Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Abşeron-Xızı Regional Təhsil İdarəsində yeyinti aşkarlandı - Müəllimlərə artıq dərs saatı yazılıb

Tarix 02.03.25, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsi ilə bağlı ciddi korrupsiya iddiaları gündəmə gəlib.
 
Qlobal.az bu barədə sosial şəbəkələrdə yayılan xəbəri ixtisarla təqdim edir:

Xatırladaq ki, keçən ilin 03-04 dekabr tarixlərində Sumqayıt şəhər 15 nömrəli orta məktəbdə aparılan daxili yoxlamalar nəticəsində dörd vəzifəli şəxs işindən uzaqlaşdırılıb. Yoxlamaların aparıldığı zaman məktəb direktorunun bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Komissiyasında sədr olması və onu müvəqqəti əvəzləmək üçün hərbi rəhbər Saruxanov Saruxan İslamuddin oğluna səlahiyyət verilməsi ciddi suallar doğurur. Halbuki, məktəbdə dörd direktor müavininin olduğu nəzərə alınarsa, bu seçimin məqsədli olduğu ehtimal edilir.

Araşdırmalar zamanı məktəbdə idman zalının olmadığı halda, fiziki tərbiyə dərslərinin bölünməsi, qanunsuz maliyyələşmə və bunun nəticəsində ciddi maliyyə pozuntularına yol verilməsi müəyyən edilib. Konkret olaraq, aşağıda adları qeyd edilən müəllimlərə sinifdən xaric fiziki tərbiyə dərsləri üçün əmək haqqı ödənilib:

1. Bağırova Gülsəba Mikayıl – 208.22 AZN
2. Hümbətəliyeva Gülnaz Möhsün – 208.22 AZN
3. Abbasov Rəsul Qalib – 2641.59 AZN
4. Bağırova Gülsəba Mikayıl (əlavə saatlar) – 1570.37 AZN
5. Əzizov Tahir Tahir – 366.23 AZN
6. Xəlilli Nurlan Adil – 1021.31 AZN
7. Hümbətəliyeva Gülnaz Mövsum – 1766.67 AZN

Ümumilikdə, məktəbdə yalnız fiziki tərbiyə dərsləri üzrə 7782.61 AZN məbləğində dövlət vəsaiti qanunsuz şəkildə xərclənib. Bu məbləğin təkcə dörd ay ərzində formalaşdığı nəzərə alınarsa, illik hesablamalar əsasında 24.000 (iyirmi dörd min) AZN, beş il ərzində isə təxminən 120 (yüz iyirmi min) AZN yeyinti olduğu ortaya çıxır.

Məktəbdə baş verən bu qanunsuzluqların arxasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsinin rəhbəri Orxan Şirəliyevin olduğu iddia edilir. Şirəliyev əvvəllər 1 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində çalışıb və hazırda Regional Təhsil İdarəsinin maliyyə şöbəsinə rəhbərlik edir. Onun dövründə təhsil müəssisələrində dövlət vəsaitinin qanunsuz xərclənməsi, korrupsiya hallarının artdığı və dövlət vəsaitlərinin qəsdən mənimsənilməsi ilə bağlı ciddi şübhələr mövcuddur.

Maraqlıdır ki, yoxlamalar yalnız son dörd ayı əhatə edib. Halbuki, məktəbin direktoru Elmira Yaqubova 2019-cu ildən bu vəzifədə çalışır və onun rəhbərlik etdiyi beş il ərzində baş verən maliyyə pozuntuları niyə araşdırılmır? Məktəbdə yaranmış yeyintinin kökləri daha dərin olub və niyə məhz Elmira Yaqubova seçkidə olduğu vaxt gündəmə gətirilib?

Həmçinində qeyd edək ki Orxan Şirəliyevdə məhs 2019-cu ildən İdarənin maliyyə şöbə rəhbəri olaraq vəzifədə olduğu deyilir.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu məsələyə dərhal müdaxilə etməli, yalnız son dörd ayı deyil, son beş ili əhatə edən genişmiqyaslı maliyyə yoxlaması aparmalıdır. Əgər 120 min AZN-lik yeyinti təkcə fiziki tərbiyə dərsləri üzrə baş veribsə, məktəbin ümumi büdcəsinə vurulan ziyanın real miqyası daha böyük ola bilər. Görünən odur ki, bu pozuntular yalnız aysberqin görünən hissəsidir.
 
Rəsmi qurumların Abşeron-Xızı Regional Təhsil İdarəsində yoxlamanı davam etdirdiyi bildirilir.

Qarşı tərəf mövqe sərgiləyə bilər.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap