Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Süfrələrdə yandırılan şamları nəzarətsiz qoymayın!” - VİDEO

Tarix 11.03.25, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyi Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

AzFakt.com-un məlumatına əsasən, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.

Belə ki, ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılanıb.

Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!




Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap