Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Prezident İlham Əliyev görüşlər keçirir - FOTOLAR

Tarix 13.11.24, 17:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edilib.

***

Prezident İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.

Prezident İlham Əliyev COP29-da iştirakına görə Kristalina Georgiyevaya minnətdarlığını bildirdi.

Dövlət başçısı Azərbaycan ilə BVF arasında əməkdaşlığın səviyyəsindən razılığını ifadə etdi, əməkdaşlığımızın böyük hissəsinin iqtisadi və maliyyə siyasəti üzrə məsləhətləşmələrdən ibarət olduğunu vurğuladı.

Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığın davam etdirilməsinin önəmini bildirən dövlətimizin başçısı xüsusən də Azərbaycanın COP29-a sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə əlavə maliyyə təminatı üçün fəal şəkildə iş aparılacağını dedi.

COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Kristalina Georgiyeva bu tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurla başa çatacağına əminliyini bildirdi.

Kristalina Georgiyeva Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirlməsi üçün əlavə potensialın olduğunu qeyd etdi və ölkəmizi BVF vasitəsilə inkişaf etməkdə olan ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştiraka dəvət etdi.

Prezident İlham Əliyev bu istiqamətdə BVF ilə əməkdaşlıq təklifini müsbət qiymətləndirdi, qısa zamanda bunun üçün Azərbaycan tərəfindən zəruri addımların atılacağını dedi.

Söhbət zamanı ölkəmizlə BVF arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.






Xəbərin oxunma sayı : 1111




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap