Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Tramp Ukrayna müharibəsini yaza qədər bitirməyi hədəfləyir - The Independent

Tarix 27.01.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın Ukraynaya dəstəkdən əl çəkməsi və ölkə üçün ağrılı kompromislərə gedə biləcəyi ilə bağlı narahatlıqlar yersizdir. Əksinə, Ağ Ev rəhbəri bu ilin yazına qədər Ukraynada müharibəni bitirmək niyyətindədir.

Bu barədə Britaniyanın “The Independent” nəşrinə insayderlər məlumat verib.

“Ukraynadan narahat olanlar ABŞ prezidentinin andiçmə mərasimində Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın iştirakına diqqət yetirməlidirlər. Bu, Donald Trampın bu prosesin sonunda Ukraynanın yaxşı anlaşma əldə etməsini təmin etmək niyyətini göstərən çox mühüm addımdır. Bu, əsəbləri sakitləşdirməlidir" deyə anonim mənbə jurnalistlərə bildirib.

Nəşrdə bildirilir ki, Tramp Ukraynadakı müharibənin həlli məsələsinə ciddi yanaşır. Mənbə qeyd edib ki, bundan əvvəl ABŞ prezidenti bir sıra çətin vəzifələri həll etməli olacaq, lakin Ağ Ev rəhbəri mütləq Ukrayna prezidenti Vladimir Zelenski ilə işləyəcək və yaxın vaxtlarda rəsmi görüş baş tutacaq.

"Zelenski özü inauqurasiyaya getməyi mümkün saymadı, lakin o, böyük hörmətlə yanaşdığı Ukraynanın ikinci şəxsini göndərdi", - insayder izah edib.

Nəşr xatırladıb ki, “Xalqın xidmətçisi” fraksiyasının lideri Devid Arakhamiya Trampın andiçmə mərasimində önəmli yerdə olub. Daha sonra o, Ukrayna mətbuatına bildirib ki, rəsmi Ukrayna nümayəndə heyəti fevralda ABŞ prezidenti ilə görüşə bilər. (Apa)



Xəbərin oxunma sayı : 1282




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap