![]() |
|














“Bunu killer kimi tutan hardadır?“ - Evə silahlı basqın edərək 3 nəfəri öldürən şəxsin məhkəməsi
Tarix 30.10.24, 17:23 |
|

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Zərərçəkmiş Tərlan Fərəcova ifadəsində bildirib ki, Müşfiq Tağıyev tək mühakimə olunmamalıdır: “Bunu killer kimi tutan hardadır? Ona köməklik göstərən dostları var, onları da gətirin...
Hadisə baş verəndə yuxuda olmuşam, ayılıb qışqırdım ki, kombi partlayıb. Yoldaşımı çağırdım, aşağı düşdük, gördüm ki, qızım güllələnib. Ondan sonra əlindəki silahla məni vurdu. Bir də ayıldım ki, qan məni götürüb aparıb. O birilərinin güllələnməsini görməmişəm”.
Təqsirləndirilən Müşfiq Tağıyev isə ifadənin yalan olduğunu iddia edib. Bundan sonra, zalda tərəflər arasında mübahisə yaranıb.
Zərərçəkmiş Vüsalə Fərəcova təqsirləndirilən şəxsi tanımadığını deyib: “Səhər yuxudan oyandım, 7-yə işləyirdi. Uşaqlar gəlib qapını döydülər, qan içində idilər. Dedilər ki, anaları və ataları güllələnib”.
Zərərçəkmiş Nazim Orucov isə bildirib ki, tək adamın bu cinayəti törədə bilməsinə inanmır: “Bu iş yenidən ibtidai istintaqa qaytarılmalı, ən incə detalına qədər yenidən araşdırılmalıdır”.
Hakim isə bildirib ki, ağırlaşdırıcı sübut olarsa, iş yenidən ibtidai istintaqa qaytarıla bilər: “Hər hansı dəqiq əsaslarla vəsatətiniz varsa, müraciət edin, məhkəmədə baxılacaq”.
Zərərçəkmiş Mehman Sarıyev isə ifadəsində deyib ki, hadisə onlar üçün gözlənilməz olub: “Hadisə günü bərk şaqqıltı səsinə ayılıb küçəyə çıxmışam. Oğlum Etibar onların qapısından girən vuruldu. Mənə qışqırdı ki, gəlmə səni də güllələyər. Müşfiq mənim öz uşaqlarım kimi olub. Onun bu hadisəni törədəcəyinə inanmazdım. Lakin hadisədən 10 gün qabaq evin qarşısında Müşfiqi gördüm, hadisədən sonra analadım ki, həmin evə gedib-gəlməyə bələdçilik edir, yol axtarırmış”.
Müşfiq Tağıyev isə onun düz danışdığını deyib: “Mən həmin ərazidə dəfələrlə olmuşam. Hadisəni necə törədəcəyimi planlaşdırmışam”.
Hadisə şahidi Yağmur Karakaş ifadəsində deyib ki, yuxudan duranda atası və anasını qan içində görüb.
Zərərçəkmiş Cansu Karakaş isə bildirib ki, güllə səsinə yuxudan ayılıb: “Birinci anam qapıdan çıxdı. Çıxan kimi vuruldu. Dədəm də eynilə qapıdan çıxan kimi vuruldu. Mən içəridəydim, atam dedi çölə çıxmayın. Atam da çölə çıxan kimi vuruldu”.
Proses dekabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib(APA)
Xəbərin oxunma sayı : 1477
Kriminal
Xəbərlər
-
Ölkəmizin qaz ixracatı coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir
-
“Çox qəşəng görünürsən” - Həyat yoldaşı efirə zəng etdi
-
Arda Turan “Eyüpspor“u bu kluba dəyişir - Razılıq əldə olundu
-
“2 aprel böyük gün olacaq” – Tramp anons edir
-
Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - VİDEO
-
“İnvestaz“ MMC aylardır sürücülərin əməkhaqlarını ödəmir - VİDEO
-
Azərbaycanda kartof niyə bahalaşıb? - Açıqlama
-
“Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur“ - Tramp
-
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib - RƏSMİ
-
Forumda iştirak etmək üçün Azərbaycana gəldilər - FOTO
-
Azərbaycan və Şimali Makedoniya münasibətləri növbəti mərhələyə qədəm qoyur
-
Yolun ortasında sürücünü döyənlər həbs edildi
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları
-
“Pakistanda qatar qaçıran silahlılar azı 50 girovu öldürüb” - “Reuters”
-
Şirkət rəhbəri Firudin Cavadov vətəndaşları necə aldadıb? - VİDEO
-
Ukrayna Sudcadan çıxdı - Zelenski Kurskda baş verənləri izah etdi
-
Bağırova yeni müavin təyin edildi - Prezident Sərəncam imzalayıb
-
Sumqayıtda ümumi qarajda yanğın - VİDEO
-
“Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır“ - Sorğu
-
Yaşayış evlərinin tikintisinə 297 milyon manat sərf olunub
-
Ölkəmiz Avropadakı tərəfdaşlarının xahişlərinə hər zaman böyük diqqətlə yanaşır
-
Sahibə Qafarova Şimali Makedoniya prezidenti ilə görüşdü - Fotolar
-
143 milyonluq yeyinti işində daha bir hökm - 10 il həbs verildi!
-
Türkiyə vətəndaşı Tolqa Şahindən şikayət - Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq edib
-
“Ukraynada seçkilər yalnız hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək“ - Zelenski
-
Azərbaycan və Şimali Makedoniya münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib
-
Sabah Binəqədi, Xəzər və Nəsimi rayonlarında qaz olmayacaq - Xəbərdarlıq
-
Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb - 381 min manat ziyan dəydiyi müəyyən edilib
-
Ramazan bayramı günü iftar süfrəsi? - İcra Hakimiyyəti 7 min xərcləyəcək
-
“Vaşinqton Ukrayna ilə ərazi güzəştlərini müzakirə edib“ - ABŞ Dövlət katibi
-
Neft Fondunun pul qoyduğu qlobal şirkətlər batır – Milyardların taleyi necə olacaq?
-
Oleq Bakinski“nin məhkəməsində Füzuli Musayevin ifadəsi AÇIQLANDI
-
Bu gün Əfv Komissiyası iclası keçirilib - Baxılan müraciətlərin sayı 400-ü keçib
-
“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bakı Tekstil Fabriki” MMC-nin tikiş sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Hərbi Hava Qüvvələrinin helikopterləri təlim-məşq uçuşları keçirib - VİDEO
-
Xətai rayonunda piyada səkisinin zəbt olunmasının qarşısı alındı - FOTO
-
Bu şəxslərə 270 manat müavinət veriləcək - FƏRMAN
-
İntihar məktubunda da onun adını çəkmişdi... - 2 il sonra həbs edildi
-
Azərbaycanda illik inflyasiya 5.5% təşkil edib - RƏSMİ
-
“Makronun “3-4 nüvə başlığı ilə“ hamını qorumaq niyyəti gülməlidir“ - Lavrov
-
Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina sökülür - VİDEO
-
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
“Mircəlal həkim dedi ki, onlar bizi biabır ediblər“ - Xəstələrin pulunun mənimsənilməsi işi
-
İyuldan yaxın qohumlar arasında nikah qadağan olunur - Rəsmi
-
“Novruz“ bayramında Azərbaycan otellərində qiymətlər - SİYAHI
-
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
-
“Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır“ - Şöbə müdiri
-
Prezident BMT Baş katibinin müavinini qəbul edib - Müzakirə
-
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqlənib - FƏRMAN
-
“Rusiya razılaşmasa, döyüşməyə davam edəcəyik” - Tramp
-
Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi
-
Son illər Azərbaycanda belə bir hal olmayıb - Banklar dollar almır...
-
Daha bir gün də artırıldı, ardıcıl neçə gün iş olmayacaq? - RƏSMİ
-
Tramp Zelenskinin rəhbərlik etdiyi Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir - LAVROV
-
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı - VİDEO
-
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul etdi - FOTOLAR
-
Pakistanda 155 girov azad edildi - FOTOLAR
-
“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA
-
Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR
-
Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir? - Açıqlama
-
Baş nazirdən bağçalarla bağlı - Qərar
-
Dünya fond bazarlarında eniş davam edir - Əsas indeks göstəriciləri
-
Gömrük Hospitalının həkimləri: "İki ildir maaşımızı əlimizdən alırlar"
-
“Səs-küy axşam 10-da başlayır, səhər 7-yə qədər davam edir” - Video
-
Kartla ödəniş etmək istəyən şəxslər bəzi marketlərdə niyə çətinliklərlə üzləşir? - VİDEO
-
Plastik cərrahlar qiyməti qaldırdı - Burun 5 min...
-
Sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə alveri gedir - VİDEO
-
Bakıda avtomobilinə hücum edilən şəxs sahikar imiş - DETALLAR
-
“Dərnəgül” taxta bazarında yanğın - VİDEO
-
UEFA Çempionlar Liqası: - “Liverpul” tunirlə vidalaşdı
-
“Məndə böyük travma qalıb” - Mehriban Zəki
-
Salah İspaniya nəhəngində oynamaq istəyir - Bu şərtə razı olsa...
-
Keşlə bazarının bəzi satıcıları niyə hələ də köçməyiblər? - VİDEO
-
ABŞ VƏ Ukrayna danışıqları başa çatdı - 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı...
-
“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı - Fotolar
-
Babək prospektində bu yol hər an çökə bilər - VİDEO
-
Çin, Rusiya və İrandan Trampa güc nümayişi - Birgə təlimlərin İrana faydası varmı?
-
Səttar Mehbalıyevin otelində kütləvi narazılıq - Deputat niyə susur?
-
“Azcake“ə məxsus mağazanın vitrinində tarakan gəzişir - VİDEO
-
Zelenskini Məhəmməd bin Salman belə qarşıladı - Video
-
Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
-
Leyla və Arzu Əliyevalar İsmayıllıda - Fotolar
-
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
-
Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Kanada məhsullarına əlavə rüsumlar tətbiq ediləcək” - Tramp
-
Yeni Günəşlidə 3 mərtəbəli qanunsuz obyekti kim tikdirir? - Fotofakt
-
Bir ildə 16 min iş yeri bağlanıb: Səbəb nədir?
-
Anarın məhkəməyə verəcəyi şair: “Daha ciddi, iyrənc faktlar bilirəm“
-
“Hindistandan silah alınmasında maraqlıyıq“ - Ermənistan XİN rəhbəri
-
Ukrayna “Drujba”nı vurdu - Macarıstana neft axını dayandı
-
Qaz Emalı Zavodunun direktoru dəyişdi - Təyinat
-
Azərbaycan vətəndaşlarının böyrəyini satırmış - Polşada həbs olundu
-
Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşdü - Fotolar
-
Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının ilk iclası keçirilib - FOTO
-
Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - “Caliber“
-
Son 2 ildə işğaldan azad olunan rayonlara nə qədər yerli turist gedib? – Siyahı
-
99-BZ-500 buna görə döyülüb - Qadına söz atıb, o da yoldaşına deyib
-
“Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür“ - Tokayev
-
Rəqabət Məcəlləsi ilə bağlı qaydalar - Təsdiqləndi
-
“Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb“ - Fon der Lyayen
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əmlak Məsələləri Dövlət Xidmətinə yeni səlahiyyət verildi - Fərman
-
“Saray” körpüsü piyadaların istifadəsinə açılıb - Fotolar
-
“Bir günlük müharibə Rusiyaya bir milyard dollara başa gəlir” - Budanov
-
“50 qəpik“ avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı
-
“Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı“ - Erməniəsilli şahid
-
Bacısını 7-ci dəfə ərə getməsin deyə öldürüb - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
-
DTX-nin Qusar əməliyyatı - “Meşə qardaşları” haqda yeni qərar
-
Saxta sənədli həkim ayda 50 mini necə qazanıb? - Şok faktlar
-
Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib - FOTO
-
Tarix və mədəniyyət həvəskarları üçün ən yaxşı səyahət distansiyası Qaziantep - FOTOLAR
-
Evdə Fərdi Təhsil məktəbində korrupsiya - Direktor maliyyə yoxlamasından təşvişə düşüb...
-
MN-dəki 143 milyonluq mənimsəmə işi: “Birbaşa əli olan şəxslər azadlıqdadır“
-
Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - FOTO
-
Avtomobilə hücumla bağlı 3 nəfər ev dustağı edildi - Məhkəmədən qərar
-
“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ - Möhnətov yığdığı pulları vergidın yayındırır
-
Vəzifədən azad edilən generalın yerinə - Təyinat
-
Bayram günlərində rayonlarda istirahət neçəyə başa gəlir? - VİDEO
TOP 10
ARXİV