Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Almaniyada siyasi miqrantlara qarşı qətnamə - Neonasist çağırışlar artır

Tarix 24.11.24, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


"Almaniya üçün alternativ" ("AfD") partiyasının Bavariya bölməsi Almaniyadan əcnəbilərin kütləvi şəkildə deportasiyasını və onların mənşə ölkələrinə qaytarılmasını dəstəkləyən qətnamə qəbul edib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, "reemiqrasiya" anlayışını rəsmi şəkildə istifadə edən bu sənəd partiyanın Bavariya bölməsinin sədr müavini Rayner Rotfus tərəfindən təqdim olunub.
 
Almaniyanın "Die Welt" nəşrinin yazdığına görə, bu addım AfD-nin radikal sağ qanadına daha geniş imkanlar yaradır.

Qətnamədə vurğulanır ki, gələcəkdə sığınacaq axtaranlar Almaniya ərazisinə buraxılmamalıdır. Sənəddə təklif olunur ki, müharibə və təqiblərdən müdafiə beynəlxalq hüquq çərçivəsində təmin edilsə də, artıq Avropa xaricindən gələn sığınacaq axtaranlar Almaniyada və ya Avropa ərazisində yerləşdirilməsin.

Bundan başqa, AfD-nin Bavariya bölməsi Almaniya və Avropa İttifaqını Avropa xaricində "müdafiə və inkişaf zonaları" yaratmağa çağırır.

"Die Welt" yazır ki, Bavariya bölməsində partiyanın daha mülayim mövqeyini dəstəkləyənlər və Türingiyadakı "AfD" bölməsinin radikal sağçı lideri Byörn Hökenin tərəfdarları arasında daxili mübarizə davam edir.

2023-cü ilin noyabrında "AfD" siyasətçiləri, neonasistlər və iş adamları Berlin yaxınlığında yerləşən bir villada gizli görüş keçiriblər. Bu görüşdə Almaniyadan milyonlarla insanın, o cümlədən sığınacaq axtaranların, yaşayış icazəsi olan əcnəbilərin və miqrasiya kökləri olan Almaniya vətəndaşlarının deportasiyası müzakirə edilib.
 
"Correctiv" araşdırma şəbəkəsinin məlumatına görə, həmin görüşdə Şimali Afrikada iki milyon nəfərə qədər deportasiya olunmuş "reemiqrantı" və qaçqın hüquqları tərəfdarlarını yerləşdirmək planından da bəhs olunub.
 



Xəbərin oxunma sayı : 958




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap