Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Melissa Park”a xəbərdarlıq edildi - Sakinlərin hüquqları pozulub

Tarix 21.02.25, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, internet xidmət provayderləri və vətəndaşlar tərəfindən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə daxil olan son müraciətlərdə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış kompleksində qeyri-sağlam rəqabətin olması və bəzi bazar iştirakçılarına üstünlüyün verilməsi ilə bağlı iddialar səsləndirilib. Bu şikayətləri nəzərə alaraq, İKTA həmin ünvanda fəaliyyət göstərən operator və provayderlərlə müzakirələr aparıb, onların nəzərinə abunəçilərin hüquqlarının məhdudlaşdırılmasının yolverilməz olduğu çatdırılıb. Görüş zamanı qeyd edilib ki, son zamanlar Agentliyə çoxmənzilli yaşayış binalarında sakinlərin (abunəçilərin) keyfiyyətli telekommunikasiya (telefon və internet) xidmətlərindən tam istifadəsinə maneələrin yaradılması ilə yanaşı, bir çox binalarda operator və provayderlərə ayrıseçkilik nümayiş etdirilməklə süni maneələrin yaradılması barədə məlumatlar daxil olmaqdadır.

Pravda.az-ın araşdırması nəticəsində məlum olub ki, sözügedən ünvanda “Melissa Group”a məxsus yaşayış kompleksi yerləşir. Yaşayış kompleksində yaşayan sakinlərin sözlərinə görə, söhbət “S-Line” provayderindən gedir.

Məsələ ilə bağlı “Melissa Park”la əlaqə yaratmağa çalışsaq da, suala konkret cavab verən olmayıb.

Şirkətin Azadlıq filialından isə bildirilib ki, kompleksdə faktiki üç şirkətə məxsus provayder var: “Nəyini seçə bilmirlər? Azadlıq filialında da eyni şirkətlərdir. Ola bilər, provayderin biri ilə müqavilənin vaxtı bitib. Buna görə sakinlər şikayət ediblər. Bizim üçün nə fərqi var? İstəyirik ki, işləsin, sakinlər hər hansı provayderə qoşula bilsinlər”.

Qeyd edək ki, Nizamnamə kapitalı 10 AZN olan “Melissa Şirkətlər Qrupu” MMC-nin qanuni təmsilçisi Elnur Səmədov Fizuli oğludur. MMC Bakıda yaşayış komplekslərinin tikintisini həyata keçirir. Melissa Group, "Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib. Hazırda "Melissa Park”, "Melissa Residence”, "Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.
 



Xəbərin oxunma sayı : 703




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap