|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
“Mən kral deyiləm...” - Rövşən Nəcəf
Tarix 02.04.24, 15:02 |
|
Bu gün AFFA-nın yeni rəhbəri seçilən SOCAR prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb.
AzFakt.com “Qafqazinfo”ya stinadla həmin müsahibəni təqdim edir:
- Milli komandanın baş məşqçisi kim olacaq? Yerli, yoxsa əcnəbi mütəxəssis?
- Keçən ilin dekabrında xüsusi komissiya yaradılıb. Müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Danışıqlar artıq tamamlanmaq üzrədir, rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik. Sadəcə zaman yeni İK-nin vaxtına düşür. Amma yenə müzakirə olunacaq. İstənilən qərarın verilməsində yerli-əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır. Yerli və əcnəbi də ola bilər. Məşqçi haqda qərarı verəndə bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalı olduğumuz həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır.
- Son 6-7 il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. Siz də “Neftçi”yə gələndə sizi tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli nəsə proqramınız, ideyanız var? Tez-tez görünəcəksiniz, yoxsa sizi ildə 1-2 dəfə görəcəyik?
- Futbolun inkişafına futbola aidiyyəti olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. Futbol mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridir. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan bu mümkün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidir. Burada medianın rolu danılmazdır. AFFA media ilə daha da sıx işləyəcək. Müəyyən dövrdən sonra zaman lazımdır ki, strategiya üzərində işləyək. Media nümayəndələri ilə görüş keçirəcəyik. Həmin görüşü media ilə qapılar arxasında danışarıq. Hansı çətinliklər var, medianın AFFA-dan gözləntiləri nədir, öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilir. Futbolun inkişafında bizə dəstək verəcək media kimi görəcəyik. Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiniz. Vaxtaşırı konfranslar keçirəcəyik.
- Keçmişdə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budur. Azərbaycan millisinin heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədir?
- Əslində, bu sualın cavabını əvvəlki çıxışımda bildirdim. Millidə oynamış bütün üzvlərdən bəhrələnəcəyik. Konkret necə? Onunla bağlı biz müəyyən proqram düşünəcəyik.
- “Qəbələ” hazırda sonuncu pillədədir. Orada infrastruktur çox yaxşıdır. Bu komandanı bir il itirə bilərik. Planlara əsasən, Premyer Liqada klubların sayı arta bilər? “Qəbələ” Liqada qala bilər?
- İK-də qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar qısa müddətdə qəbul oluna bilər. Liqanın formatı ilə bağlı təhlil aparacağıq.
- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib özləri kənara çəkilir. Siz necə edəcəksiniz? Məsuliyyəti üzərinizə götürəcəksiniz?
- Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Buna bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
- Milli komanda zəif bənd rolunu oynayır. Udanda da tənqid olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiz? Futbol üzərində maraqların toqquşmasıdır?
- Bu sualı cavablandırmaq çətindir. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu, futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol icmasının rəyidir. Bəli, millimizdir, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz günlərdə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdır, hər insan fikrini ifadə etməkdə azaddır. Millimiz bizim şərəf yerimizdir. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandasını da alqışlayır. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardır. Mütəxəssislər öz fikirlərini səsləndirməkdə sərbəstdir. Amma oyunçuların insan olduğu, onların da yaxınlarını unutmamaq düzgün olardı.
- AFFA-da bəzi postlar boşdur. “Neftçi”dəki klubdan kimisə AFFA-da görə bilərik?
- Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib AFFA-nın təşkilatı strukturunda da dəyişiklik edilməsi mümkündür. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündür. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb daha sonra müzakirə etmək lazımdır. Bu gündən “Neftçi”nin MŞ-də iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, “Neftçi”dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə tək “Neftçi” yox, digər klublarla müzakirələr apara bilərik. “Sabah”ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında “Qarabağ” çox irəlidədir. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox dəyərli olacaq.
- “Xəzər Lənkəran” cəbhəsində son vaxtlar sıçrayış var. Onların Premyer Liqaya qayıtması AFFA-nın gündəmində var?
- Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Bu sual bizə yox, komandaların uğurlu nəticəsindən asılı olan qərardır. İK-nın səalahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.
- Baş məşqçinin təyinatı üçün son gün təyin edilib?
- Artıq baş verməli idi, müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Məşqçilərin adını niyə səsləndirə bilmirəm? Çünki onlarla razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədir. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razılıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüquqi məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli qarşıdakı oyunlara hazırlıq görməlidir. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdır.
- İK-də futbol adamlarının sayı cəmi 2 nəfərdir. Futbol adamlarının az olması nə ilə bağlıdır?
- Futbola bağlı olan insanların sayı cəmi 2 deyil, icazə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidir. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhfə verən insanlar cəlb edilib. Maliyyə, infrastruktur, uşaq futbolu, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütün bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nin üzvləri də futbola sevgisi olan insanlardır.
- Bu gün “Neftçi” – “Qarabağ” matçında keçmiş komandanıza azarkeşlik edəcəksiniz?
- Səlahiyyətlərim bu gündən başlayır? Artıq bu gündən başladı. Zarafat edirəm. Bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. Milli komandamızın, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlindən gələni əsirgməyən İK-nin üzvündən biri olacağam. Avropa yarışlarında, ümid edirəm ki, komandalarımız daha irəli gələr. Həmin oyunlarda daha rahat azarkeşlik etmək olar. Klublarımız avrokuboklarda çıxış edəndə hamımız dəstək veririk. “Qarabağ”ın uğurları göstərdi ki, avrokuboklarda yalnız azarkeşlərin hamısı onları dəstəkləyir.
Xəbərin oxunma sayı : 754
Müsahibə
Xəbərlər
-
Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - FOTOLAR
-
Tələbələrin yataqxana probleminin həlli ilə bağlı MÜHÜM ADDIM
-
Leyla Əliyeva Ər-Riyadda Kral Salman Mərkəzinin rəhbəri ilə görüşdü - FOTOLAR
-
“Mandatım qanuni seçilmiş parlament olana qədər davam edir” - Zurabişvili
-
Yeni ili məşhur müğənnilərlə Qarabağda qeyd etmək neçəyə başa gələcək? - QİYMƏTLƏR
-
Ağdərə-Kəlbəcər yolunda avtomobil aşdı - Dörd nəfər öldü, bir nəfər yaralandı
-
Hakan Fidan Sergey Lavrov telefonda danışdı - Suriyadakı vəziyyəti müzakirə edilib
-
Azərbaycan Premyer Liqası:“Zirə” “Sumqayıt”a qalib gəldi
-
Kobaxidze Avropaya meydan oxudu: Tiflisi “Maydan“ edə bilməyəcəksiz
-
Biləsuvarda şok hadisə: tutulmamaq üçün narkotiklə dolu maşını yandırdı
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Azərbaycanda dollara tələbat artıb, manatı nə gözləyir? - AÇIQLAMA
-
“Qarşılıqlı nüvə zərbəsi təhlükəsi mövcuddur“ - Ryabkov
-
Paşinyan Azərbaycanla bağlı oğurluğa belə göz yumdu - VİDEO
-
“Həzi Aslanov“ stansiyasında təmir nə vaxt başa çatacaq? - Açıqlama
-
Azərbaycanda tələbələr arasında yayılan TƏHLÜKƏLİ OYUN
-
“Qəzzada qıtlıq səbəbindən ərzaq qiymətləri 10 dəfədən çox artıb” - BMT
-
DGK 980 minlik dələduzluqda adı keçən şirkəti məhkəməyə verdi
-
Bakıda 62 yaşlı qadın saxlanıldı - ŞOK SƏBƏB
-
2025-ci ildə imtahan verəcək şəxslərə şad xəbər - Yeni model gəlir
-
“Türkiyə Hələbdə davam edən qarşıdurmalara qarışmır“ - Fidan
-
Bu ərazilərdən əmlak almaq qazanacaq - Ev, torpaq, mənzil...
-
“Media özü, bir növ, siyasətdir” - Rəşad Məcid
-
Eşqi Bağırov ləğv prosesində olan şirkətini vəkilin adına köçürdü
-
Bayden antisemit kitab aldı - Təəccübləndirdi
-
Sevgilisindən bir milyona yaxın pul tələb edirmiş - Ev dustaqlığına buraxıldı
-
Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb
-
33 yaşlı qadın axtarılır - Foto
-
Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Özbəkistana 10 milyard dollar göndəriblər... - Xaricdə 4 milyon özbək miqrant çalışır
-
Hərbi İnstitutun müəllimi dövləti necə aldadıb? - Zabiti keçmiş qayınatası ələ verdi
-
İcra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır - TENDER
-
Azərbaycan mediası COP29-u necə işıqlandırdı - 60 min material, 4500-dən artıq telereportaj…
-
Hansı əməl rüşvət cinayəti sayılır? - Vəkil izah edir
-
Bir torpaq sahəsini 3 adama satanlar - bitməyən dələduzluq
-
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
-
“Suriyadakı terror strukturunun dövlət olmasına icazə verməyəcəyik” - Hakan Fidan
-
Gürcüstanda etirazlar dərinləşir: Polislə ikinci gecə toqquşma oldu - AP
-
Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? - VİDEO
-
Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda “Kamaz“la toqquşub - Xəsarət alanlar var (FOTO)
-
“Nəvəmi belimdə yola çıxararaq məktəbə aparıram” - Video
-
Rusiyadakı Azərbaycanlıların nəzərinə! - Bundan sonra xüsusi vəsiqələr...
-
“Pxenyan həmişə Moskvanın yanında olacaq“ - Kim Çen In
-
“Saf Təmizlik“ MMC qaydaları pozdu - QƏRAR
-
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub
-
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür
-
“Biz artıq dünyanın mərkəzi deyilik” - Borrell
-
Suriyada gərgin vəziyyət - Müxalifət qrupları Hələbin mərkəzinə daxil olublar
-
“Müharibəni dayandırmağa hazırıq” - Zelenski
-
Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞDİ
-
Türkiyənin ən varlı aktyorları onlardır - Siyahı
-
“Barselona“dakı ən xoş xatirəm...“ - Messi açıqladı
-
Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edildi
-
Dünyanın ən zəngin adamı mirasını açıqladı - Paylanılması 10 il çəkəcək
-
Zelenskidən gözlənilməz addım: Sırskini vəzifədən azad etdi
-
Agentlik bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - Tender keçirmədən
-
SOCAR-da əməkdaşlarına “13-cü maaş” veriləcək - Rövşən Nəcəf əmr imzalayıb
-
Dünya dərin liderlik böhranı içərisindədir - Ərdoğan
-
Ukraynaya yardımı dayandırsaq müharibə bitəcək - Borrel
-
“Baku Elektroniks”dən misilsiz fırıldaq: 4 min manata satdığı telefon…
-
“Texnopark AS” MMC tenderlərdə “zerkalnı” məbləğlər udur - Siyahı
-
Azərbaycanda bu internet provayderləri LƏĞV EDİLİR
-
Gürcüstanda “diplomat qiyamı” - Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı
-
ATF bir həftədə ikinci tenderi qazandı - Göyçayda milyonluq küçə təmiri
-
Masazırda evdə uçqun - Ölən və yaralılar var
-
Deputatlar bu tarixdə toplanacaq - Hansı qanunlar dəyişir? (SİYAHI)
-
Beş ildən bir sertifikasiyadan keçən estetik cərrahlar - Onların diplomları necə yoxlanılır?
-
Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq - 41 milyonluq tender
-
Adil Kərimli Xırdalanda vətəndaşları qəbul etdi - FOTOLAR
-
Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...
-
““Əhmədli”də qulaqlıqlardan mümkün qədər az istifadə edin” - “Bakı Metropoliteni”
-
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə - Fotolar
-
“Xəzər Dəniz Gəmiçiliyi“ndə zavod direktoru cərimələndi - Bədbəxt hadisəni gizlədib?
-
Rusiya və Çinin 11 döyüş təyyarəsi Cənubi Koreya yaxınlığında – Müttəfiqlərdən Seula açıq xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
-
FIFA futbolun ən yaxşılarını seçir - Namizədlər açıqlandı
-
“Yeni Vergi Məcəlləsi üzərində işləyirik” - Samirə Musayeva
-
Kobaxidzedən Aİ səfirinə sərt reaksiya: “Daxili işlərimizə qarışmayın”
-
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə...
-
“1 həftə ərzində 10 ATACMS raketi vurulub” - Rusiya MN
-
Parlamentdə sektor müdiri təyin edildilər - FOTO
-
AZAL Tel-Əvivə uçuşları bərpa edir - Sabahdan
-
Tramp Maskla belə əyləndi - Video
-
Qladiatorlar filmlərinin çəkildiyi Anadolunu kəşf edin - Fotolar
-
Evində qaldığı yeniyetmə qızı fahişəliyə cəlb edən qadın - Şərti cəza aldı
-
DTX 70 kiloqram qızılla tutulan attaş barədə məlumat yaydı - İkinci adamın da adı çəkildi
-
Manaf Manafovdan şikayətlər artır - Birlik sədri çətin durumda
-
Azərbaycan Ordusunda taktiki-xüsusi təlimlər keçirilib - VİDEO
-
Pensiyalarla bağlı son rəqəmlər - 535 AZN və 572 AZN olacaq (RƏSMİ)
-
Bələdiyyələr qrant alacaq - Yeni qanun qəbul edildi
-
Onlara birdəfəlik yardım veriləcək - 6 min manat
-
Dövlət qurumları noyabrda 25 milyon manatlıq avtomobil alıblar - Tam siyahı
-
Bu qanunu pozanlar daha ağır çəzalandırılacaq - Yeni qanun qəbul olundu
-
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - FOTO
-
Milli Qəhrəmanın adı əbidiləşdirilib - ƏIli Əsədov qərar imzalayıb
-
Ali Məhkəmədən mirasla bağlı qərar - Vərəsənin hansı hüquqları var?
-
Xətai rayonun ikinci adamı - İntiqam Cümşüdovla Rafiq Quliyevi bağlayan tellər...
-
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
-
Bakı Hərbi Məhkəməsində 3 yeni hakim - Adlar
-
Azərbaycanda dörd universitetə akkreditasiya verildi - SİYAHI
-
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
-
“Ukrayna dairəsi”ndə güclü tıxac - Təmir nə vaxt bitəcək? (VİDEO)
-
Azərbaycanda bu şəxslər onlayn izləniləcək - VİDEO
-
Bu ərazilərə qar yağdı - Faktiki hava açıqlanıb
-
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - CƏDVƏL
-
Sabunçuda qadın öldürüldü - 27 yaşlı ögey oğlu saxlanıldı
-
Narkotiklə dolu avtomobili evakuatorun üzərində Bakıya gətirmək istədilər - VİDEO
-
Sərhədi pozan Əlcəzair vətəndaşı saxlanıldı - Fotolar
-
2025 -ci ildə güclü Günəş fırtınaları olacaq, internet çökəcək - Ailmlərdən xəbərdarlıq
-
“Angela, lütfən məni bağışla” - Putin
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı - FOTO
-
İrina Şeyk saunadan paylaşım etdi - FOTO
-
Avropa Liqası: “Qarabağ“ “Lion“a uduzdu
-
Sabunçu rayonunda tullantı su problemi bitmir - VİDEO
-
Yasamalın bir hissəsində qaz olmayacaq - Xəbərdarlıq
-
Əfqan Sadıqov Azərbaycana təhvil veriləcək - Tblisi məhkəməsindən qərar
-
Daha bir SEPAH generalı öldürüldü - Suriyada
-
“ABŞ Kiyevə nüvə silahı ötürməyi planlaşdırmır” - “Newsweek”
-
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR
TOP 10
ARXİV