Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır“ - Hikmət Hacıyev

Tarix 30.10.24, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Dünya ağla qaranı yaxşı ayırd edir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” platformasında Ceff Bezosun "Washington Post"da dərc edilmiş məqaləsinə münasibət bildirərkən qeyd edib.

Prezidentin köməkçisi, "xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı "Washington Post" və müəyyən Konqres rəsmiləri tərəfindən çirkin təbliğat kampaniyaları aparıldığını, Ceff Bezosun məqaləsinin bu cür media orqanlarına etimadın qalmadığını ifşa etdiyini" qeyd edib.

"Mən həmişə Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan "Washington Post” qəzetinin və bəzi Konqres rəsmilərinin diqqətini Ceff Bezosun bu məqaləsinə cəlb etmək istərdim. Cəsarətli və haqlı tənqidində Bezos "Washington Post” və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərir. O, eyni zamanda, qurban obrazının yaradılmasının fayda vermədiyini də qeyd edir...

Bununla belə, Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda etimad isə daha da aşağıdır. Dünya ağı ilə qaranı yaxşı fərqləndirir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır… "Washington Post dakı "yoldaşlar". Sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki "Komsomolskaya pravda”nı xatırladır”, - Hikmət Hacıyev qeyd edib.



Xəbərin oxunma sayı : 748




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap