Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Gənc oğlan masajçı qadını hotelə apardı, intim münasibətdə olmağa... – Şok təfərrüat

Tarix 01.11.24, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Yasamal rayonunda 1991-ci il təvəllüdlü Şirvan şəxsi münasibətlər zəminində mübahisə zamanı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Hadisə ötən il martın 14-də gecə saat təxminən 00:45-də baş verib.

Yasamal rayon ərazisində “Art” hotelin qarşısında yalnız masaj xidməti göstərdiyini söyləyən Vüsalə ilə mübahisə edib. Mübahisə zamanı qadının üz və baş nahiyəsinə yumruqla bir neçə zərbə vurub.

Nəticədə Vüsalədə baş-beyin silkələnməsi ilə müşaiyət olunan sağ alın nahiyəsinin əzilmiş yarası, üst dodağın içəri səthinin əzilmiş yarası, sol gicgah nahiyəsinin sıyrığı, üst çənədə 5 dişin travmatik sınması xəsarətləri əmələ gəlib.

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç kəsə xəsarət yetirməyib: “Əksinə, mən xəsarət almışam. Evinə masaja getdiyim xanımlar məndən pul almağa çalışdılar. Uşaq vaxtı yıxıldığım üçün başımdan xəsarət almışam. Bununla əlaqədar hazırda psixi xəstəliyim var”.

Daha sonra təqsirləndirilən şəxs iş üzrə heç kəsi tanımadığını bildirərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina edib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, masaj xidməti göstərməklə məşğul olur:

“2022-ci ildə tanımadığım şəxs mobil telefonuma zəng edərək masaj etdirmək istədiyini bildirdi. Zəng edənə masaj üçün gələ biləcəyini, lakin ona başqa bir xanımın xidmət göstərəcəyini dedim. O da mənimlə razılaşaraq kirayə yaşadığım evimə gəldi. Həmin şəxs özünü çox normal apardı. Ona rəfiqəm Nazilə masaj xidməti göstərdi, sonra xidmət haqqı tələb etdi. Lakin o, pul ödəməkdən boyun qaçırdı”.

Zərərçəkmiş qeyd edib ki, yaranan mübahisə ilə bağlı Nazilənin yanına gəlib və nə baş verdiyini soruşub: 

“Nazilə masaj etdiyi şəxsin ödənişdən boyun qaçırdığını bildirdi. Mən də masaj etdirəndən hansı səbəbə xidmət pulunu ödəmədiyini soruşdum. O, pulunun olmadığını bildirdi. Ona yaşadığım evdə kirayə qaldığımı, göstərilən xidmətə görə pul verməməsinin şərəfsizlik olduğunu dedim. Ona nakişi olduğunu söylədim və evin qapısını açaraq getməsini tələb etdim. Həmin şəxs oradan çıxaraq uzaqlaşdı”.

Vüsalə bildirib ki, 13 mart 2023-cü ildə onun mobil telefonuna yenidən bir nəfər tanımadığı şəxs zəng edib və ondan masaj xidməti göstərib-göstərmədiyini soruşub: “Mən masaj xidməti göstərdiyimi, lakin hazırda evdə qonaqlar olduğunu, evdən kənarda masaj edə biləcəyimi bildirdim. Telefonda danışdığım həmin şəxs taksi ilə gələrək məni götürdü. Təxminən saat 00:45-də Yasamal rayonu ərazisində yerləşən “ART” otelə gətirdi.

Bu müddət ərzində həmin şəxsin rəfiqəm Nazilənin pulunu ödəməyən şəxs olduğunu bilmədim. Yəni onu tanımadım. Biz hoteldə otaqların birinə keçdikdən sonra o, mənə: “Yadındadırmı mən kiməm? Sənin mənə nakişi dediyin həmin oğlanam” - söylədi. Yalnız bundan sonra Şirvanın həmin şəxs olduğunu xatırladım”.

Vüsalə qeyd edib ki, Şirvan onun üzərinə gəlib və onu intim münasibətdə olmağa məcbur edib: “Mən müştərilərlə intim münasibətə girmədiyimi, sadəcə masaj xidməti göstərdiyimi bildirdim. Çantamı götürərək hotel otağından çıxdım. Şirvan arxamca gəldi və biz birlikdə liftlə aşağı endik. Onunla aramızda heç bir mübahisə yaşanmadı.

Şirvan mənə yaşadığım evə taksi ilə ötürməyi təklif etdi. Təkliflə razılaşaraq onunla birlikdə hoteldən çıxdım. Şirvan qabaqda, mən isə ondan arxada gedirdim. Mən başıaşağı şəkildə yolumu getdiyim anda anidən başımı qaldırdığım zaman Şirvan yumruğu ilə alın və üz nahiyəmə, daha sonra dişlərimə vurdu. Dişlərim qırıldı, burnum və çənəm sındı. Mənim qışqırığımı eşidən hotelin işçiləri gələrək bizi ayırdılar”.

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şirvan 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub./Teleqraf.com



Xəbərin oxunma sayı : 1099




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap