Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Rumıniyada fövqəladə əməliyyat - Prezidentliyə əsas namizəd saxlanılıb

Tarix 26.02.25, 18:32

Font ölçüsü : - / +
bitmap-img6


Rumıniyada keçmiş prezidentliyə namizəd və Konstitusiya Məhkəməsi tərəfindən nəticələri ləğv edilən seçkilərin birinci turunun qalibi, millətçi siyasətçi Kalin Georgesku saxlanılıb.

“AzPolitika” xəbər verir ki, prokurorluğun məlumatına görə, bu gün səhər saatlarında 47 ünvanda axtarışlar aparılıb. Georgesku dindirilmək üçün prokurorluğa aparılıb. Hazırda onun təşviqat kampaniyasının qanunsuz maliyyələşdirilməsi və digər seçki qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi üzrə şübhəli şəxs olmadığı və şahid qismində dindirildiyi bildirilir.

Georgeskunun tərəfdarları onun həbs anının videosunu yayıblar. Polis onun avtomobilini Buxarest küçələrindən birində saxlayıb.

Georgescunun tərəfdarları onun həbsini pisləyib və qeyd ediblər ki, o, bu gün təkrar prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim etmək niyyətində olub. Sorğulara görə, o, liderdir.

Prokurorluğun məlumatına görə, Georgeskunun qalmaqallı seçki kampaniyası ilə bağlı araşdırılan cinayət işi konstitusiya quruluşuna qarşı yönəlmiş hərəkətlər, ekstremizm, o cümlədən seçki kampaniyasının maliyyələşdirilməsində pozuntular üzrə maddələrlə araşdırılır.

Yerli KİV-in məlumatına görə, istintaq xüsusilə Georgeskunun şəriki və mühafizəçisi Horatiu Potraya qarşı aparılır. Onun evində aparılan axtarış zamanı milyonlarla dollar nağd pul, həmçinin silah-sursat tapıldığı iddia edilir.

Noyabrın 24-də Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib. Politoloqların proqnozlarının əksinə olaraq, ən çox səsi (22,9%) ifrat sağçı siyasətçi Kalin Georgesku toplayıb. İkinci turda onun rəqibi 19,17% səslə Yelena Laskoni olacaqdı.

Dekabrın 6-da Konstitusiya Məhkəməsi kəşfiyyat orqanlarının 25.000 TikTok bot hesabının namizədin lehinə təbliğat aparmış ola biləcəyini bildirən sənədləri dərc etməsindən sonra birinci turun nəticələrini ləğv edib. Kəşfiyyat xidmətləri kampaniyanı Moskva ilə əlaqələndirir. Georgesku Rusiya ilə əlaqələrini inkar edir və hesab edir ki, seçkilərin nəticələrinə yenidən baxılması ona siyasi təzyiqin nəticəsidir.

Kənd təsərrüfatı mühəndisi, 62 yaşlı Kalin Georgescu müstəqil namizəd kimi iştirak edib. Seçki kampaniyası zamanı Georgesku NATO-nu və Ukraynaya hərbi yardımı tənqid edib və Rusiya ilə yaxınlaşmağa çağırıb.

Fevralın 14-də Münhendə çıxış edən ABŞ vitse-prezidenti J.D.Vens Rumıniya hakimiyyətini demokratik standartları pozmaqda ittiham edərək seçkilərin birinci turunun nəticələrini ləğv etməsinə görə tənqid edib. O, Georgeskunun namizədliyini birbaşa dəstəkləməyib. AB-də isə əksinə, Konstitusiya Məhkəməsinin qərarına anlayışla yanaşılıb.



Xəbərin oxunma sayı : 886




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap