və qərəzli formada hədəfə alınıb. Səbəb Azərbaycanda fəaliyyət göstərən "Rus evi" barədə müxtəlif faktların ictimaiyyətə açıqlanmasıdır. Konkret olaraq, "Baku TV"də bu barədə jurnalist araşdırması yayımlanıb.
Materialda vurğulanıb ki, "Rossotrudniçestvo" adlanan qurumun tabeliyində olan "Rus ev"ləri ölkəsinin müxtəlif kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərir, bir növ casusluqla məşğul olurlar. Ortaya qoyulan faktlarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi bu "evlər"ə nəzarət edən "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakovdan istənilib.
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/474645895_463308713517560_1569529862530626009_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=0FuPmNVQ9v0Q7kNvgGu12Rc&_nc_zt=23&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1gFX41rMjBCsIOLuN0j6MYGcanCRtBjnQjslwj8E_mTWIw&oe=67C029EB)
Maraqlıdır ki, material "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakovu hiddətləndirib. Halbuki, jurnalist araşdırması dünyanın hər bir yerində hazırlanır və normal haldır. O, qeyri-adekvat reaksiya verərək Azərbaycan KİV-ini məhkəmə ilə hədələyib. Ardınca Rusiya xarici işlər nazirinin müavini M.Qaluzin Azərbaycanın Rusiyadakı səfirini XİN-ə dəvət edib. Ona bildirilib ki, Azərbaycan KİV-ində son dövrdə dərc edilmiş anti-Rusiya yazılar silsiləsi, həmçinin Bakıdakı "Rus evi"nə qarşı "dezinformasiya kampaniyası" təəccüb doğurur.
Qeyri-obyektivlik o həddə çatıb ki, materialı dərc edən Azərbaycanın müstəqil media subyektləri "hökumətin nəzarətində olan KİV" adlandırılıb.
Bəlkə də, təəccüb doğuracaq nəsə yoxdur. Rəsmi Moskvanın özü indiyə qədər Azərbaycanla bağlı böhtan və hədyanlar yağdıran ölkəsinin media orqanları ilə bağlı bir dəfə də olsun sərt reaksiya göstərməyib. Konkret olaraq, AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya mediasının böhtan dolu materiallarını yada salmaq kifayətdir.
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/472152234_1553411862026631_4201182937536757860_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=KtdYOUNhE0wQ7kNvgFKNP32&_nc_zt=23&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1gF02uQcUSwytQiZ8pZbNxLCXZ1FNkDHMbcjhggUmbXd4A&oe=67C027B4)
Məlumat üçün bildirək ki, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (daha çox "Rossotrudniçestvo" kimi tanınan) rəhbəri Yevgeni Primakov "Telegram" kanalında işgüzar nüfuzunun müdafiəsi ilə bağlı məhkəməyə iddia hazırladığını bildirib. Görünür, nəvə Primakov babası, keçmiş xarici işlər naziri, ölkəmizə qarşı qalmaqallarda adı hallanan Primakovun yolu ilə gedir.
Özü də bu, ilk hadisə deyil. Bir neçə il əvvəl Rusiya ərazisində Azərbaycanın Oxu.Az xəbər portalının rusdilli versiyası bloklanmışdı. Bundan əvvəl isə "Roskomnadzor" (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) Haqqın.az və Minval.az portallarına qarşı analoji addım atmışdı. Halbuki, Azərbaycana qarşı qərəzli materiallar dərc edən nə Marqarita Simonyanın "Russian Today"i, nə "Sputnik"i, nə də Vladimir Solovyovun absurd çıxışları ölkəmizdə bloklanıb.
O ki qaldı "Rossotrudniçestvo"ya, yaxın və uzaq xaricdə yaşayan soydaşları arasında əməkdaşlıq, rus dilinin yayılması və s. məsələləri prioritet elan edən qurumun fəaliyyəti heç də şəffaflıq üzərində qurulmayıb. Onun dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərir. 1925-ci ildə SSRİ-nin müvafiq strukturlarının xeyir-duası ilə təsis edilib. Şübhəsiz ki, hədəf də casusluq və Ağ qvardiyanın xaricdə kök salmış nümayəndələrinin məhv edilməsi, rus icmasının daha çox yaşadığı yerlərdə aktiv fəaliyyət olub.
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/475463955_959950529002160_1405370224124987104_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=GjmfwP5f57IQ7kNvgFVlT_u&_nc_zt=23&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1gG-eq3OUGDONwyaF3GROTrqwDLUuSg1v0EiXtw-RBksGA&oe=67C02B79)
Təşkilat SSRİ-nin təhlükəsizlik orqanları, o cümlədən ovaxtkı NKVD, sonralar isə DTK və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən aldığı əmr və tapşırıqlara uyğun fəaliyyət göstərib. SSRİ dağıldıqdan sonra "Rossotrudniçestvo"ya çevrilən təşkilat fəaliyyətini yeni Rusiya hökumətləri ilə davam etdirib. Dəfələrlə adı casus qalmaqallarında çəkilib. Yəni dediyimiz odur ki, Yevgeni Primakov nə qədər rəhbərlik etdiyi qurumu təmizə çıxarmaq istəsə də, faktlar bunun əksini söyləyir. Təsadüfi deyil ki, bunu elə Primakov özü də 2023-cü ildə dolayısı ilə etiraf edib.
Yuxarıda qeyd etdiyimiz kimi, 90-a yaxın ölkədə fəaliyyət göstərən təşkilat məhz casusluğa görə altı ölkədə fəaliyyətini dayandırmalı olub. Avropanın beş ölkəsində Rus mədəniyyət və elm mərkəzləri - "Rus evləri" bağlanıb. Bunlar Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyadır. Səbəb kimi müxtəlif bəhanələr göstərilsə də, bəllidir ki, onların fəaliyyətlərinə məhz casusluq səbəbindən xitam verilib, əməkdaşlar isə ölkədən qovulublar. 2023-cü ilin əvvəlində Buxarestdəki "Rus evi"nin fəaliyyəti Rumıniya hakimiyyətinin qərarı ilə dayandırılıb.
Danimarkanın "Information" qəzetinin dərc etdiyi məlumatda ölkədə Rusiya səfirliyi və "Rossotrudniçestvo"nun örtüyü altında işləyən Baş Kəşfiyyat İdarəsi zabitlərinin adları göstərilmişdi:
"Elm və mədəniyyət mərkəzi kimi təqdim olunan Danimarkadakı "Rus evi" uzun illər Rusiya kəşfiyyatı üçün örtük rolunu oynayıb. Burada keçirilən tədbirlərin foto və videomateriallarını araşdıran jurnalistlər qovulmuş casuslardan bəzilərini aşkar ediblər".
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/473822221_597244223193501_4208099556860459517_n.jpg?_nc_cat=107&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=sKlpt570Jq4Q7kNvgHINhYU&_nc_zt=23&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1gEMTiODwGlnk_93XxsqFw-CkJKUqi7HTd9LooBlvtok9g&oe=67C04E40)
Bu evlər Kiprdə də analoji fəaliyyəti ilə yadda qalıb. Kiprdəki "Rossotrudniçestvo"nun fəaliyyəti haqqında yerli nəşrlərdən birində belə yazı dərc olunub:
"Kiprdə, digər ölkələrdə olduğu kimi, xarici vətəndaşların Rusiyada təhsil almaq üçün cəlb edilməsi, seçilməsi və hazırlanması proqramını həyata keçirən əsas qurum - Nikosiyadakı Rusiya Elm və Mədəniyyət Mərkəzi (REMM) və ya "Rus evi" adlanan mərkəzdir. Elm və mədəni-təhsil müəssisələri adı altında fəaliyyət göstərən Rusiyanın xüsusi xidmət orqanlarının bu cür agent mərkəzləri Kremlin Rusiyadan kənarda qurduğu qlobal təsir sistemində ən mühüm rol oynayır".
"Rossotrudniçestvo"nun casusluğunun sübut olunduğu ölkələr sırasında Almaniya da var. Bu, xüsusilə də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsinin başlanğıcından bəri daha da güclənib. Yayılan məlumatlara görə, Almaniya hökuməti Berlindəki "Rus evi"ni bağlamağa hazırlaşır. Bəzi məlumatlara görə, bu mərkəzin nümayəndələrindən biri "Vaqner" hərbiləşdirilmiş dəstəsinin üzvlərindəndir. Məsələn, Yaşıllar Partiyasından olan keçmiş Bundestaq deputatı Folker Bek Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berboka Berlindəki "Rus evi" - Rusiya Elm və Mədəniyyət Evinin əməkdaşlarının ölkədə arzuolunmaz elan edilməsi tələbi ilə məktubla müraciət edib. Siyasətçi hakimiyyət orqanlarını Aİ-nin sanksiya siyahısına daxil edilmiş "Rossotrudniçestvo"ya tabe olan "Rus evi"nə qarşı heç bir tədbir görməməkdə ittiham edib.
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/474874724_1024633329690531_6425031323629996389_n.jpg?_nc_cat=104&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=hWZDTQzBpI0Q7kNvgGg2kSO&_nc_zt=23&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1gFOFTqU-AxnMBmsy7QPmH5ERuzX8-11Rz6Mc_heBrNSqQ&oe=67C04342)
Xatırladaq ki, 2023-cü ilin əvvəlində "Reuters" agentliyi "Rus evi"nin Almaniyada ictimai rəyə necə təsir göstərməyə çalışması barədə araşdırma dərc edib. Almaniyanın DW nəşri də yazır ki, Rusiyaya qarşı sanksiyalar fonunda bu mərkəzlər bağlanmalıdır.
"Axmaq vəziyyətdir. Elə təəssürat yaranır ki, Almaniya Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları yerinə yetirmir", - nəşr yazır.
Göründüyü kimi, "Rossotrudniçestvo" və onun xarici nümayəndəliklərinin Rusiya xüsusi xidmət orqanları üçün pərdə rolunu oynadığına dair kifayət qədər şübhələr var. Bütün bu qeyd olunan faktlar Yevgeni Primakovun və rəhbərlik etdiyi qurumun iddialarının əsassızlığını üzə çıxarır. Primakov və ətrafı qeyd edilənləri və öz etiraflarını nəzərə alsalar, yaxşı olar. (report)
Xəbərin oxunma sayı : 1456
Analiz
Xəbərlər
-
“Mahir bizə təklifinin olduğunu deyib, amma...“ - Miroslav Kloze
-
AYNA qadın sahibkarı cərimələdi - 20 min manat
-
“Range Rover”lə 4 nəfərin ölümünə görə yüngül cəza almışdı - Daha bir güzəşt istəyir
-
Təzə kəsilmiş əti yemək zərərlidirmi? - Çoxu bunu bilmir
-
Aviabilet dələdzuluğu ilə bağlı məhkəmə bitdi - 300 min manat necə ələ keçirilib?
-
“Bakı-Moskva münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur“ - Zaxarova
-
Siyasətin əxlaq kodeksi və siyasi lider modeli - ŞƏRH
-
Zaur Hüseynovun dövrü yoxlanıldı: 4 milyonluq pozuntu, 2 milyonluq vergi borcu...
-
Rəssam Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - Sərəncam
-
MSK bələdiyyə seçkilərinin nəticələrini elan etdi - Yalnız bir nəticə ləğv olunub
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət - Siyahı
-
Bakıda 70 minlik dələduzluq: 50 yaşlı qadın saxlanıldı
-
Prezidentdən hərbi xidmətlə bağlı - Sərəncam
-
Azərbaycanlılar bu il Türkiyədə nə qədər mənzil alıblar? - Statistika
-
Baş prokuror Xəzərdə vətəndaşları qəbul etdi - Fotolar
-
“WhatsApp” yeni funksiyanı istifadəyə verdi - Tanışlıqlara səbəb olacaq
-
Azərbaycanda elmlər namizədi dissertasiyasını satışa çıxardı - FOTO
-
Keçmiş səfirimiz Londonda həbs olundu - Seksual hərəkətlərə görə
-
Bölgələrdəki villalar eks-nazirlərə baş bəlası olub - Sata bilmirlər
-
Vergi dərəcələri dəyişəcək - Nəzarət artırılacaq
-
“Medera Hospital” və 8 şirkətdə əmək hüquqları pozulub - Məhkəməyə müraciət edilib
-
Bu cərimələr qaldırılır - 300 manatdan 800 manatadək...
-
Samir Nuriyev yeni sədri kollektivə təqdim edib - FOTOLAR
-
Daha 18 yaşlı gənclər silah ala bilməyəcək - Yaş həddi qalxır
-
“Putin sülh sazişi ilə razılaşmasa sanksiyalar tətbiq ediləcək“ - ABŞ vitse-prezidenti
-
Qazaxıstandan at-qatır, Monqolustandan qoyun-quzu əti, Braziliyadan dil - Ötən ilin ət idxalı statistikası
-
Rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Saahın havası
-
Həbs edilən “qumar kralı”nın işində sensasion məlumat - 161 milyon…
-
“ABŞ-nın Kiyevə nüvə silahı verib-verməyəcəyi barədə qərar prezidentdən asılıdır“ - Pentaqon
-
İlkin hərbi qeydiyyatdan yayınanlar cərimələnəcək - Bu qədər
-
Saxta içki və kofe satan şəxslər tutulub - Gəncədə
-
Ağdamda yük maşını minaya düşüb - Üç qurum birgə məlumat yayıb
-
“Bələdiyyələrlə bağlı yeni əsasnamə hazırlanır“ - Nazir müavini
-
“İlğım” şirkəti ilə bağlı daha bir qalmaqal: İşçilər üsyan edir…
-
“Alfons oğlanları müğənnilərin və həkimlərin yanında görürəm” - VİDEO
-
KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib - FOTOLAR
-
Milli Məclisin iclası başladı: 15 məsələyə baxılacaq
-
Şahin Bağırova yeni müavin təyin edildi - Generala yüksək vəzifə
-
Bakıda fəaliyyətinin dayandırıldığı deyilən estetik klinika açıqdır: Pasiyentləri qəbul edir
-
Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
“Odnoklassniki”də kişi ilə tanış oldu, evində duzqabı belə qalmadı - QƏRİBƏ MƏHKƏMƏ
-
FHN bu qurğuların istismarını dayandırıb - VİDEO
-
Zaqatalada məşhur şəlalə dondu - VİDEO
-
Sənədsiz evlərin və mənzillərin taleyi necə olacaq? - VİDEO
-
Kredit kartları üzrə xərcləmələr artdı - səbəb
-
Azərbaycan iqtisadiyyatında gözlənilməz eniş - Mövsümi dalğalanma, yoxsa ciddi siqnal?
-
Boşanmamış yeganə övlad: Şahzadə25 il necə evli qala bilib?
-
General-leytenant bu işə görə dindirilib
-
“Ukraynada müharibə buna görə başladı” - Tramp
-
“Azpulmat” və “Manato”ya borcu ödəməyənləri nə gözləyir? - AÇIQLAMA
-
Müstəqil xarici siyasət və iqtisadi güc: İnkişafın yeni mərhələsi
-
Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil
-
Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
-
UEFA-nın yeni reytinqi: “Arsenal“ 14-cüdür, “Barselona“ 11-ci
-
Azərbaycana soyuq hava kütləsi daxil olacaq - Bu tarixdə
-
Boşanmaq istəyən qadın öldürülüb - Tibb bacısı imiş (VİDEO)
-
Putin və Tramp olduqca tez bir zamanda işgüzar görüş keçirməyə razılaşıblar - Peskov
-
Qadın sonsuzluğunun müalicəsi tibbi sığorta hesabına qarşılanır - VİDEO
-
“İslam dünyası buna icazə verməyəcək“ - Ərdoğan
-
Naxçıvandan kimlər Türkiyəyə keçə bilər? - səfirlikdən AÇIQLAMA
-
AB “missiyası“ bu dəfə Qubadlı ilə sərhəddə - VİDEO
-
“Ukrayna nizamlanma ilə bağlı danışıqlarda iştirak edəcək“ - KREML
-
Azərbaycan qarşılıqlı əməkdaşlıqdan həm fayda götürür, həm də əməkdaşlığı müştərək fayda ilə zənginləşdirir
-
Vardanyan “Nemezis-2”nin təşkilində ittiham olunur - MƏHKƏMƏ
-
Azərbaycan əhalisinin yanacaq xərcləri artıb - RƏQƏMLƏR
-
Sənədsiz evlərin və mənzillərin taleyi necə olacaq? - VİDEO
-
Böyük tarixə malik olan dostluq münasibətləri
-
“Tramp və Putin Səudiyyə Ərəbistanında görüşə bilər” – Peskov
-
AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb
-
Paytaxtın Nərimanov rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
Ərdoğan Şahbaz Şərifə “Togg” hədiyyə etdi - VİDEO
-
Tikinti şirkəti Novruz bayramı təşkil edəcək - İsmayıllı RİH 25 min xərcləyəcək
-
Qanunsuz ağac kəsənlərin nəzərinə - Həbs və maddi cəza...
-
Emil Əhmədov vəzifəsindən azad edildi - Aybəniz İsmayılovanın kadrı olub
-
“Dövlət qurumlarının “ötür-ötür“ oyunları böyük narazılıq yaradır“ - Sakinlər Prezidentə müraciət etdilər
-
“Trampın Netanyahu ilə razılaşması sülh üçün böyük təhdiddir“ - Ərdoğan
-
Sabah güclü külək gözlənilir - Xəbərdarlıq
-
Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR
-
Hava soyuyacaq, qar yağacaq - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yüksək vəzifəyə təyin edilən Rüfət Mahmud kimdir? - Biznesdən məmur kreslosuna...
-
Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verdi - Həbsdə qaldı
-
“TikTok”da məşhurlaşan model həbs edildi - 30 sutka
-
“Azdrama“nın aktyorları arasında qalmaqal: Rahatlıqla kiminsə ailəsinə dil uzadanlar...
-
İlham Əliyev “İçərişəhər“ə sədr təyin etdi - Sərəncam
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - SİYAHI
-
“Saxta reseptləri rəngli printerdə hazırlayırdıq“ - MƏHKƏMƏ İŞİ
-
“Bəzi ərazilər Ukraynaya qaytarıla bilər“ - Peskovdan açıqlana
-
“Turan“ İnformasiya Agentliyi fəaliyyətini dayandırır - Maliyyə çətinliyinə görə
-
Azərbaycanın “biznesmen” nazirləri - Siyahıda kimlər var?
-
“Sputnik“ və “BBC“-nin Azərbaycan nümayəndəlikləri bağlanır - Qərar verilib
-
Beyləqanda onların peşə bayramı qeyd olundu - Fotolar
-
Aysundan qalmaqallı etiraflar: “Yalan, xəyanət, haqsızlıq...” - VİDEO
-
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? - Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - Sabahın havası
-
Ötən il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI
-
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
-
Bakıdakı “Şəki Qala“ və “Xal-xal“ restoranları söküləcək? - AÇIQLAMA
-
Hansı sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur? - Nazır açıqladı
-
Son 13 ildə AÇG-də neft hasilatı 2 dəfəyə yaxın azalıb - İllər üzrə statistika
-
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?
-
Likiya sivilizasiyasının qorunan mirası Ksantos və Letoon - FOTO
-
Süni intellekt dələduzların “xidmətində“ - klonlanmış səsi necə tanımalı?
-
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
-
Azərbaycan Haaqa Məhkəməsinə iddia sənədini təqdim edib - Ermənistana qarşı arbitraj işi üzrə
-
Qızılın qiymətində növbəti rekord - 160 manatı keçdi
-
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR
-
Sumqayıtda tibb bacısı qətlə yetirildi - Əri tutuldu
-
20 yanvar dairəsində tıxac problemi necə həll olunacaq? - VİDEO
-
ABŞ Rusiyanı rəqib və əleyhdar hesab edir - Ağ Ev
-
Bu işçilər iş yerini özü seçəcək - Evə daha yaxın
-
“Halal” adıyla haram kolbasa satan “Best Beef” kimindir?
-
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - Siyahı
-
Deputat qardaşını icra başçısı təyin etdirmək istəyir? - İDDİA
-
“Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq“ - Trüdo
-
Yerli banan neçəyə satılacaq? - VİDEO
-
Abşerondakı bu məktəbi bit basib? - ŞİKAYƏT/VİİDEO
-
“Putinlə bu ölkədə görüşəcəyik” - Tramp
TOP 10
ARXİV